Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-136/2024 17.09.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Cəmilli Ülvi Eldar oğlunun katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Biləsuvar rayonu, Nərimankənd kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 17 yanvar 2024-cü il tarixdə, saat 17:00 radələrində istifadəsində olan “VAZ-21074” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə işğaldan azad olunmuş ərazilərdə inşa edilmiş “Zəfər” yolunda Cəbrayıl rayonunun Balyand kəndindən Şükürbəyli kəndi istiqamətində hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozması nəticəsində, avtomobilin idarəetməsini itirib, hərəkətdə olduğu yolun Cəbrayıl şəhərinin mərkəzindən keçən hissəsində yerləşən dairəvi yol ayrıcının ətrafına düzülmüş köbə daşlarına çırpılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Şəxs idarə etdiyi avtomobildə qabaq sağ sərnişin oturacağında əyləşmiş X2 və arxa sol sərnişin oturacağında əyləşmiş X1 uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmuş, eləcə də arxa sağ sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmasına səbəb olan xəsarət almışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayır. Zərərçəkmiş şəxslər X5, X6 və Zərərçəkmiş şəxs onun həmyerliləridir. Onun avtomobil idarə etmək üçün “BC” kateqoriyalı, AE seriyalı 447615 saylı sürücülük vəsiqəsi vardır və “VAZ-21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. O, həmyerliləri Mərhəmət və Kamil ilə birlikdə Laçın rayonunda aparılan tikinti işlərində işləmək qərarına gəlmiş və bu məqsəd ilə həmin rayonda iş yeri axtarıb tapmışlar. Onlar 18 yanvar 2024-cü il tarixdə, saat 09:00 radələrində Laçın rayonunda aparılan tikintidə işə başlamaq üşün 17 yanvar 2024-cü il tarixdə, təxminən saat 15:00 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Laçın rayonuna yola düşmüşlər. Onun idarə etdiyi avtomobilin qabaq sağ oturacağında X5 və arxa sağ oturacağında Zərərçəkmiş şəxs əyləmişlər. Biləsuvar rayonu, Səmədabad kəndinə çatdıqdan sonra X6 onun idarə etdiyi avtomobilə sərnişin qismində minmiş və avtomobilin arxa sol oturacağında əyləşmişdir. Bundan sonra, o, avtomobili idarə edərək, Laçın rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Onlar həmin tarixdə, təxminən saat 17:00 radələrində Cəbrayıl rayonuna çatmışlar və rayonun girişində olan dairəvi yol ayrıcına daxil olan zaman o, yorğun və yuxusuz olduğuna görə diqqətsizlik etmişdir. Bu zaman idarəetməni itirdiyi üçün idarə etdiyi avtomobil ilə dairəvi yol ayrıcında olan dairənin kənarına düzülən beton daşlara çırpılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, X5, X6 və Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarəti almışlar. Daha sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə onlar avtomobildən çıxarılmış və X10 avtomobili vasitəsilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmışlar. Ümumiyyətlə, yol-nəqliyyat hadisəsinin baş verməsində özünü təqsirli bilir. Onu qeyd edir ki, bir insan kimi vicdan əzabı çəkir və belə bir hadisənin baş verməsini heç vaxt arzu etməz idi. Hesab edir ki, bu müddət ərzində öz səhvini dərk etmiş və nəticə çıxarmışdır. Özü ailəlidir, himayəsində 3 (üç) azyaşlı uşağı vardır və ailəyə qazanc gətirən yeganə şəxsdir. Bununla yanaşı bildirir ki, gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək, eləcə də cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayır. İnzibati xəta törətmiş şəxs Şəxs onun həmyerlisidir. Baş vermiş hadisə barədə bildirir ki, 18 yanvar 2024-cü il tarixdə, saat 09:00 radələrində Laçın rayonunda aparılan tikintidə işə başlamaq üşün 17 yanvar 2024-cü il tarixdə, təxminən saat 15:00 radələrində Şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Laçın rayonuna yola düşmüşlər. O və həmyerlisi X6 avtomobilin arxa oturacağında, digər həmyerlisi X5 qabaq sağ oturacaqda əyləşmişlər. Belə ki, 17 yanvar 2024-cü il tarixdə, saat 17:00 radələrində inzibati xəta törətmiş şəxs Şəxs idarə etdiyi “VAZ-21074” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə işğaldan azad olunmuş ərazilərdə inşa edilmiş “Zəfər” yolunda Cəbrayıl rayonunun Balyand kəndindən Şükürbəyli kəndi istiqamətində hərəkətdə olan zaman Şəxs yol hərəkəti qaydalarını pozduğu üçün avtomobilin idarəetməsini itirib, hərəkətdə olduğu yolun Cəbrayıl şəhərinin mərkəzindən keçən hissəsində yerləşən dairəvi yol ayrıcının ətrafına düzülmüş köbə daşlarına çırpılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, Şəxs, X11 və X5 müxtəlif dərəcəli bədən xəsarəti almışlar. Daha sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə onlar avtomobildən çıxarılmış və X10 avtomobili vasitəsilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmışlar. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində o, sağlamlığına yüngül zərər vurulmasına səbəb olan xəsarət almışdır. Lakin onun müalicə xərci inzibati xəta törətmiş şəxs Şəxs tərəfindən qarşılanmış və ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir. Hal-hazırda inzibati xəta törətmiş şəxs Şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 İmişli Rayon Şöbəsinin 62 saylı, 15 aprel 2024-cü il tarixli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-1. Alt dodağın selikli qişasında yara, al çənədə mərkəzi kəsici dişin travmatik laxlaması bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 17 yanvar 2024-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. 2. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8/533 №-li, 14 mart 2024-cü il tarixli məhkəmə yol-nəqliyyat hadisləri ekspertizası rəyindən görünür ki, 1.2. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ-21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücüsü Şəxs avtomobili yaşayış məntəqəsindən kənarda 90 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin, 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur... İş materiallarında olan 15 iyun 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işindən materialın ayrılması haqqında” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması, yəni 17 yanvar 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət alması faktına hüquqi qiymət verilməsi üçün Cəbrayıl Rayon Polis X9 Polisi Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan İXP ******* №-li, 17 iyun 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 17 yanvar 2024-cü il tarixdə, saat 17:00 radələrində istifadəsində olan “VAZ-21074” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə işğaldan azad olunmuş ərazilərdə inşa edilmiş “Zəfər” yolunda Cəbrayıl rayonunun Balyand kəndindən Şükürbəyli kəndi istiqamətində hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozması nəticəsində, avtomobilin idarəetməsini itirib, hərəkətdə olduğu yolun Cəbrayıl şəhərinin mərkəzindən keçən hissəsində yerləşən dairəvi yol ayrıcının ətrafına düzülmüş köbə daşlarına çırpılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Şəxs idarə etdiyi avtomobildə qabaq sağ sərnişin oturacağında əyləşmiş X2 və arxa sol sərnişin oturacağında əyləşmiş X1 uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmuş, eləcə də arxa sağ sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmasına səbəb olan xəsarət almışdır. İş materiallarında olan “Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-006/2024 saylı, 25 iyul 2024-cü il tarixli qərar”ından görünür ki, Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilərək, cinayət məsuliyətindən azad edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını, eləcə də ailəli və himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-136/2024
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-136/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver