Məhkəmə qərarları › İş №3(072)-122/2023

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-122/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-122/2023 21.07.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxx 1976-cı ildə Ermənistan SSR Amasiya rayonunda anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 06 iyul 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində Biləsuvar rayonu, 9 saylı qəsəbə ərazisində Cəbrayıl Rayon X2 X4 əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, o, 06 iyul 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində idarə etdiyi “FORD-TRANZİT” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Biləsuvar rayonu, 9 saylı qəsəbə ərazisində ötmə əməliyyatı etdiyi üçün Cəbrayıl Rayon X2 X4 əməkdaşları tərəfindən saxanılmışdır. Eyni zamanda, ona ötmə əməliyyatı zamanı yol verməyən “VAZ-2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 da Cəbrayıl Rayon X2 X4 əməkdaşları tərəfindən saxanılmışdır. Bu zaman o, “VAZ-2106” markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 ilə mübahisə edərək, ünvansız uca səslə nalayiq ifadələr işlətmişdir. Onu da qeyd edir ki, hadisə yerində Cəbrayıl Rayon X2 Yol X3 Patrul Xidməti əməkdaşları, yəni baş inspektor, polis leytenantı Şahid1 və inzibati təcrübə üzrə baş inspektor, polis baş leytenantı Şahid2 olmuşlar. Cəbrayıl Rayon X2 X4 baş inspektoru, polis leytenantı Şahid1 onu sakitləşdirməyə çalışmış və nizam-intizama, ictimai qaydaya əməl etməsini tələb etmişdir. Lakin Cəbrayıl Rayon X2 X4 inzibati təcrübə üzrə baş inspektor, polis baş leytenantı Şahid2 onu nalayiq ifadələrlə təhqir edərək, ona qarşı zor tətbiq etmişdir. Lakin o, buna etiraz edərək polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bununla yanaşı bildirir ki, ilk dəfə inzibati xəta əməli törədir, gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qanunlara əməl edəcək. Bütün bunları nəzərə alaraq, Cəbrayıl Rayon Polis Şöbəsi Dövlət X4 inzibati təcrübə üzrə baş inspektor, polis baş leytenantı Şahid2 barəsində qanuni tədbir görülməsini və məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Aranlı kəndində yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, o, 06 iyul 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində “VAZ-2106” markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar rayonu, 9 saylı qəsəbə ərazisində idarə edən zaman “FORD-TRANZİT” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı edərək, onu ötmüşdür. Bu zaman Cəbrayıl Rayon X2 X4 əməkdaşları tərəfindən həm o, həm də “FORD-TRANZİT” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs saxlanılmışdır. Şəxs avtomobildən yerə düşüb, ona ötmə əməliyyatı zamanı yol vermədiyini bildirib, onun ilə mübahisə edərək, ünvansız uca səslə nalayiq ifadələr işlətmişdir. Cəbrayıl Rayon X2 X4 baş inspektoru, polis leytenantı Şahid1 onu sakitləşdirməyə çalışmış və nizam-intizama, ictimai qaydaya əməl etməsini tələb etmişdir. Lakin Şəxs buna etiraz edərək polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Onu da qeyd edir ki, Cəbrayıl Rayon X2 X4 inzibati təcrübə üzrə baş inspektor, polis baş leytenantı Şahid2 Şəxs nalayiq ifadələrlə təhqir etdiyini eşitməmiş və ona qarşı zor tətbiq etdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis X7 X6 Patrul Xidmətinin baş inspektoru vəzifəsində işləyir və polis leytenantıdır. Baş vermiş hadisə barədə bildirir ki, 06 iyul 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində Cəbrayıl Rayon X2 X4 inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə Bölməyə təhkim olunmuş və onların istifadəsində olan “KİA SPORTAGE” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə Biləsuvar rayonu, 9 saylı qəsəbə istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn “FORD- TRANZİT” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qanunsuz ötmə əməliyyatı etdiyi üçün “Saxla” işarəsi verilərək, saxlanılmışdır. Eyni zamanda, “FORD- TRANZİT” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ötdüyü “VAZ-2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə də “Saxla” işarəsi verilərək, saxlanılmışdır. “FORD-TRANZİT” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs avtomobildən yerə düşüb, ona ötmə əməliyyatı zamanı yol verməyən “VAZ-2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 ilə mübahisə edərək, ünvansız uca səslə nalayiq ifadələr işlətmişdir. Onlar Şəxs sakitləşdirməyə çalışmış və nizam-intizama, ictimai qaydaya əməl etməsini tələb etmişdir. Lakin Şəxs buna etiraz edərək polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Daha sonra vətəndaş Qəmbərov X1 Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis X7 X6 Patrul Xidmətinin inzibati təcrübə üzrə baş inspektoru vəzifəsində işləyir və polis baş leytenantıdır. Baş vermiş hadisə barədə bildirir ki, 06 iyul 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində Cəbrayıl Rayon X2 X4 baş inspektoru, polis leytenantı Şahid1 ilə birlikdə Bölməyə təhkim olunmuş və onların istifadəsində olan “KİA SPORTAGE” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə Biləsuvar rayonu, 9 saylı qəsəbə istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn “FORD- TRANZİT” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qanunsuz ötmə əməliyyatı etdiyi üçün “Saxla” işarəsi verilərək, saxlanılmışdır. Eyni zamanda, “FORD- TRANZİT” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ötdüyü “VAZ-2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə də “Saxla” işarəsi verilərək, saxlanılmışdır. “FORD-TRANZİT” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs avtomobildən yerə düşüb, ona ötmə əməliyyatı zamanı yol verməyən “VAZ-2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 ilə mübahisə edərək, ünvansız uca səslə nalayiq ifadələr işlətmişdir. Onlar Şəxs sakitləşdirməyə çalışmış və nizam-intizama, ictimai qaydaya əməl etməsini tələb etmişdir. Lakin Şəxs buna etiraz edərək polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Eyni zamanda bildirir ki, o, həmin vaxt sürücü Şəxs təhqir etməmiş və ona zor tətbiq etməmişdir. Daha sonra vətəndaş Qəmbərov X1 Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon X2 Yol X3 Patrul Xdimətinin baş inspektoru, polis leytenantı Şahid1 tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudova ünvanlanmış raportdan görünür ki, Şəxs 06 iyul 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində “FORD TRANZİT” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Biləsuvar rayonu, 9 saylı qəsəbə ərazisində ötmə əməliyyatı etdiyi üçün saxlanılan zaman uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. İş materiallarında olan MN ******* №-li, 06 iyul 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 06 iyul 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində Biləsuvar rayonu, 9 saylı qəsəbə ərazisində Cəbrayıl Rayon X2 X4 əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. İş materiallarında olan “KİA SPORTAGE” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində quraşdırılmış videokamera vasitəsilə qeydə alınmış görüntülərə dair “CD” disk”in yaddaş görüntüsündən görünür ki, 06 iyul 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində Cəbrayıl Rayon X2 X4 baş inspektoru, polis leytenantı Şahid1 ilə birlikdə Bölməyə təhkim olunmuş və onların istifadəsində olan “KİA SPORTAGE” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə Biləsuvar rayonu, 9 saylı qəsəbə istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn “FORD-TRANZİT” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “VAZ-2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə “Saxla” işarəsi verilərək, saxlanılmışdır. “FORD-TRANZİT” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs “VAZ-2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 ilə mübahisə edərək, ünvansız uca səslə nalayiq ifadələr işlətmişdir. Cəbrayıl Rayon Polis Şöbəsi Dövlət X4 polis əməkdaşları sürücüsü Şəxs sakitləşdirməyə çalışmış və nizam-intizama, ictimai qaydaya əməl etməsini tələb etmişdir. Lakin sürücü Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Bundan başqa, hadisə yerində Cəbrayıl Rayon X2 X4 inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı Şahid2 ilə vətəndaş Şəxs arasında etik davranış qaydalarına zidd münasibət yaranmışdır. Beləliklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yolpatrul xidməti haqqında Təlimat”ın təsdiq edilməsi barədə Q25-001-17 saylı, 12 may 2017-ci il tarixli Qərarının “inzibati təcrübə üzrə inspektor” ilə bağlı tələbləri, eləcə də “Polisin etik davranış kodeksi”nin tələbləri pozulmuşdur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs və şahidlərin izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta əməlini ilk dəfə törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını və ailəli olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normalarında nəzərdə tutulmuş daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar