Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-139/2024 03.10.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: X1 iştirakı ilə, xx xxxxxx 1995-ci ildə İmişli rayonu, Aranlı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Aranlı kəndində qeydiyyatda olan və yaşayan şəxs X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokollara əsasən X3 01 oktyabr 2024-cü il tarixdə, təxminən saat 19:30 radələrində “İJ” markalı yan qoşqulu dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsini (motosiklet) manevr qaydalarını pozaraq, eləcə də idarə etmək hüququ (sürücülük hüququ) olmadan sərxoş vəziyyətdə idarə etdiyi üçün Cəbrayıl Rayon Polis X7 Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X3 izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Aranlı kəndində yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, o, 01 oktyabr 2024-cü il tarixdə, təxminən saat 19:30 radələrində “İJ” markalı yan qoşqulu dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsini (motosiklet) manevr qaydalarını pozaraq, eləcə də idarə etmək hüququ (sürücülük hüququ) olmadan sərxoş vəziyyətdə idarə etdiyi üçün Cəbrayıl Rayon Polis X7 Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman o, polis əməkdaşları ilə mübahisə etməyə başlamış və polisin qanunu tələbinə qəsdən tabe olmamışlar. Eyni zamanda bildirir ki, o, hadisə zamanı sərxoş vəziyyətdə olduğu üçün hərəkətlərinin fərqinə varmayaraq, ucadan səs-küy salıb, ünvansız nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Halhazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bundan başqa, o, ailəlidir və himayəsində 2 (iki) azyaşlı uşağı vardır. Bununla yanaşı bildirir ki, ilk dəfə inzibati xəta əməlini törədir, belə xoşagəlməz hadisəyə görə xəcalət hissi keçirir və baş verməsini arzu etməz idi. Gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qayda-qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 01 oktyabr 2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin müayinəsinə dair” xüsusi texniki vasitədən (müayinə qəbzi) görünür ki, X2 “1.757 ‰ alkoqol sərxoşluğu” vəziyyət müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X6 47 saylı, 02 oktyabr 2024-cü il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, X2 “orta ağır dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmiş və müayinənin yoxlanma tarixi: 01 oktyabr 2024-cü il tarix, saat 20:20-dir. İş materiallarında olan AZA 013495 №-li, 01 oktyabr 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, X3 01 oktyabr 2024-cü il tarixdə 20:00-da inzibati qaydada tutulmuş və 03 oktyabr 2024-cü il tarixdə, saat 10:30-da azad edilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Polis Şöbəsinin 3-13-70/2-6564-2024 saylı, 02 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, X1 Cəbrayıl Rayon Polis X7 Polis Bölməsinin “WEB PORTAL” Sistemində sürücülük hüququnun olmadığı aşkar edilmişdir. İş materiallarında olan İXP ******* №-li, 01 oktyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan və MN ******* №-li, 02 oktyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X3 01 oktyabr 2024-cü il tarixdə, təxminən saat 19:30 radələrində “İJ” markalı yan qoşqulu dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsini (motosiklet) manevr qaydalarını pozaraq, eləcə də idarə etmək hüququ (sürücülük hüququ) olmadan sərxoş vəziyyətdə idarə etdiyi üçün Cəbrayıl Rayon Polis X7 Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 02 oktyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında protokolun baxılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan İXP ******* №-li, 01 oktyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol və MN ******* №-li, 02 oktyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol bir icraatda birləşdirilmiş və mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs X1 izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs X1 inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs X1 ilk dəfə inzibati xəta törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını, ailəli və himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normalarında nəzərdə tutulmuş daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-139/2024
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-139/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver