Məhkəmə qərarları › İş №3(072)-278/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №3(072)-278/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(072)-278/2025 11.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, X1 EQ 32046334 saylı, 17 noyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərardan verilmiş şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 tərəfindən məhkəməyə EQ 32046334 saylı, 17 noyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərardan şikayət daxil olmuşdur. Şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, X2 tərəfindən şikayətə iş üzrə əhəmiyyət kəsb edən hallara dair hüquqi sənədlər, yəni “İnzibati xəta haqqında” protokol və “İnzibati xəta haqqında” qərar əlavə edilmədən Cəbrayıl Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, ilk əvvəl iş üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməli, daha sonra şəxsin törətdiyi hüquq pozuntusuna, yəni onun əməlinə düzgün hüquqi qiymət verilməklə, inzibati məsuliyyətə cəlb edilib-edilməməsi məsələsi həll edilməlidir. Bundan başqa, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydasında şikayət X4 şikayətində “səlahiyyətli orqan” statusu daşıyan subyekti göstərməmişdir, eləcə də şikayət və ona əlavə edilmiş sənədlərdə hansı səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayətin verilməsi müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) “İnzibati xəta haqqında” protokolundan şikayət verilməsi qaydaları deyil, “İnzibati xəta haqqında” qərardan şikayət verilməsi qaydaları tənzimlənmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında hakim qərardad qəbul edir. Bundan başqa, məhkəmə şikayəti verən şəxsin inzibati orqanın müvafiq qərarından şikayəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddələrinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, X1 EQ 32046334 saylı, 17 noyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərardan şikayəti Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyi üçün şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 EQ 32046334 saylı, 17 noyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərardan verilmiş şikayəti geri qaytarılsın. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar