Məhkəmə qərarları › İş №3(072)-1/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-1/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-1/2024 04.07.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, xx xxxxxx 1967-cı ildə Cəbrayıl rayonu, Qışlaq kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Qışlaq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 15 sentyabr 2023-cü il tarixdə, saat 12:00 radələrində Biləsuvar rayonu, 11 saylı qəsəbədə yerləşən “Vahid İsmayılov” adına Cəbrayıl Rayon Çərəkən X11 Məktəbinin qarşısında şəxsi münasibətlər zəmnində keçmiş qudası Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan MN ******* №-li, 21 noyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 15 sentyabr 2023-cü il tarixdə, saat 12:00 radələrində Biləsuvar rayonu, 11 saylı qəsəbədə yerləşən “Vahid İsmayılov” adına Cəbrayıl Rayon Çərəkən X11 Məktəbinin qarşısında şəxsi münasibətlər zəmnində keçmiş qudası Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Cəbrayıl Rayon Polis X2 təhqiqatçısı, polis leytenantı X4 tərəfindən Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Cəbrayıl Rayon Polis X1 Bölməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 710 saylı, 18 sentyabr 2023-cü il tarixli “ekspert rəyi”ndən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər: 1. Döş qəfəsinin ön səthində döş sümüyünün yuxarı kənarı proyeksiyasında sıyrıq bərk küt əşyanın təsirindən törənmişdir, əmələ gəlmə müddəti 2-3 günə uyğun gəlir, müxtəlif şəraitlərdə, o cümlədən 15 sentyabr 2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. 2. Qeyd edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X6 497 saylı, 17 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Şəxs 09 aprel 2019-cu ildə Rayon Poliklinikasında “şizofreniya paranoid forma” diaqnozu ilə dispanser qeydiyyatdadır. Cəbrayıl Rayon Məhkəməsinin 3(072)-203/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair inzibati xəta haqqında material üzrə ilkin “ambulator məhkəmə-psixiatrik ekspertizası” təyin edilmiş və ekspertizanın aparılması Azərbayan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X8 həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X9 baş direktor vəzifəsini müvəqqəti icra edən Rauf Qəmərlinskinin 6457 saylı, 22 dekabr 2023-cü il tarixli vəsatətinə əsasən inzibati xəta haqqında material üzrə ilkin “ambulator məhkəmə-psixiatrik ekspertizası” keçirilməsi üçün Şəxs Mərkəzə təqdim edilməsi (aparılmasının) təmin edilməsi barədə bir neçə dəfə Cəbrayıl Rayon Polis Şöbəsinə məlumat verilmişdir. Lakin Şəxs ilkin “ambulator məhkəmə-psixiatrik ekspertizası” keçirilməsi üçün Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə təqdim edilməsi (aparılması) Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X10 tərəfindən Şəxs ilkin “ambulator məhkəmə-psixiatrik ekspertizası” keçirilməsi üçün Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə təqdim edilmədiyi üçün inzibati xəta haqqında material üzrə ilkin “ambulator məhkəmə-psixiatrik ekspertizası”nın keçirilməsi mümkün olmamış və Cəbrayıl Rayon Məhkəməsinin 3(072)- 203/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qərardadı icra edilmədən, inzibati xəta haqqında material məhkəməyə geri qaytarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməli olduğu müddət ərzində Şəxs ilkin “ambulator məhkəməpsixiatrik ekspertizası” keçirilməsi üçün Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə təqdim edilməsi (aparılması) Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən təmin edilmədiyi, eləcə də “Cinayət işinin başlanması rədd edilməsi haqqında” 27 oktyabr 2023-cü il tarixli qərar qəbul edildiyi gündən 3 (üç) ay keçdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, “Cinayət işinin başlanması rədd edilməsi haqqında” 27 oktyabr 2023-cü il tarixli qərar qəbul edildiyi gündən 3 (üç) ay keçdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar