Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-99/2025 01.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Hacıqabul rayonu, Atbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Hacıqabul rayonu Atbulaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib olunmuş 01 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Hacıqabul rayonu, Atbulaq kəndində yaşadığı evin küçəsində ucadan nalayiq ünvansız söyüşlər söyərək ictimai qaydanı pozub xırda xuliqanlıq hərəkətləri törətmişdir. Beləliklə də, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Hacıqabul rayonu, Atbulaq kəndində yaşadığı evin küçəsində ucadan nalayiq ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs tez-tez spirtli içki qəbul edərək ictimai asayiş qaydalarını təhlükə altına alan hərəkətlərə yol verir və buna görə də, yaşadığı yerdə mənfi xarakterizə olunur. Odur ki, Şəxs barəsində qanuna müvafiq qaydada tədbirin görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 20 mart 2025-ci il tarixdə saat 22 radələrində bir qədər spirtli içki qəbul edərək yaşadığı evin küçəsində olduğunu, həmin vaxt dayısı Salman onun yanından keçərkən ona böyük kimi irad tutduğunu, buna görə dayısı Salmanın ona tutduğu iraddan əsəbiləşərək onu nalayiq ifadələrlə söyüb təhqir etdiyini, lakin onu öldürməklə hədələmədiyini və həmin vaxt əlində bıçaq olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında bildirdi ki, 20 mart 2025-ci il tarixdə saat 22 radələrində bacısı oğlu Xəyyan Fərzəliyevin sərxoş vəziyyətdə yaşadığı evin küçəsində onu bıçaqla vuracağı ilə hədələdiyini, lakin əlində heç bir silah və ya silah qismində istifadə olunan hər hansı bir əşya və ya alət olmadığını, onu sözlə hədələdiyini, daha sonra isə onun ünvanına ucadan nalayiq küçə söyüşləri ilə söyüb təhqir etdiyini bildirmişdir. Ona görə də, barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X1 şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və 25 mart 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Hacıqabul rayon X5 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiradedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun tez-tez spirtli içki qəbul edərək yaşadığı mühitdə mənfi xarakterizə olunmasını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 13:05-dən hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-99/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-99/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver