Məhkəmə qərarları › İş №3(072)-179/2023

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-179/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-179/2023 12.10.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat: 14:35 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxx 1970-ci ildə Cəbrayıl rayonu, Şıxalıağalı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Şıxalıağalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 145.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 25 iyun 2023-cü il tarixdə Şəxs yaşadığı ünvan 1 ünvana baxış keçirilmiş, baxış zamanı 1 (bir) ədəd polietilen bükümündə, 2 (iki) ədəd şüşə borucuğunun içərisində və 1 (bir) ədəd polietilen bükümdə olan şüşə qırıntılarının içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ünvan 1 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 25 iyun 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvana baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən yaşadığı evin qonaq otağından 1 (bir) ədəd polietilen bükümündə, 2 (iki) ədəd şüşə borucuğunun içərisində və 1 (bir) ədəd polietilen bükümdə olan şüşə qırıntılarının içərisində psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Halhazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 18/811 saylı, 15 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür: 1. Tədqiqata təqdim olunmuş üzərində “...01 ədəd yandıran ucunda falqa...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd “gümüşü” rəngli falqa kəsiyi bükümündə təmiz çəkisi-0.028 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2. Tədqiqata təqdim olunmuş üzərində “...Şəxs məxsus...” sözləri yazılmış 1 ədəd MEM-ə məxsus kağız paketin içərisindəki 2 ədəd ağ rəngli kağız paketlərdən birində: A) 1 ədəd kağıza bükülmüş 1 ədəd şüşə borucuqda təmiz çəkisi- 0.699 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. B) 2 ədəd şüşə borucuğun və 1 ədəd polietilen bükümdə olan şüşə qırıntılarının içərisində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Şəxs təqdim etdiyi borucuğun içərisindən götürülmüş metamfetamin ilə onun avtomobilindən götürülmüş 1 ədəd bükümdə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibdədir. Qeyd: 1. Metamfetaminin ümumi təmiz çəkisi-0.028 qram, tədqiqata sərf edildi-0.015 qram və qalıq-0.013 qram. 2. Metamfetaminin ümumi təmiz çəkisi-0.699 qram, tədqiqata sərf edildi-0.015 qram və qalıq-0.684 qramdır. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarın surətindən görünür ki,...fakt üzrə 19 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək, ibtidai istintaq aparılmışdır. 19 iyun 2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs tutulmuşdur. 20 iyun 2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. 20 iyun 2023-cü il tarixdə Cəbrayıl Rayon Məhkəməsinin 4(072)-007/2023 saylı, 20 iyun 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Şəxs barəsində 4 (dörd) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. 31 avqust 2023-cü il tarixdə Cəbrayıl Rayon Məhkəməsinin 4(072)-015/2023 saylı, 31 avqust 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Şəxs barəsində “məhkəmə-psixiatriya ekspertizası”nın aparılması üçün Azərbayan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X5 yerləşdirilmişdir. 29 sentyabr 2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 145.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 145.3 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarın surətindən görünür ki,...Şəxs əməlində (...1 (bir) ədəd polietilen bükümündə olan psixotrop maddə metamfetaminin, eləcə də 2 (iki) ədəd şüşə borucuğunun və 1 (bir) ədəd polietilen bükümdə olan şüşə qırıntılarının içərisində psixotrop maddə metamfetamin aşkar edilməsi faktı üzrə...) cinayət tərkibi olmadığı üçün Cəbrayıl rayon prokurorluğun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X2 tərəfindən inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunması məqsədilə hazırki cinayət işindən ayrıca icraat ayrılmış və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Cəbrayıl Rayon Polis X1 Bölməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* №-li, 12 oktyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 25 iyun 2023-cü il tarixdə Şəxs yaşadığı ünvan 1 ünvana baxış keçirilmiş, baxış zamanı 1 (bir) ədəd polietilen bükümündə, 2 (iki) ədəd şüşə borucuğunun içərisində və 1 (bir) ədəd polietilen bükümdə olan şüşə qırıntılarının içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməli etiraf etməsini və səmimi peşamanlığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Məhkəmə inzibati xəta haqqında işdə olan maddi sübut ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.013 qram psixotrop maddə metamfetamin, metamfetaminin izləri olan 2 ədəd şüşə borucuğu və 1 ədəd polietilen bükümdə olan şüşə qırıntıları qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə maddi sübutun qalığı olan Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.013 qram psixotrop maddə metamfetamin, metamfetaminin izləri olan 2 ədəd şüşə borucuğu və 1 ədəd polietilen bükümdə olan şüşə qırıntıları qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar