Məhkəmə qərarları › İş №3(072)-117/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-117/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-117/2024 12.08.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 18:40 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Cəbrayıl rayonu, Şıxalıağalı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Cəbrayıl rayonu, Şıxalıağalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 10 avqust 2024-cü il tarixdə, təxminən saat 18:30 radələrində Biləsuvar rayonu, 7 saylı qəsəbə ərazisində qohumu X3 “QAZEL-33021” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsinin istismarı qaydalarını və sərnişin daşıma qaydalarını pozaraq, idarə edən zaman Cəbrayıl Rayon Polis X10 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıldığı üçün həmin avtomobil ilə qəsəbədaxili avtomobil yolunu bağlamış, polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman ucadan səs-küy salıb, ünvansız və polis əməkdaşarının ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, 10 avqust 2024cü il tarixdə, təxminən saat 18:30 radələrində onun mobil telefonuna zəng vurub demişlər ki, Biləsuvar rayonu, 7 saylı qəsəbə ərazisində hərəkətdə olan zaman qardaşının oğlu X3 “QAZEL-33021” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsinin istismarı qaydalarını və sərnişin daşıma qaydalarını pozaraq, idarə etdiyi üçün Cəbrayıl Rayon Polis X10 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Cəbrayıl Rayon Polis X10 Polis Bölməsinin rəisi, polis baş leytenantı X4 onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün onlar əsəbləşərək, buna etiraz etməklə, həmin avtomobil ilə qəsəbədaxili avtomobil yolunu bağlamışlar. O da bu xəbəri eşidib, sərxoş vəziyyətdə olmasına baxmayaraq, dərhal idarə etdiyi “QAZEL-33021” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə hadisə yerinə getmişdir. Bu zaman Cəbrayıl Rayon Polis X10 Polis Bölməsinin əməkdaşları və eləcə də hadisə yerinə digər polis əməkdaşları onları sakitləşdirməyə çalışmış, yolun açılmasını və nizam-intizama, ictimai qaydaya əməl etməsini tələb etmişlər. Lakin onlar polis əməkdaşları ilə mübahisə etməyə davam etmiş və polisin qanunu tələbinə qəsdən tabe olmamışlar. Eyni zamanda bildirir ki, o, hadisə zamanı əsəbi olduğu üçün hərəkətlərinin fərqinə varmayaraq, ucadan səs-küy salıb, ünvansız və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Polis X10 X13 Patrul Xidməti inspektoru, polis baş serjantı X9 tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudova ünvanlanmış 3-13-70/1-5436/24 saylı, 10 avqust 2024-cü il tarixli raportdan görünür ki, X3 10 avqust 2024-cü il tarixdə, təxminən saat 18:30 radələrində Biləsuvar rayonu, 7 saylı qəsəbə ərazisində “QAZEL-33021” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsinin istismarı qaydalarını və sərnişin daşıma qaydalarını pozaraq, idarə edən zaman Cəbrayıl Rayon Polis X10 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, həmin avtomobili vətəndaş X3 idarə edir, həmin avtomobilin sahibi, eyni zamanda sürücü X1 babası X5 avtomobildə sərnişin qismində və bir neçə qadın isə avtomobilin yük yerində əyləmişlər. Cəbrayıl Rayon Polis X10 X13 Patrul Xidməti inspektoru sürücü X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, “İnzibati xəta haqqında” protokol tərtib etməsinə göstəriş verilən zaman X5 və X3 buna etiraz etməklə, polis əməkdaşları ilə mübahisə etməyə başlamış və həmin avtomobil ilə qəsəbədaxili avtomobilin yolunu bağlamışlar. Daha sonra hadisə yerinə X2 oğlu Şəxs idarə etdiyi avtomobil vasitəsilə gəlmişdir. Cəbrayıl Rayon Polis X10 Polis Bölməsinin əməkdaşları və eləcə də hadisə yerinə digər polis əməkdaşları həmin şəxsləri sakitləşdirməyə çalışmış, yolun açılmasını və nizam-intizama, ictimai qaydaya əməl etməsini tələb etmişlər. Lakin sürücüsü X3, onun babası X5 və əmisi Şəxs buna etiraz edərək, polis əməkdaşları ilə mübahisə etməyə davam etmiş və polisin qanunu tələbinə qəsdən tabe olmamışlar. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X8 12 avqust 2024cü il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs “alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmiş və müayinənin yoxlanma tarixi: 10 avqust 2024-cü il tarix, saat 19:05-dir. İş materiallarında olan AZA 013378 №-li, 10 avqust 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədilə 10 avqust 2024-cü il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuş və və 12 avqust 2024-cü il tarixdə, saat 13:00-da azad edilmişdir. İş materiallarında olan MN ******* №-li, 12 avqust 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 10 avqust 2024-cü il tarixdə, təxminən saat 18:30 radələrində Biləsuvar rayonu, 7 saylı qəsəbə ərazisində qohumu X3 “QAZEL- 33021” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsinin istismarı qaydalarını və sərnişin daşıma qaydalarını pozaraq, idarə edən zaman Cəbrayıl Rayon Polis X10 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıldığı üçün həmin avtomobil ilə qəsəbədaxili avtomobil yolunu bağlamış, polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman ucadan səs-küy salıb, ünvansız və polis əməkdaşarının ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “hadisənin foto və video görüntüsünə” dair “CD” diskin yaddaş görüntüsündən görünür ki, 10 avqust 2024-cü il tarixdə, təxminən saat 17:30 radələrində Biləsuvar rayonu, 7 saylı qəsəbə ərazisində “QAZEL-33021” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin istismarı qaydalarını və sərnişin daşıma qaydalarını pozaraq, idarə edildiyi üçün Cəbrayıl Rayon Polis X10 X13 Patrul Xidməti inspektoru tərəfindən saxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, həmin avtomobili vətəndaş X3 idarə etmiş, həmin avtomobilin sahibi, eyni zamanda sürücü X1 babası X5 avtomobildə sərnişin qismində və bir neçə qadın isə avtomobilin yük yerində əyləmişlər. Cəbrayıl Rayon Polis X10 X13 Patrul Xidməti inspektoruna sürücü X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, “İnzibati xəta haqqında” protokol tərtib etməsinə göstəriş verilən zaman X5 və X3 buna etiraz etməklə, polis əməkdaşları ilə mübahisə etməyə başlamış və həmin avtomobil ilə qəsəbədaxili avtomobil yolunu bağlamışlar. Daha sonra hadisə yerinə X2 oğlu Şəxs idarə etdiyi avtomobil vasitəsilə gəlmişdir. Cəbrayıl Rayon Polis X10 Polis Bölməsinin əməkdaşları və eləcə də hadisə yerinə digər polis əməkdaşları həmin şəxsləri sakitləşdirməyə çalışmış, yolun açılmasını və nizam-intizama, ictimai qaydaya əməl etməsini tələb etmişlər. Lakin sürücüsü X3, onun babası X5 və əmisi Şəxs buna etiraz edərək, polis əməkdaşları ilə mübahisə etməyə davam etmiş və polisin qanunu tələbinə qəsdən tabe olmamışlar. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, “hadisənin foto və video görüntüsünə” dair 1 (bir) ədəd “CD” diskə baxış keçirib, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda,inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə inzibati xəta haqqında işdə olan “hadisənin foto və video görüntüsünə” dair 1 (bir) ədəd “CD” disk ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında işdə olan “hadisənin foto və video görüntüsünə” 1 (bir) ədəd “CD” disk inzibati xəta haqqında materialın saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən Şəxs 10 avqust 2024-cü il tarix, saat 21:00-dan 12 avqust 2024-cü il tarix, saat 13:00-a dək inzibati qaydada tutulduğu 48 (qırx səkkiz) saatadək müddət nəzərə alınmaqla, həbs etmənin əvvəli 12 avqust 2024-cü il tarixdən hesablanmaqla, təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati həbs” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 12 (on iki) gün müddətində inzibati həbs edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən Şəxs 10 avqust 2024-cü il tarix, saat 21:00-dan 12 avqust 2024-cü il tarix, saat 13:00-a dək inzibati qaydada tutulduğu 48 (qırx səkkiz) saatadək müddət nəzərə alınmaqla, Şəxs qəti olaraq 10 (on) gün müddətində inzibati həbs tənbeh növü tətbiq edilsin. Həbs etmənin əvvəli 12 avqust 2024-cü il tarixdən hesablansın. İnzibati xəta haqqında işdə olan “hadisənin foto və video görüntüsünə” dair 1 (bir) ədəd “CD” disk inzibati xəta haqqında materialın saxlanma müddəti ərzində işdə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar