Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-183/2023 23.10.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxxxxx 1998-ci ildə Cəbrayıl rayonu, Mehdili kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Mehdili kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 333.3cü maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 20 oktyabr 2023-cü il tarixdə, saat 23:45 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Biləsuvar st. Mingeçevir yolunun 58 km.,də idarə etməni itirməklə hərəkətdə olan “SHAGMAN” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq, Zərərçəkmiş şəxs maddi zərər vurmaqla, hadisə yerindən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, o, 20 oktyabr 2023-cü il tarixdə toy məclisində spirtli içki qəbul etmişdir. Həmin gün, təxminən saat 23:45 radələrində “VAZ-21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək, Biləsuvar st. Mingeçevir yolunun 58 km., də idarə etməni itirməklə hərəkətdə olan “SHAGMAN” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “SHAGMAN” markalı, **-VY- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi əzildiyi üçün Zərərçəkmiş şəxs maddi zərər vurmuşdur. Eyni zamanda bildirir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində qorxduğu üçün hadisə yerindən yayınmışdır. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Zərərçəkmiş şəxs ilə dəymiş maddi zərərin ödənilməsi ilə bağlı razılıq əldə etmişdir. Bununla yanaşı bildirir ki, gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh növü təyin olunması barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, o, 20 oktyabr 2023-cü il tarixdə, təxminən saat 23:45 radələrində “SHAGMAN” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Biləsuvar st. Mingeçevir yolunun 58 km.,də hərəkət edən zaman “VAZ-21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxmaqla, idarə etdiyi “SHAGMAN” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı idarə idarə etdiyi “SHAGMAN” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi əzildiyi üçün ona maddi zərər vurmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs ilə dəymiş maddi zərərin ödənilməsi ilə bağlı razılıq əldə etmişdir. Bütün bunları nəzərə alaraq, inzibati xəta törətmiş şəxs Şəxs barəsində yüngül inzibati tənbeh növü təyin olunması barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X1 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X2 78 saylı, 23 oktyabr 2023-cü il tarixli “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Şəxs “orta dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmiş və müayinənin yoxlanma tarixi: 21 oktyabr 2023-cü il tarix, saat 01:15-dir. İş materiallarında olan 03008 №-li, 20 oktyabr 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin müayinəsinə dair” xüsusi texniki vasitədən (müayinə qəbzi) görünür ki, Şəxs “0.632 ‰ alkoqol sərxoşluğu” vəziyyət müəyyən edilmişdir. İş materiallarında olan İXP ******* №-li, 21 oktyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 20 oktyabr 2023-cü il tarixdə, saat 23:45 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Biləsuvar st. Mingeçevir yolunun 58 km.,də idarə etməni itirməklə hərəkətdə olan “SHAGMAN” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq, Zərərçəkmiş şəxs maddi zərər vurmaqla, hadisə yerindən yayınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 23 oktyabr 2023cü il tarixli ərizəsindən görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs ilə dəymiş maddi zərərin ödənilməsi ilə bağlı razılıq əldə etmiş, inzibati xəta törətmiş şəxs Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, barəsində yüngül inzibati tənbeh növü təyin olunması barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta əməlini ilk dəfə törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını, zərərçəkmiş şəxsə dəymiş maddi zərərin ödənilməsi ilə bağlı razılıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını, eləcə də ailəli olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normalarında nəzərdə tutulmuş daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni “nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-183/2023
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-183/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver