Məhkəmə qərarları › İş №3(072)-126/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-126/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-126/2024 22.08.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxx 1998-ci ildə Cəbrayıl rayonu, Balyand kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Balyand kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, yeni tikilidə yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 17 iyul 2024-cü il tarixdə, ünvan 1 ünvanda şəxsi münasibətlər zəmnində əri Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, yeni tikilidə yaşayır və inzibati xəta törətmiş şəxs Zərərçəkmiş şəxs onun əridir. Onlar bir müddət ərarvad kimi ünvan 1 ünvanda yaşamışlar. Baş vermiş hadisə barədə bildirir ki, 17 iyul 2024cü il tarixdə, təxminən saat 22:00-23:00 radələrində ünvan 1 ünvanda şəxsi münasibətlər zəmnində mübahisə yaranmışdır. Mübahisə zamanı əri Zərərçəkmiş şəxs onu döydüyü üçün o da özünü müdafiə edərək, Zərərçəkmiş şəxs döymüşdür. Hesab edir ki, inzibati xəta törətmiş şəxs Zərərçəkmiş şəxs inzibati qaydada “həbs” edilməlidir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır və Şəxs onun arvadıdır. Baş vermiş hadisə barədə bildirir ki, 17 iyul 2024-cü il tarixdə, təxminən saat 22:00-23:00 radələrində yaşadığı ünvan 1 ünvanda şəxsi münasibətlər zəmnində mübahisə yaranmışdır. Mübahisə zamanı onlar bir-birini döymüşlər. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən Şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 454 saylı, 23 iyul 2024-cü il tarixli “ekspert rəyi”ndən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər: 1. Boynun ön səthinin aşağı hissəsində sol saidin yuxarı 1/3 hissəsinin ön səthində, sağ saidin yuxarı və aşağı 1/3 hissəsinin arxa səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 16 iyul 2024-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi.

2. Qeyd edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 1767 saylı, 24 iyul 2024-cü il tarixli “ekspert rəyi”ndən görünür ki, Şəxs aşkar edilmiş xəsarətlər: 1. Burun, sol gözyuvasialtı-almacıq və boyun nahiyələrinin, hər iki bozunun, hər iki saidin, sol dirsək oynağı nahiyəsininsağ əlin, sağ kürək nahiyəsinin, sağ bel nahiyəsinin, sağ budun, hər iki baldırın qançırları və sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər 17 iyul 2024-cü il tarixdə törənə bilər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan 31 iyul 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs və Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Cəbrayıl Rayon Polis X2 təhqiqatçısı, polis baş leytenantı Alış Həsənov tərəfindən cinayət işinin başlanması rədd edilmiş və onların əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Cəbrayıl Rayon Polis X1 Bölməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* №-li, 22 avqust 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 17 iyul 2024-cü il tarixdə, ünvan 1 ünvanda şəxsi münasibətlər zəmnində əri Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır, Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə təhqiqatı zamanı “özünü müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs döyməsi...” barədə verdiyi izahatına hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta törətmiş şəxsin izahatı inandırıcı deyildir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs izahatı işin faktiki halları ilə təkzib olunduğu üçün onun izahatına tənqidi yanaşılmalı və izahatı özünü müdafiə edilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxsnun inzibati xəta əməlini ilk dəfə törətməsi və əməli etiraf etməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar