Məhkəmə qərarları › İş №3(072)-202/2023

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-202/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-202/2023 21.11.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Azərbaycan Respublikasının Prokurorluğu Cəbrayıl rayon prokurorluğunun nümayəndəsi: Cəbrayıl rayon prokurorunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxxx 1958-ci ildə Cəbrayıl rayonu, Əmirvarlı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Cəbrayıl rayonu, Əmirvarlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Prokurorluğu Cəbrayıl rayon prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Prokurorluğu Cəbrayıl rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında material daxil olmuşdur. “İnzibati xəta haqqında” materiala əsasən Şəxs 11 oktyabr 2023-cü il tarixdə, təxminən saat 08:50 radələrində Biləsuvar rayonu, 9 saylı qəsəbədə yerləşən orta məktəbin giriş qapısının yaxınlığında şəxsi münasibətlər zəmnində gəlni Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun gəlnidir. Belə ki, Zərərçəkmiş şəxs onun övladı X6 ilə 2012-ci il tarixdə ailə qurmuş, birgə nikahlarından 3 (üç) uşağı olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə onlar ayılmaq qərarına gəlmişlər. Gəlni Zərərçəkmiş şəxs 2023-cü ilin fevral ayından etibarən uşaqlar ilə birlikdə valideynlərinin yanında, yəni ünvan 2 ünvanda yaşayır. Dümək olar ki, o, 6 (altı) aydır nəvələrini görmür. Baş vermiş hadisə barədə bildirir ki, o, 11 oktyabr 2023-cü il tarixdə, təxminən saat 08:50 radələrində Biləsuvar rayonu, 9 saylı qəsəbədə yerləşən orta məktəbin giriş qapısının yaxınlığında nəvəsi Pərvizi görmək üçün ona yaxınlaşan zaman Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində mübahisə yaranmışdır. Mübahisə zamanı o, öz əsəblərini cilovlaya bilməmiş və Zərərçəkmiş şəxs döymüşdür. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bununla yanaşı bildirir ki, ilk dəfə inzibati xəta əməli törədir, gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qanunlara əməl edəcək. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, ünvan 2 ünvanda yaşayır. İnzibati xəta törətmiş şəxs Şəxs onun qayınatasıdır. Belə ki, o, X7 ilə 2012-ci ildə ailə qurmuş, birgə nikahlarından 3 (üç) uşağı olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə onlar ayılmaq qərarına gəlmişlər. O, 2023-cü ilin fevral ayından etibarən uşaqlar ilə birlikdə valideynlərinin yanında, yəni ünvan 2 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, Şəxs ilə 11 oktyabr 2023-cü il tarixdə, təxminən saat 08:50 radələrində Biləsuvar rayonu, 9 saylı qəsəbədə yerləşən orta məktəbin giriş qapısının yaxınlığında şəxsi münasibətlər zəmnində mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs onu döymüşdür. Daha sonra o, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti Zəng Mərkəzinə zəng vuraraq, eyni zamanda ərizə ilə Cəbrayıl Rayon Polis Şöbəsinə müraciət edərək, məlumat vermişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən Şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Prokurorluğu Cəbrayıl rayon prokurorluğunun nümayəndəsi Cəbrayıl rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X2 məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs barəsində qanunvericliklə nəzərdə tutulmuş qaydada qərar qəbul edilməsini xahiş etmişdir İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Cəbrayıl Rayon Polis X3 təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Cəbrayıl rayon prokuroruna göndərilmişdir. İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli “İnziati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Cəbrayıl rayon prokuroru, ədliyyə müşaviri X9 tərəfindən Şəxs inzibati xəta törətmiş şəxs qismində tanınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraat materialından” görünür ki, Şəxs 11 oktyabr 2023-cü il tarixdə, təxminən saat 08:50 radələrində Biləsuvar rayonu, 9 saylı qəsəbədə yerləşən orta məktəbin giriş qapısının yaxınlığında şəxsi münasibətlər zəmnində gəlni Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 770 saylı, 11 oktyabr 2023-cü il tarixli “ekspert rəyi”ndən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-1. Sifətin sol yarısında qançır bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o, cümlədən 11 oktyabr 2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. 2. Qeyd edilmiş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatını, eləcə də Azərbaycan Respublikasının Prokurorluğu Cəbrayıl rayon prokurorluğunun nümayəndəsi Cəbrayıl rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X1 fikrini dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır, Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta əməlini ilk dəfə törətməsi, əməli etiraf etməsini və səmimi peşmanlığını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və yaş həddi (65 yaş) nəzərə alınaraq təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar