Məhkəmə qərarları › İş №3(072)-142/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-142/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-142/2024 22.10.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri: X1, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxx 1963-cü ildə Cəbrayıl şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Sumqayıt şəhəri 1 saylı Notariat Konturunun 21 dekabr 2016-cı il tarixli icra qeydi ilə borclu Şəxs 2800 (iki min səkkiz yüz) AZN məbləğində pulu tələbkar X5 xeyrinə tam və vaxtı-vaxtında ödəmir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-860/2017 saylı, 18 may 2017-ci il tarixli icra sənədi ilə borclu Şəxs ümumilikdə 2568.76 (iki min beş yüz altmış səkkiz, yetmiş altı) ABŞ dolları məbləğində kredit borcunu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumunu kreditor "xxxx" MMM QBKT-nin xeyrinə tam və vaxtı-vaxtında ödəmir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-868/2017 saylı, 16 avqust 2017-ci il tarixli icra vərəqəsi ilə borclu Şəxs ümumilikdə 2384 (iki min üç yüz səksən dörd) ABŞ dolları məbləğində kredit borcunu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunu tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə tam və vaxtıvaxtında ödəmir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-345/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli icra vərəqəsi ilə borclu Şəxs 4715.59 (dörd min yeddi yüz on beş, əlli doqquz) AZN məbləğində pulu tələbkar X2 xeyrinə tam və vaxtı-vaxtında ödəmir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-147/2020 saylı, 26 fevral 2020-ci il tarixli icra sənədi ilə borclu Şəxs 534 (beş yüz otuz dörd) AZN məbləğində pulu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunu tələbkar "xxxx" MMC-nin xeyrinə tam və vaxtı-vaxtında ödəmir. Məhkəmə iclasında Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri X6 izahatında bildirmişdir ki, Sumqayıt şəhəri 1 saylı Notariat Konturunun 21 dekabr 2016-cı il tarixli icra qeydinə əsasən borclu Şəxs 2800 (iki min səkkiz yüz) AZN məbləğində pul tutularaq, tələbkar X5 xeyrinə ödənilməlidir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-860/2017 saylı, 18 may 2017-ci il tarixli icra sənədinə əsasən borclular X4 və Şəxs müştərək qaydada ümumilikdə 2568.76 (iki min beş yüz altmış səkkiz, yetmiş altı) ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, tələbkar "xxxx" MMM QBKT-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-868/2017 saylı, 16 avqust 2017-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs ümumilikdə 2384 (iki min üç yüz səksən dörd) ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, tələbkar BOKT "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-345/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 4715.59 (dörd min yeddi yüz on beş, əlli doqquz) AZN məbləğində pul tutularaq, tələbkar X2 xeyrinə ödənilməlidir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-147/2020 saylı, 26 fevral 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 534 (beş yüz otuz dörd) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Hətta borclu Şəxs olduğu yer məlum olmadığı üçün barəsində “Borclunun axtarışı haqqında” qərar qəbul edilmişdir. Onu da qeyd edir ki, 04 avqust 2020-ci il tarixli qərar ilə Sumqayıt şəhəri, 1 saylı Notariat Konturunun 21 dekabr 2016-cı il tarixli icra qeydi, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-860/2017 saylı, 18 may 2017-ci il tarixli icra sənədi, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-868/2017 saylı, 16 avqust 2017-ci il tarixli icra vərəqəsi, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-345/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli icra vərəqəsi və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 147/2020 saylı, 26 fevral 2020-ci il tarixli icra sənədi ümumi icraatda birləşdirilmişdir. Borclu Həziyev X3 Rayon İcra və Probasiya Şöbəsinə gələrək bildirmişdir ki, maddi cəhətdən çətinlik çəkdiyi və eləcə də səhhətində ciddi problem olduğu üçün yaranmış pul borcunu birdəfəlik ödəyə bilməyəcək və maddi imkanı olacağı zaman hissə-hissə ödəyəcəkdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Şəxs icra sənədlərinə əsasən pul borcunu tələbkarların xeyrinə tam və vaxtı-vaxtında ödəməmişdir. Bununla yanaşı, tələbkarlar məhkəmə tərəfindən borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, barəsində “inzibati həbs” ilə bağlı olmayan, qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Bütün bunlara baxmayaraq, icra sənədi üzrə tələbin yerinə yetirilmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən edilmiş xəbərdarlıq heç bir müsbət nəticə verməmişdir. Ümumiyyətlə, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla yanaşı, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mkr., ev 17 A, mənzil 4 ünvanda yaşayır. O, bir müddət maddi cəhətdən çətinlik çəkdiyi, eləcə də səhhətində ciddi problem yarandığına görə müalicə olunduğu üçün müəyyən edilmiş pul məbləini hər ay vaxtı-vaxtında tələbkarların xeyrinə ödəməmişdir. Bundan başqa, hazırda da səhhətində müəyyən problemlər vardır və mütəmadi olaraq, müalicə olunur. Ailəyə yeganə qazanc gətirən şəxsdir və ailəsi maddi cəhətdən çətinlik çəkir. Hal-hazırda isə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və ödənilməmiş pul borcunu birdəfəlik ödəməyə həm maddi cəhətdən imkanı yoxdur. Məhkəmə qarşısında söz verir ki, Sumqayıt şəhəri 1 saylı Notariat Konturunun və Cəbrayıl Rayon Məhkəməsinin müvafiq icra sənədlərinə əsasən müəyyən edilmiş pul məbləğini tələbkarların xeyrinə hissə-hissə ödəyəcəkdir. Ümumiyyətlə, icra sənədinə əsasən müəyyən edilmiş pul məbləğini tələbkarların xeyrinə hər ay vaxtıvaxtında ödəmədiyinə görə, yəni inzibati xəta əməlinə görə özünü təqsirli hesab edir və səmimi peşmanlıq hissi keçirir. Bununla yanaşı bildirir ki, özü ailəlidir və ilk dəfə inzibati xəta törədir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Sumqayıt şəhəri 1 saylı Notariat Konturunun 21 dekabr 2016-cı il tarixli icra qeydi”nin surətindən görünür ki, borclu Şəxs 2800 (iki min səkkiz yüz) AZN məbləğində pul tutularaq, tələbkar X5 xeyrinə ödənilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-860/2017 saylı, 18 may 2017-ci il tarixli icra sənədi”nin surətindən görünür ki, borclular X7 və Şəxs müştərək qaydada ümumilikdə 2568.76 (iki min beş yüz altmış səkkiz, yetmiş altı) ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, tələbkar "xxxx" MMM QBKT-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-868/2017 saylı, 16 avqust 2017-ci il tarixli icra vərəqəsi”nin surətindən görünür ki, borclu Şəxs ümumilikdə 2384 (iki min üç yüz səksən dörd) ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-345/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli icra vərəqəsi”nin surətindən görünür ki, borclu Şəxs 4715.59 (dörd min yeddi yüz on beş, əlli doqquz) AZN məbləğində pul tutularaq, tələbkar X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-147/2020 saylı, 26 fevral 2020-ci il tarixli icra sənədi”nin surətindən görünür ki, borclu Şəxs 534 (beş yüz otuz dörd) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan 04 avqust 2020-ci il tarixli “İcra sənədinin bir icraatda birləşdirilməsi haqqında” qərarın surətindən görünür ki, Sumqayıt şəhəri 1 saylı Notariat Konturunun 21 dekabr 2016-cı il tarixli icra qeydi, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 860/2017 saylı, 18 may 2017-ci il tarixli icra sənədi, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 868/2017 saylı, 16 avqust 2017-ci il tarixli icra vərəqəsi, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-345/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli icra vərəqəsi və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-147/2020 saylı, 26 fevral 2020-ci il tarixli icra sənədi ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan 174272/2019-60-2 saylı, 22 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri 1 saylı Notariat Konturunun və Cəbrayıl Rayon Məhkəməsinin müvafiq icra sənədlərinə əsasən borclu Şəxs tərəfindən tələbkarın xeyrinə pul borcunun ödənişi həyata keçirilməmişdir. İş materiallarında olan MN ******* №-li, 22 oktyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Sumqayıt şəhəri 1 saylı Notariat Konturunun 21 dekabr 2016-cı il tarixli icra qeydi ilə borclu Şəxs 2800 (iki min səkkiz yüz) AZN məbləğində pulu tələbkar X5 xeyrinə tam və vaxtı-vaxtında ödəmir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-860/2017 saylı, 18 may 2017-ci il tarixli icra sənədi ilə borclu Şəxs ümumilikdə 2568.76 (iki min beş yüz altmış səkkiz, yetmiş altı) ABŞ dolları məbləğində kredit borcunu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumunu kreditor "xxxx" MMM QBKT-nin xeyrinə tam və vaxtı-vaxtında ödəmir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-868/2017 saylı, 16 avqust 2017-ci il tarixli icra vərəqəsi ilə borclu Şəxs ümumilikdə 2384 (iki min üç yüz səksən dörd) ABŞ dolları məbləğində kredit borcunu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesab ilə) və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunu tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə tam və vaxtıvaxtında ödəmir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-345/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli icra vərəqəsi ilə borclu Şəxs 4715.59 (dörd min yeddi yüz on beş, əlli doqquz) AZN məbləğində pulu tələbkar X2 xeyrinə tam və vaxtı-vaxtında ödəmir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-147/2020 saylı, 26 fevral 2020-ci il tarixli icra sənədi ilə borclu Şəxs 534 (beş yüz otuz dörd) AZN məbləğində pulu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunu tələbkar "xxxx" MMC-nin xeyrinə tam və vaxtı-vaxtında ödəmir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən şəxs Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri X1 və inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, borclu Şəxs borcu məbləğindən ödəniş etməməsini məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi, eləcə də, icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd edilmişdir ki, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə 07 mart 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını, ailəli olmasını və eləcə də tələbkar tərəfin onun barəsində “inzibati həbs” ilə bağlı olmayan, qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh növünün tətbiq etmək istiqamətində mövqeyini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə, qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin.. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar