Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-160/2025 04.09.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: X2 iştirakı ilə, xx xxxxx 1993-cü ildə Cəbrayıl şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və Cəbrayıl şəhəri, ev 6/63, mənzil 2 ünvanda yaşayan şəxs X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 03 sentyabr 2025-ci il tarixdə, saat 23:00 radələrində sərxoş vəziyyətdə Biləsuvar rayonu, 3 saylı qəsəbə ərazisində “OBA” marketin qarşısında, uca səslə səs-küy saldığı üçün Cəbrayıl Rayon Polis Şöbəsinə dəvət edilmiş, daha sonra Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasında, uca səslə səs-küy salıb, ünvansız və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Cəbrayıl şəhəri, ev 6/63, mənzil 2 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, o, 03 sentyabr 2025-ci il tarixdə, saat 23:00 radələrində sərxoş vəziyyətdə Biləsuvar rayonu, 3 saylı qəsəbə ərazisində “OBA” marketin qarşısında “İlkin” adlı tanışı ilə birlikdə səs-küy salmışlar. Bu səbəbdən o, ərazidə xidmət aparan Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Bu zaman orada xidmət aparan Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb, onu sakitləşdirməyə çalışmış və nizam-intizama, ictimai qaydaya əməl etməsini tələb etmişdir. Lakin o, polis əməkdaşları ilə mübahisə etməyə başlamış, uca səslə səs-küy salmağa davam edərək, ünvansız və eləcə də polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Eyni zamanda bildirir ki, o, hadisə zamanı sərxoş vəziyyətdə olduğu üçün hərəkətlərinin fərqinə varmayaraq, səs-küy salıb, ucadan ünvansız və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, bildirir ki, Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasında olduğu zaman Cəbrayıl Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis baş leytenantı X9, Cəbrayıl Rayon Polis X11 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı X6 və Cəbrayıl Rayon Polis X11 Xidməti Bölüyünün manqa komandiri nəfəri, polis baş serjantı X3 və adını bilmədiyi digər polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmiş, təzyiqə məruz qalmış və ünvanına nalayiq ifadələr işlədilmişdir. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Polis X11 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Nurəddin Əliyev tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudova ünvanlanmış 3-13-70/1-6411/25 saylı, 04 sentyabr 2025-ci il tarixli raportdan görünür ki, X4 03 sentyabr 2025-ci il tarixdə, saat 23:00 radələrində sərxoş vəziyyətdə Biləsuvar rayonu, 3 saylı qəsəbə ərazisində “OBA” marketin qarşısında, uca səslə səs-küy saldığı üçün Cəbrayıl Rayon Polis Şöbəsinə dəvət edilmiş, daha sonra Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasında, uca səslə səs-küy salıb, ünvansız və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X10 49 saylı, 04 sentyabr 2025-ci il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs “orta dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmiş və müayinənin yoxlanma tarixi: 03 sentyabr 2025-ci il tarix, saat 23:15-dir. İş materiallarında olan AZA 013520 №-li, 03 sentyabr 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədilə 03 sentyabr 2025-ci il tarixdə 23:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan “hadisənin video görüntüsünə” dair “CD” diskin yaddaş görüntüsündən görünür ki, Şəxs Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasında, uca səslə səs-küy salıb, ünvansız və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan MN ******* №-li, 04 sentyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 03 sentyabr 2025-ci il tarixdə, saat 23:00 radələrində sərxoş vəziyyətdə Biləsuvar rayonu, 3 saylı qəsəbə ərazisində “OBA” marketin qarşısında, uca səslə səs-küy saldığı üçün Cəbrayıl Rayon Polis Şöbəsinə dəvət edilmiş, daha sonra Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasında, uca səslə səs-küy salıb, ünvansız və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə inzibati xəta törətmiş şəxs X2 izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, “hadisənin video görüntüsünə” dair 1 (bir) ədəd “CD” diskə baxış keçirib, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs X2 inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs X2 əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs X2 inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda,inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə inzibati xəta haqqında işdə olan “hadisənin görüntüsünə dair” 1 (bir) ədəd “CD” disk ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında işdə olan “hadisənin görüntüsünə dair” 1 (bir) ədəd “CD” disk inzibati xəta haqqında materialın saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və və həbs etmənin əvvəli tutulduğu vaxtdan-03 sentyabr 2025-ci il tarixdən hesablanmaqla, təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati həbs” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 03 sentyabr 2025-ci il tarixdən hesablansın. İnzibati xəta haqqında işdə olan “hadisənin video görüntüsünə” dair 1 (bir) ədəd “CD” disk inzibati xəta haqqında materialın saxlanma müddəti ərzində işdə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-160/2025
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-160/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver