Məhkəmə qərarları › İş №3(072)-135/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №3(072)-135/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(072)-135/2024 04.09.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis X7 Polis Bölməsinin TP ******* saylı, 24 avqust 2024-cü il tarixli “İnzibati xəta haqqında” qərarından verilmiş şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 tərəfindən məhkəməyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis X7 Polis Bölməsinin TP ******* saylı, 24 avqust 2024-cü il tarixli “İnzibati xəta haqqında” qərarından şikayət daxil olmuşdur. Şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, X2 tərəfindən şikayətə iş üzrə əhəmiyyət kəsb edən hallara dair hüquqi sənədlər, yəni “İnzibati xəta haqqında” protokol və “İnzibati xəta haqqında” qərar əlavə edilmədən Cəbrayıl Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, ilk əvvəl iş üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməli, daha sonra şəxsin törətdiyi hüquq pozuntusuna, yəni onun əməlinə düzgün hüquqi qiymət verilməklə, inzibati məsuliyyətə cəlb edilib-edilməməsi məsələsi həll edilməlidir. Beləliklə, qeyd edilən məsələ ilə Füzuli Rayon Polis X7 Polisi Bölməsi tərəfindən müvafiq protokol əsasında “İnzibati xəta haqqında” qərarın qəbul edilib-edilməməsini, əgər qəbul edilmişdirsə, X1 məhz hansı qərardan şikayət verdiyini şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərdə müəyyən etmək mümkün deyildir. Halbuki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) “İnzibati xəta haqqında” protokolundan şikayət verilməsi qaydaları deyil, “İnzibati xəta haqqında” qərardan şikayət verilməsi qaydaları tənzimlənmişdir. Bundan başqa, şikayət X4 tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında hakim qərardad qəbul edir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, X2 tərəfindən iş üzrə əhəmiyyət kəsb edən hallara dair hüquqi sənədlər şikayətə əlavə edilmədən baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərildiyinə görə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis X7 Polis Bölməsinin TP ******* saylı, 24 avqust 2024-cü il tarixli “İnzibati xəta haqqında” qərarından verilmiş şikayəti geri qaytarılsın. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar