Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(072)-178/2023 12.10.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, Cəbrayıl Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X2 tərəfindən inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydalarına düzgün əməl edilmədən tərtib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokolun “inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti...” hissəsində inzibati xətanın törədildiyi vaxt qeyd edilməmişdir. Bundan başqa, inzibati xətanın bilavasitə obyekti hesab edilən predmetin, yəni odlu silahın müvafiq rayon (şəhər) polis idarə və şöbəsində qeydiyyatda olub-olmaması və odlu silaha dair xüsusi icazənin verilibverilməməsi barədə müvafiq sənəd (arayış) əldə edilməmiş və ümumiyyətlə, bu istiqamətdə iş üzrə hüquqi əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Bundan başqa, Cəbrayıl Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin konkret olaraq, 590.1 və (və ya) 590.2-ci maddələri ilə deyil, ümumi şəkildə 590-cı maddəsi ilə “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Belə ki, iş üzrə əhəmiyyət kəsb edən məhz bu hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi hüquq pozuntusuna, yəni onun əməlinə düzgün hüquqi qiymət verilməklə, inzibati məsuliyyətə cəlb edilməsi məsələsi həll edilməlidir. Beləliklə, qeyd edilən prosessual hüquq pozuntularına yol verilməklə “İnzibati xəta haqqında” protokol düzgün tərtib edilmədən, baxılması üçün aidiyyatı üzrə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında hakim qərardad qəbul edir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, Cəbrayıl Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X2 tərəfindən inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə riayət edilmədən tərtib edilərək, baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərildiyinə görə inzibati xəta haqqında işə mahiyyəti üzrə tam və obyektiv baxılması mümkün deyildir və bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Cəbrayıl Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Cəbrayıl Rayon Polis X1 Bölməsinin Cəbrayıl Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib edilmiş MN ******* №-li, 12 oktyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-178/2023
Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №3(072)-178/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver