Məhkəmə qərarları › İş №3(072)-145/2023

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-145/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-145/2023 02.08.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Cəbrayıl şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və Biləsuvar rayonu, 2 saylı qəsəbə, ev 388 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 02 avqust 2023-cü il tarixdə, təxminən saat 02:00 radələrində “MERCEDES-BENZ VİTO” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək, Biləsuvar rayonu, 1-11 saylı asfalt yolun 3 saylı qəsəbə ərazisində əks istiqamətli hərəkət zolağına çıxmaqla, manevr edən zaman Cəbrayıl Rayon Polis X5 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, o, 02 avqust 2023-cü il tarixdə yaşadığı ərazidə yerləşən kafedə spirtli içki qəbul etmiş və “MERCEDES-BENZ VİTO” markalı, **-ND-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək, Biləsuvar rayonu, 1-11 saylı asfalt yolun 3 saylı qəsəbə ərazisində asfalt yolda ötmə və manevr qaydalarını pozmuşdur. Bu zaman həmin ərazidə xidmət aparan Cəbrayıl Rayon Polis X8 Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu Cəbrayıl Rayon Polis Şöbəsinə getməyi dəvət etmişlər. Lakin o, polis əməkdaşlarının təklifini rədd etməklə, uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları onu sakitləşdirməyə çalışmış və nizam-intizama, ictimai qaydaya əməl etməsini tələb etmişdir. Lakin o, polis əməkdaşları ilə mübahisə etməyə başlamış və polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Eyni zamanda bildirir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman sərxoş vəziyyətdə olduğu üçün hərəkətlərinin fərqinə varmayaraq, səs-küy salıb, ucadan nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Polis X5 X6 Patrul Xidmətinin baş inspektoru, polis baş leytenantı Şahid2 tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Yalçın Alısoya ünvanlanmış raportdan görünür ki, Şəxs 02 avqust 2023-cü il tarixdə, təxminən saat 02:00 radələrində “MERCEDES-BENZ VİTO” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək, Biləsuvar rayonu, 1-11 saylı asfalt yolun 3 saylı qəsəbə ərazisində əks istiqamətli hərəkət zolağına çıxmaqla, manevr edən zaman Cəbrayıl Rayon Polis X5 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. İş materiallarında olan video görüntüyə dair “CD” diskin yaddaş görüntüsündən görünür ki, Şəxs 02 avqust 2023-cü il tarixdə, təxminən saat 02:00 radələrində “MERCEDES-BENZ VİTO” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar rayonu, 1-11 saylı asfalt yolun 3 saylı qəsəbə ərazisində sərxoş vəziyyətdə idarə etdiyi üçün Cəbrayıl Rayon Polis X5 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və bu zaman polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. İş materiallarında olan AZA 013387 №-li, 02 avqust 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 02 avqust 2023-cü il tarixdə, saat 02:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan MN ******* №-li, 02 avqust 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 02 avqust 2023-cü il tarixdə, təxminən saat 02:00 radələrində “MERCEDES-BENZ VİTO” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək, Biləsuvar rayonu, 1-11 saylı asfalt yolun 3 saylı qəsəbə ərazisində əks istiqamətli hərəkət zolağına çıxmaqla, manevr edən zaman Cəbrayıl Rayon Polis X5 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X4 59 saylı, 02 avqust 2023-cü il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs oğlunda “orta dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 X2 Regional Filialının 3-17-1/2-174012/2023 saylı, 02 avqust 2023-cü il tarixli arayışının surətindən görünür ki, Şəxs müddətsiz 2-ci dərəcəli əlildir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 17669 №-li “Vəsiqə”nin surətindən görünür ki, Şəxs 2-ci qrup əlildir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs “əlillik faktı” ilə bağlı hesab edir ki, təyin edilmiş “müddətsiz 2-ci dərəcəli əlillik” hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 187 saylı, 13 may 2022-ci il tarixli Qərarı və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik” meyarı ilə uyğunluq təşkil etdiyi üçün bu hal məhkəmə tərəfindən nəzərə alınmalıdır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 187 saylı, 13 may 2022-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. X1 1.0.2-ci maddəsinə əsasən qanunvericilik aktları-Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlardır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, “Hadisənin görüntüsünə dair 1 (bir) ədəd “CD” diskə baxış keçirib, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə inzibati xəta haqqında işdə olan “hadisənin görüntüsünə dair” 1 (bir) ədəd “CD” disk ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında işdə olan “hadisənin görüntüsünə dair” 1 (bir) ədəd “CD” disk inzibati xəta haqqında materialın saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi (ikinci qrup əlilliyi) nəzərə alınaraq, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normalarında nəzərdə tutulmuş daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni “inzibati cərimə” tənbeh növü tətbiq edilməli və dərhal məhkəmə iclas zalından azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. İnzibati xəta haqqında işdə olan “hadisənin görüntüsünə dair” 1 (bir) ədəd “CD” disk inzibati xəta haqqında materialın saxlanma müddəti ərzində işdə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar