Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-177/2023 09.10.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxx 1994-cü ildə İmişli rayonu, Çaxırlı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və Biləsuvar rayonu, 4 saylı, qəsəbə ev 383 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 01 oktyabr 2023-cü il tarixdə, təxminən saat 23:00 radələrində ünvan 3 ünvanda sərxoş vəziyyətdə şəxsi münasibətlər zəmnində anası Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun anasıdır. Baş vermiş hadisə barədə bildirir ki, 01 oktyabr 2023-cü il tarixdə, təxminən saat 23:00 radələrində sərxoş vəziyyətdə yaşadığı ünvan 3 ünvanda şəxsi münasibətlər zəmnində anası ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı öz əsəblərini cilovlaya bilməmiş və anası Baharı döymüşdür. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bununla yanaşı bildirir ki, Zərərçəkmiş şəxs ilə barışmaq istəyir, gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qanunlara əməl edəcək. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 4 ünvanda yaşayır. İnzibati xəta törətmiş şəxs Şəxs onun oğludur. Oğlu Etibar teztez spirtli içki qəbul edir. Baş vermiş hadisə barədə bildirir ki, 01 oktyabr 2023-cü il tarixdə, təxminən saat 23:00 radələrində oğlu Etibar sərxoş vəziyyətdə yaşadığı ünvana gələrək, onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Şəxs onu nalayiq ifadələrlə təhqir edərək, döymüşdür. Daha sonra o, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti Zəng Mərkəzinə zəng vuraraq, eyni zamanda, ərizə ilə Cəbrayıl Rayon Polis Şöbəsinə müraciət edərək, məlumat vermişdir. Buna baxmayaraq, o, Şəxs övladı olduğu üçün bağışlayır, onun ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 Beyləqan Rayon Şöbəsinin 363/23 saylı, 02 oktyabr 2023-cü il tarixli “ekspert rəyi”ndən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət-sağ çiyin qurşağında qançır, qeyd edilmiş xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi. Qeyd edilmiş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X6 77 saylı, 05 oktyabr 2023-cü il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs “orta dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmiş və müayinənin yoxlanma tarixi: 02 oktyabr 2023-cü il tarix, saat 00:50-dir. İş materiallarında olan 05 oktyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Cəbrayıl Rayon Polis X2 təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onların əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barələrində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Cəbrayıl Rayon Polis X1 Bölməsinə göndərilmişdir. İş materiallarında olan AZA 013525 №-li, 08 oktyabr 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 08 oktyabr 2023-cü il tarixdə, saat 19:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan MN ******* №-li, 09 oktyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 01 oktyabr 2023-cü il tarixdə, təxminən saat 23:00 radələrində ünvan 3 ünvanda sərxoş vəziyyətdə şəxsi münasibətlər zəmnində anası Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 09 oktyabr 2023cü il tarixli ərizəsindən görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi yoxdur və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati xəta törətmiş şəxs Şəxs 09 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsinə etiraz etmir və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətdən azad edilməli və barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o, inzibati məsuliyyətdən və eləcə də dərhal məhkəmə iclas zalından azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-177/2023
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-177/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver