Məhkəmə qərarları › İş №3(072)-157/2023

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-157/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-157/2023 07.09.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs “MMC-nin nümayəndəsi (direktor): X6 iştirakı ilə, Şəxs “MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Prokurorluğu Cəbrayıl rayon prokurorluğu tərəfindən məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Prokurorluğu Cəbrayıl rayon prokurorluğu tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında inzibati xəta haqqında material daxil olmuşdur. “İnzibati xəta haqqında” materiala əsasən hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərini pozaraq fəaliyyət göstərdiyi Biləsuvar rayonu, 10 saylı qəsəbə, ev 234 ünvanda yerləşən tədris mərkəzində “pediatr müəllim” vəzifəsində işləyən X2 həmin vəzifələrinin icra edilməsi üçün onun ilə əmək müqaviləsi bağlamamaqla və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etməməklə, 09 avqust 2023-cü il tarixdən 13 avqust 2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 “pediatr müəllim” kimi işlərin yerinə yetirməsinə cəlb etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin nümayəndəsi X10 izahatında bildirmişdir ki, o, Şəxs MMC-nin həm təsisçisidir, həm də direktoru vəzifəsində işləyir. Şəxs MMC Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olar bilər. Hüquqi şəxs Şəxs MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Cəbrayıl Rayon Vergilər Şöbəsində qeydiyyatdadır və VÖEN **********.dir. Belə ki, Şəxs MMC-nin əsas fəaliyyəti tibb bacısı peşə kursunu təşkil etməkdir. Tədris mərkəzinin inzibati binası Biləsuvar rayonu, 10 saylı qəsəbə, ev 234 ünvanda yerləşir. Tədris mərkəzi 09 avqust 2023-cü il tarixdə fəaliyyətə və 12 avqust 2023-cü il tarixdən etibarən isə tədrisə başlamışdır. Tədris mərkəzində 65 (altmış beş) nəfər peşə təhsili alan şəxs vardır. Tədris mərkəzində təhsil alanlar aylıq 50 (əlli) AZN məbləğində ödəniş həyata keçirmiş və ödənişin qarşılığında onlara orden verilmişdir. O, 09 avqust 2023-cü il tarixdə X3 “pediatr müəllim” vəzifəsinə işə götürmüş, kağız üzərində yazılı formada əmək müqaviləsi bağlasa da, lakin əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etməmişdir. Eyni zamanda bildirir ki, o, 17 avqust 2023-cü il tarixdə X3 “pediatr müəllim” vəzifəsinə işə götürməklə, kağız üzərində əmək müqaviləsi bağlamış və eləcə də əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmişdir. Hesab edir ki, törədilmiş inzibati xəta əməlində Şəxs MMC təqsirlidir və ilk dəfə inzibati xəta əməlini törədir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Prokurorluğu Cəbrayıl rayon prokurorluğu inzibati xəta haqqında materiala baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Cəbrayıl rayon prokurorluğun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən materiala Azərbaycan Respublikasının Prokurorluğu Cəbrayıl rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidməti Cəbrayıl Rayon Vergilər Şöbəsinin məlumatı”nın surətindən görünür ki, hüquqi şəxs Şəxs MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Cəbrayıl Rayon Vergilər Şöbəsində qeydiyyatdadır və VÖEN **********.dir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatı”nın surətindən görünür ki, hüquqi şəxs Şəxs MMC 27 iyul 2023-cü il tarixdə vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Cəbrayıl Rayon Vergilər Şöbəsində qeydiyyata alınmış, VÖEN **********.dir, hüquqi ünvanı Biləsuvar rayonu, 10 saylı qəsəbə, ev 234.dir, təsisçisi və qanuni təmsilçisi X8r. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Şəxs MMC-nin Nizamnaməsi”nin surətindən görünür ki, Cəmiyyət Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olar bilər və Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirilir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Şəxs MMC-nin 01 saylı, 27 iyul 2023-cü il tarixli əmri”nin surətindən görünür ki, Şəxs MMC-nin rəhbəri və işçisi X11 27 iyul 2023-cü il tarixdən fəaliyyətə başlamışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 09 avqust 2023-cü il tarixli “Əmək müqaviləsinin (kontraktı)” surətindən görünür ki, Şəxs MMC-nin direktoru (işə götürən) X11 ilə X4 arasında 01 (bir) il müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Şəxs MMC-nin Tədris Mərkəzinin sinif jurnalları”ın surətindən görünür ki, Şəxs MMC-nin Tədris Mərkəzi 12 avqust 2023-cü il tarixdən etibarən 3 (üç) qrup olmaqla tədrisə başlamışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 17 avqust 2023-cü il tarixli “Kompüterə baxış keçirilməsi haqqında” protokol”un surətindən görünür ki, Cəbrayıl rayon prokuroru, ədliyyə müşaviri X9 xidməti otağında kompüter vasitəsilə “X1 Sistemi”nə (EPİS) baxış keçirilmiş və Şəxs MMC-nin Tədris Mərkəzində təhsil verən (işçi) X4 ilə Cəmiyyət arasında əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sistemində aşkar edilməmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 17 avqust 2023-cü il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, Şəxs MMC-nin direktoru (işə götürən) X11 ilə X4 arasında bağlanmış 09 avqust 2023-cü il tarixli əmək müqaviləsinə əsasən X4 Şəxs MMC-nin Tədris Mərkəzinə “müəllim” vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 11 avqust 2024-cü il tarixədək qüvvədədir və bildirişin imzalandığı tarix 17 avqust 2023-cü il tarixdir. İş materiallarında olan 24 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərardan görünür ki, Şəxs MMC-nin əməlində cinayət tərkibi olmadığı üçün Cəbrayıl Rayon Polis X7 təhqiqatçısı, polis baş leytenantı X12 cinayət işinin başlanması rədd edilmiş və Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Cəbrayıl rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan 29 avqust 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Cəbrayıl rayon prokuroru, ədliyyə müşaviri X14 tərəfindən Şəxs MMC inzibati xəta törətmiş şəxs qismində tanınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraat materialından” görünür ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərini pozaraq fəaliyyət göstərdiyi Biləsuvar rayonu, 10 saylı qəsəbə, ev 234 ünvanda yerləşən tədris mərkəzində “pediatr müəllim” vəzifəsində işləyən X2 həmin vəzifələrinin icra edilməsi üçün onun ilə əmək müqaviləsi bağlamamaqla və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etməməklə, 09 avqust 2023-cü il tarixdən 13 avqust 2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 “pediatr müəllim” kimi işlərin yerinə yetirməsinə cəlb etmişdir. Məhkəmə inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6 izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, vergi ödəyicisi olan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləmək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifəsidir. Həmin Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi və əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi-bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3-cü hissəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. Həmin Məcəllənin 42-ci maddəsinin 2-ci hissəsinə əssən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci hissəsinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-2-ci hissəsinə əsasən bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Həmin Məcəllənin 49-cu maddəsinin 3-cü hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Həmin Məcəllənin 49-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 183 saylı, 06 iyun 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ına əsasən bu Qaydalar “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-İVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalarını, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat formasını, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaları müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir: 2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda -1 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 2 nömrəli əlavəyə uyğun); 2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda - 3 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə uyğun); 2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (5 nömrəli əlavəyə uyğun). Həmin Qaydaların 3.1-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Həmin Məcəllənin 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 315-ci maddəsini nəzərə alaraq, bu Məcəllə qüvvəyə minənədək mövcud olan əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanılmış və yazılı formada tərtib edilməmiş əmək müqavilələri, onlarda şifahi formada dəyişikliklərin edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan müvafiq əmək müqaviləsi bildirişi formasında daxil edilir. Həmin Məcəllənin 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 4.1-ci bəndinə əsasən “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi” elektron informasiya sisteminə daxil edilərkən gücləndirilmiş elektron imzaya əsasən işəgötürən barəsində aşağıdakı məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur və əmək müqaviləsi bildirişinə daxil edilir: 4.1.1. işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda: 4.1.1.1. dövlət orqanının və ya hüquqi şəxsin adı; 4.1.1.2. sığortaedənin uçot nömrəsi (SUN); 4.1.1.3. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN); 4.1.1.4. hüquqi ünvanı, faktiki ünvanı, əlaqə telefonları; 4.1.2. işəgötürən fiziki şəxs olduqda: 4.1.2.1. soyadı, adı, atasının adı; 4.1.2.2. sığortaedənin uçot nömrəsi (SUN); 4.1.2.3. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN); 4.1.2.4. qeydiyyatda olduğu və faktiki fəaliyyət göstərdiyi ünvanları, əlaqə telefonları; 4.1.2.5. şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası və nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı; 4.1.2.6. sosial sığorta nömrəsi (SSN); 4.1.2.7. fərdi identifikasiya nömrəsi (FİN). Həmin Məcəllənin 4.2-ci bəndinə əsasən işçinin fərdi identifikasiya nömrəsi (FİN) əmək müqaviləsi bildirişində müvafiq sahəyə daxil edilərkən istifadə olunan informasiya ehtiyatlarında ona aid məlumat aşkar olunduqda, aşağıdakı məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən edilir və əmək müqaviləsi bildirişində göstərilir: 4.2.1. işçinin soyadı, adı, atasının adı; 4.2.2. vətəndaşlığı; 4.2.3. şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı; 4.2.4. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, sosial sığorta nömrəsi (SSN); 4.2.5. fərdi identifikasiya nömrəsi (FİN); 4.2.6. doğum tarixi; 4.2.7. işçinin qeydiyyatda olduğu ünvan; 4.2.8. cinsi. Həmin Məcəllənin 4.3-cü bəndinə əsasən sistem tərəfindən avtomatik rejimdə müəyyən edilən məlumatlarla yanaşı, əmək müqaviləsi bildirişinə avtomatik rejimdə daxil olunmayan aşağıdakı məlumatlar daxil edilir: 4.3.1. işəgötürənin səlahiyyətlərini həyata keçirən şəxsin (şəxslərin) vəzifəsi, soyadı, adı, atasının adı; 4.3.2. vəzifəli şəxsin fərdi identifikasiya nömrəsi (FİN); 4.3.3. vəzifəli şəxsin şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası və nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı; 4.3.4. işçinin yaşadığı ünvan, əlaqə telefonları; 4.3.5. iş yerinin adı və işçinin faktiki fəaliyyət göstərdiyi ünvan; 4.3.6. iş yerinin əsas və ya əlavə olması barədə qeyd; 4.3.7. işçinin vəzifəsinin (peşəsinin) adı; 4.3.8. əmək müqaviləsinin bağlanıldığı tarix (elektron informasiya sistemi istifadəyə verilən tarixdən sonra bağlanılmış əmək müqavilələri istisna olmaqla); 4.3.9. əmək müqaviləsinin növü (müddətli və ya müddətsiz); 4.3.10. müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix; 4.3.11. işçinin aylıq əməkhaqqının məbləği (manatla); 4.3.12. əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd. Həmin Məcəllənin 4.5-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. X5 1.0.2-ci maddəsinə əsasən qanunvericilik aktları-Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlardır. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş hüquqi şəxs Şəxs “MMC-nin inzibati xəta əməlini ilk dəfə törətməsini və hüquqi şəxs Şəxs “MMC-nin nümayəndəsi (direktor) X6 əməli etiraf etməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Şəxs “MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Tərlan Nüsrətov .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar