Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-180/2025 11.09.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən: Cəbrayıl Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis baş leytenantı X9, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxxx 1983-cü ildə Cəbrayıl şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl şəhəri, Xudafərin küçəsində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokol onunla əsaslandırılmışdır ki, Şəxs 10 sentyabr 2025-ci il tarixdə, saat 13:00 radələrində sərxoş vəziyyətdə ünvan 1 ünvanda polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Cəbrayıl Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis baş leytenantı X13 izahatında bildirmişdir ki, 10 sentyabr 2025-ci il tarixdə ünvan 1 ünvanda yaşayan X2 Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis baş leytenantı Novruz Novruzlunun xidməti otağına gələrək, əri Şəxs sərxoş vəziyyətdə yaşadıqları mənzilə gələrək, səs-küy salmaqla ailədaxili söz-söhbət yaratdığını bildirmişdir. X1 müraciəti əsasında Cəbrayıl Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis baş leytenantı Novruz Novruzlu onların yaşadığı ünvana getmiş və Şəxs Cəbrayıl Rayon Polis Şöbəsinə dəvət etmişdir. Bu zaman Şəxs sərxoş vəziyyətdə olduğu üçün polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onu da qeyd edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair təqsirliliyini yalnız Cəbrayıl Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis baş leytenantı Novruz Novruzlu tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudova ünvanlanmış 3-13-70/1-6559/25 saylı, 10 sentyabr 2025-ci il tarixli raport təşkil edir və onun təqsirini müəyyən etmək üçün digər məlumatlar (sübut vasitələri) yoxdur. Belə ki, Şəxs yaşadığı ünvana ancaq Cəbrayıl Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis baş leytenantı Novruz Novruzlu getmiş və onun qanuni tələbinə tabe olmamışdır. Bütün bunları nəzərə alaraq, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, 10 sentyabr 2025-ci il tarixdə yaşadığı ünvanda arvadı X8 ilə mübahisə etdiyi üçün arvadı Polisə məlumat vermişdir. Daha sonra Cəbrayıl Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis baş leytenantı Novruz Novruzlu onların yaşadığı evə gələrək, onu Cəbrayıl Rayon Polis Şöbəsinə dəvət etmişdir. Bu zaman o, yüngül dərəcəli sərxoş vəziyyətdə olduğu üçün polis əməkdaşına “yox gəlmək istəmirəm, niyə gəlim ki..?” demişdir. Buna baxmayaraq, o, heç bir müqavimət göstərmədən və polis əməkdaşının qanunun tələbinə tabe olaraq Cəbrayıl Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis baş leytenantı Novruz Novruzlu ilə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinə getmişdir. Eyni zamanda bildirir ki, o, ümumiyyətlə Cəbrayıl Rayon Polis Şöbəsində səs-küy salmamış, ünvansız və (və ya) polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmuşdur. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis baş leytenantı Novruz Novruzlu tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudova ünvanlanmış 3-13-70/1-6559/25 saylı, 10 sentyabr 2025-ci il tarixli raportdan görünür ki, X5 əri Şəxs sərxoş vəziyyətdə yaşadıqları mənzilə gələrək, səs-küy salmaqla ailədaxili söz-söhbət yaratdığını bildirmişdir. X1 müraciəti əsasında Vəliyev X10 Rayon Polis Şöbəsinə dəvət edilmiş və bu zaman o, sərxoş vəziyyətdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X15 50 saylı, 11 sentyabr 2025-ci il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs “yüngül dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmiş və müayinənin yoxlanma tarixi: 10 sentyabr 2025-ci il tarix, saat 13:00-dir. İş materiallarında olan AZA 013519 №-li, 11 sentyabr 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədilə 10 sentyabr 2025-ci il tarixdə 21:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan MN ******* №-li, 11 sentyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 10 sentyabr 2025-ci il tarixdə, saat 13:00 radələrində sərxoş vəziyyətdə ünvan 1 ünvanda polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən Cəbrayıl Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis baş leytenantı X9 və inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Məhkəmə “şəxsin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə icraatın başlanılması” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən Cəbrayıl Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis baş leytenantı X9 və inzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatı iş materialları ilə müqayisəli şəkildə təhlil edərək, eləcə də toplanmış materialların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə icraatın başlanılması üçün əsas inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxs) tam və hərtərəfli araşdırma aparmadan, formal və subyektiv mülahizələri təşkil etmişdir. Məhkəmə hesab edir ki, şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün onun hüquq pozuntusu törətməsinə əsaslı şübhə olmalıdır. Yalnız belə hallarda inzibati tənbeh tədbiri kifayət qədər əsaslandırılmış və qanuni hesab olunur. Hər bir şübhə obyektiv olaraq şübhə edilən şəxslə güman edilən inzibati xəta hadisəsi arasında əlaqə fakt və məlumatlarla təsdiq olunduqda, əsaslı hesab oluna bilər. Əsaslı şübhə yalnız şəxsin əvvəllər hər hansı hüquq pozuntusu törətməsinə əsaslana bilməz. Məhkəmə inzibati xəta haqqında material ilə qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aşkar edilmiş inzibati xəta faktı əsasında inzibati xətanın subyekti, yəni inzibati məsuliyyətə cəlb olunmalı olan fiziki və ya vəzifəli şəxs müəyyən edilməli, inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin olub-olmaması məsələsi, eləcə də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar araşdırılmalı və əmələ düzgün hüquqi qiymət verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddi hüquq normasına düzgün tövsif edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirliliyi sübuta yetirilmədiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətdən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs təqsirliliyi sübuta yetirilmədiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-180/2025
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-180/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver