Məhkəmə qərarları › İş №3(072)-241/2023

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-241/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-241/2023 29.12.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi nümayəndəsi: Cəbrayıl Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis mayoru X1, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxxxx 1970-ci ildə Ağstafa şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də “sürücü” vəzifəsində işləyir, ünvan 1 ünvan: Ağstafa şəhəri E.Qələmçəli küçəsi, ev 22) qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 27 dekabr 2023-cü il tarixdə, saat 04:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “MAN TGS 41.400” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə işğaldan azad olunmuş Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində quraşdırılmış 3 saylı komendat postunun dəmir şlaqbanı vurub sındıraraq, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinə maddi zərər vurmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Ağstafa şəhəri, Heydər Əliyev küçəsi, döngə 3, ev 22 ünvanda yaşayır və işğaldan azad olunmuş ünvan 3stərən "xxxx" MMC-də “sürücü” vəzifəsində işləyir. Baş vermiş hadisə barədə bildirir ki, o, 27 dekabr 2023-cü il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində bir neçə iş yoldaşı ilə spirtli içki qəbul etmişdir. Həmin gün, təxminən saat 02:30 radələrində iş yoldaşlarından biri yuxudan oyadaraq, uşağı xəstə olduğu üçün onu polis postuna aparmasını xahiş etmişdir. O da iş yoldaşının xahişini nəzərə alaraq, “MAN TGS 41.400” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək, onu işğaldan azad olunmuş Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində quraşdırılmış 3 saylı komendat postunun yaxınlığına aparmışdır. O, idarə etdiyi “MAN TGS 41.400” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə geri qayıdan zaman həmin komendat postunda quraşdırılmış dəmir şlaqbanı vurub sındırmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinə maddi zərər vurmuşdur. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinə dəymiş ziyanı tam ödəmişdir. Bununla yanaşı bildirir ki, gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh növü təyin olunması barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində işləyir və və polis mayorudur. Baş vermiş hadisə barədə bildirir ki, Şəxs 27 dekabr 2023-cü il tarixdə, saat 04:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “MAN TGS 41.400” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə işğaldan azad olunmuş Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində quraşdırılmış 3 saylı komendat postunun dəmir şlaqbanı vurub sındıraraq, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinə maddi zərər vurmuşdur. Hal-hazırda inzibati xəta törətmiş şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinə dəymiş maddi zərər tam şəkildə ödənilmişdir. Bütün bunları nəzərə alaraq, inzibati xəta törətmiş şəxs Şəxs barəsində yüngül inzibati tənbeh növü təyin olunması barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X5 821 saylı, 27 dekabr 2023-cü il tarixli “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Şəxs “orta dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmişdir. İş materiallarında olan 03182 №-li, 27 dekabr 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin müayinəsinə dair” xüsusi texniki vasitədən (müayinə qəbzi) görünür ki, Şəxs “0.811 ‰ alkoqol sərxoşluğu” vəziyyət müəyyən edilmişdir. İş materiallarında olan İXP ******* №-li, 28 dekabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 27 dekabr 2023-cü il tarixdə, saat 04:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “MAN TGS 41.400” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə işğaldan azad olunmuş Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində quraşdırılmış 3 saylı komendat postunun dəmir şlaqbanı vurub sındıraraq, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinə maddi zərər vurmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin nümayəndəsi Cəbrayıl Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis mayoru X1 məhkəməyə təqdim etdiyi 29 dekabr 2023-cü il tarixli ərizəsindən görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinə dəymiş ziyan tam ödənilmiş, inzibati xəta törətmiş şəxs Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, barəsində yüngül inzibati tənbeh növü təyin olunması barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin nümayəndəsi Cəbrayıl Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis mayoru X1 izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta əməlini ilk dəfə törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını, zərərçəkmiş şəxsə dəymiş maddi zərərin ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətinin olmamasını, eləcə də ailəli olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar