Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-147/2023 18.08.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 14:00 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxx 1993-cü ildə Şəki rayonu, Böyükdəhnə kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Böyükdəhnə kəndində qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 18 avqust 2023-cü il tarixdə, saat 03:00 radələrində işğaldan azad olunmuş Cəbrayıl rayonu, Soltanlı kəndi ərazisində sərxoş vəziyyətdə idarə etdiyi “KAMAZ” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili aşırdığı üçün əraziyə Cəbrayıl Rayon Polis Şöbəsinin polis əməkdaşları gələn zaman uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Şəki rayonu, Böyükdəhnə kəndində yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, o, 17 avqust 2023-cü il tarixdə dostu X1 ilə birlikdə işləmək üçün yaşadıqları Şəki rayonundan Laçın rayonuna getmişlər. 17 avqust 2023-cü il tarixdə, saat təxminən 22:00 radələrində Füzuli rayonu, Horadiz qəsəbəsində kafelərin birində spirtli içki qəbul etmişlər. O, İlkin yorğun olduğu üçün ona məxsus “KAMAZ” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Cəbrayıl rayonu ərazisindən keçən zaman qəfildən idarə etməni itirdiyi üçün avtomobili yoldan kənara aşırmışdır. Bu zaman ərazidə xidmət aparan Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları onlara yaxınlaşıb, onları Cəbrayıl Rayon Polis Şöbəsinə getməyi dəvət etmişlər. Lakin o, polis əməkdaşlarının təklifini rədd etməklə, uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları onu sakitləşdirməyə çalışmış və nizam-intizama, ictimai qaydaya əməl etməsini tələb etmişdir. Lakin o, polis əməkdaşları ilə mübahisə etməyə başlamış və polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Eyni zamanda bildirir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman sərxoş vəziyyətdə olduğu üçün hərəkətlərinin fərqinə varmayaraq, səs-küy salıb, ucadan nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Polis X5 Xdiməti Bölüyünün taqım komandiri, polis kiçik leytenantı Şahid1 tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Yalçın Alısoya ünvanlanmış raportdan görünür ki, 18 avqust 2023-cü il tarixdə, saat 03:00 radələrində işğaldan azad olunmuş Cəbrayıl rayonu, Soltanlı kəndi ərazisində Cəbrayıl Rayon Polis X5 Xdiməti Bölüyünün manqa komandiri, polis baş serjantı Məstalı Qəhərəmanov ilə birlikdə xidmət aparan zaman “KAMAZ” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürüşərək yolun kənarına çıxdığını görmüşlər. Həmin avtomobilə yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edərək, hadisə barədə soruşmuşlar. Bu zaman avtomobildə olan sürücü Şəxs və sərnişin X1 uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. İş materiallarında olan video görüntüyə dair “CD” diskin yaddaş görüntüsündən görünür ki, Şəxs 18 avqust 2023-cü il tarixdə, saat 03:00 radələrində işğaldan azad olunmuş Cəbrayıl rayonu, Soltanlı kəndi ərazisində sərxoş vəziyyətdə idarə etdiyi “KAMAZ” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil sürüşərək yolun kənarına çıxdığı üçün əraziyə Cəbrayıl Rayon Polis Şöbəsinin polis əməkdaşları gələn zaman o və X1 uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişlər. İş materiallarında olan MN ******* №-li, 18 avqust 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 18 avqust 2023-cü il tarixdə, saat 03:00 radələrində işğaldan azad olunmuş Cəbrayıl rayonu, Soltanlı kəndi ərazisində sərxoş vəziyyətdə idarə etdiyi “KAMAZ” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobli aşırdığı üçün əraziyə Cəbrayıl Rayon Polis Şöbəsinin polis əməkdaşları gələn zaman uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X2 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X3 63 saylı, 18 avqust 2023-cü il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs “orta dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, “Hadisənin görüntüsünə dair 1 (bir) ədəd “CD” diskə baxış keçirib, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda,inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə inzibati xəta haqqında işdə olan “hadisənin görüntüsünə dair” 1 (bir) ədəd “CD” disk ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında işdə olan “hadisənin görüntüsünə dair” 1 (bir) ədəd “CD” disk inzibati xəta haqqında materialın saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normalarında nəzərdə tutulmuş daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, həbs etmənin əvvəli tutulduğu vaxtdan-18 avqust 2023-cü il tarixdən hesablanmaqla, təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati həbs” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 10 (on ) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 18 avqust 2023-cü il tarixdən hesablansın. İnzibati xəta haqqında işdə olan “hadisənin görüntüsünə dair” 1 (bir) ədəd “CD” disk inzibati xəta haqqında materialın saxlanma müddəti ərzində işdə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-147/2023
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-147/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver