Məhkəmə qərarları › İş №3(072)-138/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-138/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-138/2025 07.07.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 18:40 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 07 iyul 2025-ci il tarixdə, təxminən saat 08:30 radələrində “Biləsuvar-st.Mingəçevir” yolunun 45-ci kilometrliyində “MERCEDES-BENZ” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili əks istiqamətli hərəkət zolağına çıxmaqla, yol hərəkəti qaydalarını pozaraq, idarə edən zaman Cəbrayıl Rayon Polis X10 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və avtomobildən düşərək, polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman ucadan səs-küy salıb, ünvansız və polis əməkdaşarının ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X4 izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Beyləqan rayonu, Dünyamalılar kəndində yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, 07 iyul 2025-ci il tarixdə, təxminən saat 08:30 radələrində ailəsi ilə birlikdə idarə etdiyi “MERCEDES-BENZ” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Cəlilabad rayonuna gedən zaman “Biləsuvar-st.Mingəçevir” yolunun 45-ci kilometrliyində Cəbrayıl Rayon Polis X10 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Cəbrayıl Rayon Polis X10 Polis Bölməsinin əməkdaşları ona əks istiqamətli hərəkət zolağına çıxmaqla, yol hərəkəti qaydalarını pozaraq, avtomobil idarə etdiyi üçün saxlanıldığını və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, “İnzibati xəta haqqında” protokol tərtib ediləcəyini bildirmişlər. Lakin o və qardaşı X4 polis əməkdaşları ilə mübahisə edərək, polisin qanunu tələbinə qəsdən tabe olmamışlar. Eyni zamanda bildirir ki, o, hadisə zamanı əsəbi olduğu üçün hərəkətlərinin fərqinə varmayaraq, ucadan səs-küy salıb, ünvansız və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis X10 X11 Patrul Xidməti baş inspektoru vəzifəsində işləyir və polis kiçik leytenantıdır. Baş vermiş hadisə barədə bildirir ki, 07 iyul 2025-ci il tarixdə, təxminən saat 08:30 radələrində Cəbrayıl Rayon Polis X10 X11 Patrul Xidməti inspektoru, polis baş serjantı X5 ilə birlikdə “Biləsuvar-st.Mingəçevir” yolunun 45-ci kilometrliyində xidmətdə olan zaman “MERCEDES-BENZ” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətli hərəkət zolağına çıxmaqla, ötmə əməliyyatını həyata keçirərək yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılmışdır. Bu zaman avtomobilin sürücüsü Şəxs və sərnişin qismində əyləşmiş, onun qardaşı X4 avtomobildən yerə düşərək, ucadan səs-küy salıb, onlar ilə mübahisə edərək, ünvansız, eləcə də onların ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Eyni zamanda bildirir ki, həmin vaxt sürücü Şəxs onları təhqir etmişdir. Daha sonra vətəndaşlar Şəxs və X1 Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilərək, barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəbrayıl Rayon Polis X10 X12 Patrul Xidməti inspektoru, polis serjantı X5 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Cəbrayıl Rayon Polis X10 X11 Patrul Xidməti baş inspektoru, polis kiçik leytenantı X3 tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudova ünvanlanmış 3-13-70/1-4931/25 saylı, 07 iyul 2025-ci il tarixli raportdan görünür ki, 07 iyul 2025-ci il tarixdə, təxminən saat 08:30 radələrində “Biləsuvarst.Mingəçevir” yolunun 45-ci kilometrliyində “MERCEDES-BENZ” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətli hərəkət zolağına çıxmaqla, yol hərəkəti qaydaları pozularaq, idarə edilən zaman Cəbrayıl Rayon Polis X10 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, sürücü Şəxs və sərnişin X4 avtomobildən düşərək, polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman ucadan səs-küy salıb, ünvansız, eləcə də polis əməkdaşarının ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “hadisənin video görüntüsünə” dair “CD” diskin yaddaş görüntüsündən görünür ki, 07 iyul 2025-ci il tarixdə, təxminən saat 08:30 radələrində “Biləsuvar-st.Mingəçevir” yolunun 45-ci kilometrliyində “MERCEDES-BENZ” markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətli hərəkət zolağına çıxmaqla, yol hərəkəti qaydaları pozularaq, idarə edilən zaman Cəbrayıl Rayon Polis X10 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, sürücü Şəxs və sərnişin X4 avtomobildən düşərək, polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman ucadan səs-küy salıb, ünvansız, eləcə də polis əməkdaşarının ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan MN ******* №-li, 07 iyul 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 07 iyul 2025-ci il tarixdə, təxminən saat 08:30 radələrində “Biləsuvar-st.Mingəçevir” yolunun 45-ci kilometrliyində “MERCEDES-BENZ” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili əks istiqamətli hərəkət zolağına çıxmaqla, yol hərəkəti qaydalarını pozaraq, idarə edən zaman Cəbrayıl Rayon Polis X10 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və avtomobildən düşərək, polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman ucadan səs-küy salıb, ünvansız və polis əməkdaşarının ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs və şahidlərin izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta əməlini ilk dəfə törətməsini, əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda,inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə inzibati xəta haqqında işdə olan “hadisənin görüntüsünə dair” 1 (bir) ədəd “CD” disk ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında işdə olan “hadisənin video görüntüsünə” 1 (bir) ədəd “CD” disk inzibati xəta haqqında materialın saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və və həbs etmənin əvvəli 07 iyul 2025-ci il tarixdən hesablanmaqla, təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati həbs” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 07 iyul 2025-ci il tarixdən hesablansın. İnzibati xəta haqqında işdə olan “hadisənin video görüntüsünə” dair 1 (bir) ədəd “CD” disk inzibati xəta haqqında materialın saxlanma müddəti ərzində işdə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar