Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-239/2023 29.12.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxx 1951-cü ildə Cəbrayıl rayonu, Çaxırlı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü, Cəbrayıl rayonu, Çaxırlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 18 noyabr 2023-cü il tarixdə, saat 08:00 radələrində Biləsuvar rayonu, 11 saylı qəsəbə ərazisində müvafiq icazə almadan özünə məxsus 16 kalibrli, “MP-27EM-1C” modelli, çaxmaqsız, “122748869” №-li, şaquli, qoşa hamar lüləli ov tüfəngi ilə 10 (on) ədəd alabaxta və 1(bir) ədəd bəzgək quşu ovlamış və mülki silahın daşınması qaydalarını pozmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, 16 kalibrli, “MP- 27EM-1C” modelli, çaxmaqsız, “122748869” №-li, şaquli, qoşa hamar lüləli ov silahı onun özünə məxsusdur. O, 18 noyabr 2023-cü il tarixdə, təxminən saat 08:00 radələrində Biləsuvar rayonu, 11 saylı qəsəbə ərazisində müvafiq icazə almadan özünə məxsus 16 kalibrli, “MP-27EM-1C” modelli, çaxmaqsız, “122748869” №-li, şaquli, qoşa hamar lüləli ov tüfəngi ilə 10 (on) ədəd alabaxta və 1(bir) ədəd bəzgək quşu ovlamışdır. Ov etdikdən sonra yaşadığı Biləsuvar rayonu, 5 saylı qəsəbəyə gələn zaman Cəbrayıl Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılmış və ondan ov tüfənginin sənədinin olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına Biləsuvar rayonu, 11 saylı qəsəbə ərazisində 16 kalibrli, “MP-27EM-1C” modelli, çaxmaqsız, “122748869” №-li, şaquli, qoşa hamar lüləli ov tüfəngi ilə 10 (on) ədəd alabaxta və 1(bir) ədəd bəzgək quşu ovladığını, həmin ov tüfənginin ona məxsus və sənədinin olmasını demişdir. Bundan sonra, polis əməkdaşları onu Cəbrayıl Rayon Polis Şöbəsinə dəvət etmiş və 16 kalibrli, “MP-27EM-1C” modelli, çaxmaqsız, “122748869” №-li, şaquli, qoşa hamar lüləli ov tüfəngini və həmin ov tüfənginə aid 4 (dörd) ədəd patronu təhvil almışlar. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bununla yanaşı bildirir ki, ilk dəfə inzibati xəta əməli törədir və gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh növü təyin olunması barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən verilmiş 170 №-li, 27 iyun 2018-ci il tarixli “şəhadətnamə”nin surətindən görünür ki, 16 kalibrli, “MP-27EM-1C” modelli, çaxmaqsız, “122748869” №-li, şaquli, qoşa hamar lüləli ov silahı saxlanması və təyinatı üzrə istifadə olunması üçün Şəxs verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 3214 №-li, 16 oktyabr 2017-ci il tarixli “Ovçuluq bileti”nin surətindən görünür ki, Şəxs 16 kalibrli, “MP-27EM-1C” modelli, çaxmaqsız, “122748869” №-li, şaquli, qoşa hamar lüləli ov tüfəngi ilə 30 dekabr 2024-cü ilədək sınaq müddəti verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 18 noyabr 2023-cü il tarixli “Baxış və götürmə haqqında” protokolun surətindən görünür ki, Şəxs 18 noyabr 2023cü il tarixdə, saat 08:00 radələrində Biləsuvar rayonu, 11 saylı qəsəbə ərazisində müvafiq icazə olmadan özünə məxsus 16 kalibrli, “MP-27EM-1C” modelli, çaxmaqsız, “122748869” №-li, şaquli, qoşa hamar lüləli ov silahı ilə 10 (on) ədəd alabaxta və 1(bir) ədəd bəzgək quşu ovlamışdır. Bundan başqa, Şəxs məxsus 16 kalibrli, “MP-27EM-1C” modelli, çaxmaqsız, “122748869” №-li, şaquli qoşa hamar lüləli ov silahı və həmin ov silahına aid 4 (dörd) ədəd patron və 1 (bir) ədəd giliz təhvil alınmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 3-14-42/2-677/2023 saylı 24 noyabr 2023-cü il tarixli məktubunun surətindən görünür ki, 15 sentyabr 2023-cü il tarixdən etibarən 25 fevral 2024-cü il tarixdək (hava şəraitindən asılı olaraq dəyişdirilə bilər) açıq elan edilmiş, Biləsuvar rayonunun sözügedən ərazilərində ov edilməsi qanunla qadağan olunmuşdur. Cəbrayıl rayonu, Çaxırlı kənd sakini Şəxs 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən birdəfəlik ov icazəsi (lisenziya) verilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 176 saylı, 06 noyabr 2004-cü il tarixli Qərarına əsasən 10 (on) ədəd göyərçin 5.50 (beş, əlli) AZN məbləği olmaqla, ümumilikdə 55 (əlli beş) AZN məbləği və 1 (bir) ədəd bəzgək quşu 330 (üz yüz otuz) AZN məbləği olmaqla, quşların qeyri-qanuni ovlanmasına görə təbiətə dəymiş ziyan ümumilikdə 385 (üç yüz səksən beş) AZN məbləği təşkil edir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 23/982R saylı, 06 dekabr 2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, 1. tədqiqata təqdim edilmiş 1 (bir) ədəd “122748869” №-li silah, Rusiya dövlətində, zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, “MP-27EM-1C” modelli, çaxmaqsız, şaquli qoşa hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklik edilməmiş və yalnız 16 kalibrli ov patronları ilə atəş açmaq mümkündür. 2. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd patron zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır və atəş açmaq yararlıdır. 3. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 mm kalibrli olmaqla, həmin kalibrli yivsiz hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronlarının bir hissəsidir-atılmış gilizdir, hal-hazırda ov döyüş sursatı hesab edilmir. Həmin giliz tədqiqata təqdim edilmiş “122748869” №-li, “MP-27EM-1C” modelli yivsiz şaquli qoşa hamar lüləli ov tüfənginin üst lüləsindən atılmışdır. İş materiallarında olan 25 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Cəbrayıl Rayon Polis X2 təhqiqatçısı, polis leytenantı X3 tərəfindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir və Şəxs oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələrinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Cəbrayıl Rayon Polis X1 Bölməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* №-li, 29 dekabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 18 noyabr 2023-cü il tarixdə, saat 08:00 radələrində Biləsuvar rayonu, 11 saylı qəsəbə ərazisində müvafiq icazə almadan özünə məxsus 16 kalibrli, “MP-27EM-1C” modelli, çaxmaqsız, “122748869” №-li, şaquli, qoşa hamar lüləli ov tüfəngi ilə 10 (on) ədəd alabaxta və 1(bir) ədəd bəzgək quşu ovlamış və mülki silahın daşınması qaydalarını pozmuşdur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta əməlini ilk dəfə törətməsini, əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Məhkəmə inzibati xəta haqqında işdə olan maddi sübut ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş, 16x70 mm kalibrli 1 (bir) ədəd giliz qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır...Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməməklə, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normalarında nəzərdə tutulmuş daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni “inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməməklə, ov hüququnun məhdudlaşdırılması” tənbeh növü tətbiq edilməlidir. Bundan başqa, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmet-16 kalibrli, “MP-27EM-1C” modelli, çaxmaqsız, “122748869” №-li, şaquli, qoşa hamar lüləli, yivsiz odlu silah və həmin odlu silaha aid 4 (dörd) ədəd 16x70 kalibrli patron qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs geri qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet (silah və onun sursatı) müsadirə edilməməklə, ov hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmet- 16 kalibrli, “MP-27EM-1C” modelli, çaxmaqsız, “122748869” №-li, şaquli, qoşa hamar lüləli, yivsiz odlu silah və həmin odlu silaha aid 4 (dörd) ədəd 16x70 kalibrli ov patronu qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs geri qaytarılsın. İnzibati xəta törətmiş şəxs Şəxs 385 (üç yüz səksən beş) AZN məbləğində dəymiş maddi zərər tutularaq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (hesabına köçürülsün) xeyrinə ödənilsin. İnzibati xəta haqqında iş üzrə maddi sübutun qalığı olan Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş, 16x70 mm kalibrli 1 (bir) ədəd giliz qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-239/2023
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-239/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver