Məhkəmə qərarları › İş №3(072)-16/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-16/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-16/2025 04.02.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Cəbrayıl Rayon Polis X8 Polisi Bölməsi yolpatrul xidməti baş inspektoru, polis kiçik leytenantı: X1, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxx 1991-ci ildə Beyləqan rayonu, Əlinəzərli kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 28 yanvar 2025-ci il tarixdə, təxminən saat 20:00 radələrində “Biləsuvar st. Mingəçevir” avtomobil yolunun 45-ci kilometrliyində “VAZ-2115” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında Cəbrayıl Rayon Polis X8 Polisi Bölməsi yol-patrul xidməti baş inspektoru, polis kiçik leytenantı X2 izahatında bildirmişdir ki, 28 yanvar 2025-ci il tarixdə, təxminən saat 20:00 radələrində “Biləsuvar st. Mingəçevir” avtomobil yolunun 45-ci kilometrliyində xidmətdə olan zaman “VAZ-2115” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin istismarı qaydalarını qaydalarını pozaraq, idarə edildiyi üçün saxlanılmışdır. Yoxlama zamanı “VAZ-2115” markalı, **-EX-*** dövlət qeydiyya nişanlı avtomobilin sürücüsü Şəxs danışığında və davranışında səlistliyin olmaması, özünü qeyri-adi formada aparması aşkar edilmişdir. Bu səbəbdən də, sürücü Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tüpürcək nümunəsi götürülərək, xüsusi texniki vasitədən istifadə edilməklə, ilkin sərxoşluq müayinəsindən keçirilmişdir. İlkin sərxoşluq müayinəsinin nəticəsində xüsusi texniki vasitədə “T1A THC” göstəricisi üzrə sürücü Şəxs laboratoriya müayinəsindən keçirilməsi tələb olunduğu üçün o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına aparılmışdır. Sürücü Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında müayinə edilən zaman onun sidiyində “THC” (kannabinoid-pozitiv) aşkar olunmuşdur. Bu səbəbdən də, sürücü Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Onu da qeyd edir ki, sürücü Şəxs nə Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma zamanı, nə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında müayinə edilən zaman ona qarşı zor tətbiq tətbiq edilməmiş, təzyiqə və (və ya) təsirə məruz qalmamış, eləcə də onun sidik nümunəsinə heç bir müdaxilə edilməmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Beyləqan rayonu, Orta Əlinəzərli kəndində yaşayır, ailəlidir və fərdi əməklə məşğul olur. Baş vermiş hadisə barədə bildirir ki, 28 yanvar 2025-ci il tarixdə, təxminən saat 20:00 radələrində “Biləsuvar st.Mingəçevir” avtomobil yolunun 45-ci kilometrliyində atasına məxsus “VAZ-2115” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edən zaman Cəbrayıl Rayon Polis X8 Polis Bölməsi yol-patrul xidməti inspektoru tərəfindən saxlanılmışdır. Yoxlama zamanı özünü qeyri-adi apardığı üçün o, Cəbrayıl Rayon Polis Şöbəsinə dəvət edilərək, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tüpürcək nümunəsi götürülərək, xüsusi xüsusi texniki vasitədən istifadə edilməklə, ilkin sərxoşluq müayinəsindən keçirilmişdir. İlkin sərxoşluq müayinəsinin nəticəsində xüsusi texniki vasitədə “T1A THC” göstəricisi üzrə onun laboratoriya müayinəsindən keçirilməsi tələb olunduğu üçün o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına aparılmış və xəstəxanada sidik nümunəsi vermişdir. O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında müayinə edilən zaman sidiyində “THC” (kannbinoid-pozitiv) aşkar olunmuşdur. Onu da qeyd edir ki, o, siqaretdən istifadə etsə də, lakin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında sidik nümunəsi götürülən zaman həmin nümunəyə “nəsə...” əlavə etmişlər. Düzdür, özü bunu görməsə də, lakin əlüzünü yuyan zaman səs eşitmişdir. O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında həkim müayinəsindən keçib qayıtdıqdan sonra yolda ürəyi bulandığı üçün qusmuşdur. Bundan başqa, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının 28 yanvar 2025-ci il tarixli tibbi rəyi ilə razılaşmadığı üçün 31 yanvar 2025-ci il tarixdə və 01 fevral 2025-ci il tarixdə yenidən sidik nümunəsi verməklə, Azərbaycan Respublikası “Respublika Narkoloji Mərkəzi” X6 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasından tibbi müayinədən keçmişdir. Həm Azərbaycan Respublikası “Respublika Narkoloji Mərkəzi” X7, həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının rəyinə əsasən onun sidiyində narkotik vasitələr və psixotrop maddələr aşkar olunmamışdır. Hal-hazırda özünü inzibati xəta əməlinə görə təqsirli hesab etmir və barəsində məhkəmə tərəfindən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş oğlu X4 izahatında bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis X8 Polisi Bölməsinin rəisi vəzifəsində işləyir və polis baş leytenantıdır. Baş vermiş hadisə barədə bildirir ki, Cəbrayıl Rayon Polis X8 Polisi Bölməsi yol-patrul xidməti baş inspektoru, polis leytenantı X2 28 yanvar 2025-ci il tarixdə, təxminən saat 20:00 radələrində “Biləsuvar st. Mingəçevir” avtomobil yolunun 45-ci kilometrliyində xidmətdə olan zaman “VAZ-2115” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsinin istismarı qaydalarını qaydalarını pozaraq, idarə edildiyi üçün saxlamışdır. Yoxlama zamanı “VAZ-2115” markalı, **-EX-*** dövlət qeydiyya nişanlı avtomobilin sürücüsü Şəxs danışığında və davranışında səlistliyin olmaması, özünü qeyriadi formada aparması aşkar edildiyi üçün bu barədə ona məlumat verilmişdir. Bu səbəbdən də, sürücü Talışlı X3 Rayon Polis Şöbəsinə dəvət edilərək, onda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tüpürcək nümunəsi götürülərək, xüsusi xüsusi texniki vasitədən istifadə edilməklə, ilkin sərxoşluq müayinəsindən keçirilmişdir. İlkin sərxoşluq müayinəsinin nəticəsində xüsusi texniki vasitədə “T1A THC” göstəricisi üzrə sürücü Şəxs laboratoriya müayinəsindən keçirilməsi tələb olunduğu üçün o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına aparılmışdır. Sürücü Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında müayinə edilən zaman sidiyində “THC” (kannbinoid-pozitiv) aşkar olunmuşdur. Onu da qeyd edir ki, əgər xüsusi texniki vasitədə (narkotester) qeyd edilmiş göstəricilərdən hər hansı birində sürücüdə narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması halı aşkar olunarsa, həmin göstəricidə “Laboratoriya müayinəsi tələb olunur.” qeydi yazılır və həmin xüsusi texniki vasitəyə (narkotester) kənar müdaxilə mümkünsüzdür. Belə olduğu təqdirdə, sürücü mütləq narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinədən keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müvafiq Narkoloji Xəstəxanasına aparılmalıdır. Bu səbəbdən də, ilkin sərxoşluq müayinəsinin nəticəsində xüsusi texniki vasitədə “T1A THC” göstəricisi üzrə sürücü Şəxs laboratoriya müayinəsindən keçirilməsi tələb olunduğu üçün o, ərazi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının 000143 saylı, 28 yanvar 2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”na əsasən sürücü Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. İş materiallarında olan WD2C000082 saylı, 28 yanvar 2025-ci il tarixli “Sərxoşluq vəziyyətinin müayinəsinə dair” xüsusi texniki vasitədən (müayinə qəbzi) görünür ki, narkotester nəticəsində xüsusi texniki vasitədə “T1A THC” göstəricisi üzrə sürücü Şəxs “Laboratoriya müayinəsindən keçirilməsi tələb olunur” qeydi yazılmış və gözləri qızarmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının 000143 saylı, 28 yanvar 2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs sidiyində “THC” (kannbinoid-pozitiv) aşkar olunmuş, müayinə olunan şəxsin xarici görünüşü: səliqəli, davranışı: həyəcanlı, şüurun vəziyyəti: aydın, vegetativ damar reaksiyası: gözün selikli qişası hipermiyalaşıb, bəbəklər: genəlib, müayinənin vaxtı və nəticəsi: 28 yanvar 2025-ci il tarix, saat 23:10dur, pozitivdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 1/321 saylı, 31 yanvar 2025-ci il tarixli akt”dan görünür ki, Şəxs sidiyində “AMP (Amfetomin), COC (Kokain), THC (Kannabinoldlər), BZO (Benzodlazepin), PCP (Fensiklidin), BAR (Barbiturat), MET (Metamfetamin), TML (Tramadol HCİ), PGB (Preqabalin), MTD (Metadon), MOP (Morfin) və TCA (TCA Antidepressant)” aşkar olunmamış, bioloji materialların götürülmə vaxtı: 31 yanvar 2025-ci il tarix, saat 12:00-dır və müayinənin aparılma vaxtı: 31 yanvar 2025ci il tarix, saat 12:05-dir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının 000164 saylı, 01 fevral 2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs sidiyində narkotik və psixotrop maddələr aşkar olunmamış, müayinənin vaxtı və nəticəsi: 01 fevral 2025-ci il tarix, saat 12:30-dur, negativdir. İş materiallarında olan “video görüntüyə” dair “CD” diskin yaddaş görüntüsündən görünür ki, 28 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müvafiq Narkoloji Xəstəxanasında ilkin tibbi müayinə zamanı Şəxs video çəkilişin aparılmasına etiraz etmir, narkotik vasitə qəbul etmədiyini bildirsə də, lakin ona qarşı zor tətbiq tətbiq edilmədiyini, təzyiqə və (və ya) təsirə məruz qalmadığını, eləcə də sidik nümunəsinin ona məxsus olmasını və sidik nümunəsinə heç bir kənar müdaxilə edilmədiyini qeyd edir. İş materiallarında olan İXP ******* №-li, 29 yanvar 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 28 yanvar 2025-ci il tarixdə, təxminən saat 20:00 radələrində “Biləsuvar st. Mingəçevir” avtomobil yolunun 45-ci kilometrliyində “VAZ-2115” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən şəxs Cəbrayıl Rayon Polis X8 Polisi Bölməsi yol-patrul xidməti baş inspektoru, polis kiçik leytenantı X1, inzibati xəta törətmiş şəxs Şəxs və şahidin izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə təhqiqatı zamanı özünün təqsirli bilməməsinə dair verdiyi izahatına hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta törətmiş şəxsin izahatı inandırıcı deyildir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs izahatı işin faktiki halları ilə təkzib olunduğu üçün onun izahatına tənqidi yanaşılmalı və izahatı özünü müdafiə edilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə onu qeyd edir ki, istənilən narkotik vasitə qəbul edildikdən sonra qan dövranına sorulur və burada parçalanmağa başlayır. Xüsusilə inzibati xəta törətmiş şəxs Şəxs 28 yanvar 2025-ci il tarixdə ilkin tibbi müayinədən sonra hər hansı qida və (və ya) maye qəbul etməklə, narkotik vasitənin orqanizmindən xaric olunması istisna edilmir. Eləcə də ilkin tibbi müayinədən sonra 4-5 gün ərzində narkotik vasitə inzibati xəta törətmiş şəxs Şəxs orqanizmindən xaric olunduğu üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 1/321 saylı, 31 yanvar 2025-ci il tarixli akt”ına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının 000164 saylı, 01 fevral 2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”na əsasən onun sidiyində narkotik və psixotrop maddələrin aşkar olunmaması qəbul edilən haldır. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini ilk dəfə törətməsini, ailəli və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə inzibati xəta haqqında işdə olan “video görüntüyə dair” 1 (bir) ədəd “CD” disk ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında işdə olan “video görüntüyə” dair 1 (bir) ədəd “CD” disk inzibati xəta haqqında materialın saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında işdə olan “video görüntüyə” dair 1 (bir) ədəd “CD” disk inzibati xəta haqqında materialın saxlanma müddəti ərzində işdə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar