Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-119/2024 12.08.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 20:05 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, 11 avqust 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 11 avqust 2024-cü il tarixdə, təxminən saat 16:00 radələrində sərxoş vəziyyətdə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yerləşən 3 saylı komendant postunda Cəbrayıl Rayon Polis Şöbəsinin polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, işğaldan azad olunmuş əraziyə keçməyə cəhd etməklə və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, o, 11 avqust 2024-cü il tarixdə qardaşı X3 ilə birlikdə işləmək üçün Cəbrayıl rayonu ərazisinə getmişlər. Həmin gün, təxminən saat 16:00 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yerləşən 3 saylı komendant postunda polis əməkdaşları onu və qardaşı X1 Cəbrayıl rayon ərazisinə keçmək üçün icazələrinin olub-olmadığını yoxlamışlar. Lakin onun müvafiq icazəsi olmağı üçün Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yaradılmış komendant postunda polis əməkdaşları onun işğaldan azad olunmuş əraziyə girişinə icazə verməmiş və onu geri qaytarmışdır. Buna baxmayaraq, o, Cəbrayıl rayonu ərazisinə keçməsi üçün icazə verməsini polis əməkdaşlarından xahiş etmişdir. Lakin polis əməkdaşları ona müvafiq icazəsinin olmadığını bildirən zaman o, sərxoş vəziyyətdə olduğu üçün polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Polis əməkdaşları onu sakitləşdirməyə çalışmış və nizam-intizama, ictimai qaydaya əməl etməsini tələb etmişdir. Lakin o, polis əməkdaşları ilə mübahisə etməyə davam etmiş və polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Eləcə də X4 uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlətmişdir. Halhazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Polis X7 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudova ünvanlanmış raportdan görünür ki, Şəxs və X4 11 avqust 2024-cü il tarixdə, təxminən saat 16:00 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yerləşən 3 saylı komendant postunda Cəbrayıl rayonu ərazisinə keçməsinə icazə vermələrini polis əməkdaşlarından xahiş etmişdir. Lakin Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yerləşən 3 saylı komendant postunda Cəbrayıl Rayon Polis Şöbəsinin polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman ona icazə olmadığını bildirmişdir. Bu zaman Şəxs sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmiş, eləcə də X4 uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X6 34 saylı, 12 avqust 2024-cü il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs “yüngül dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmiş və müayinənin yoxlanma tarixi: 11 avqust 2024-cü il tarix, saat 15:32-dir. İş materiallarında olan AZA 013380 №-li, 11 avqust 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədilə 11 avqust 2024-cü il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan MN ******* №-li, 12 avqust 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 11 avqust 2024-cü il tarixdə, təxminən saat 16:00 radələrində sərxoş vəziyyətdə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yerləşən 3 saylı komendant postunda Cəbrayıl Rayon Polis Şöbəsinin polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, işğaldan azad olunmuş əraziyə keçməyə cəhd etməklə və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda,inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və həbs etmənin əvvəli tutulduğu vaxtdan-11 avqust 2024-cü il tarixdən hesablanmaqla, təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati həbs” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 11 avqust 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-119/2024
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-119/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver