Məhkəmə qərarları › İş №3(072)-32/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-32/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-32/2025 05.02.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci ildə İmişli rayonu, Aranlı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Aranlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən X1 01 oktyabr 2024-cü il tarixdə, təxminən saat 19:30 radələrində “İJ” markalı yan qoşqulu dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsini (motosiklet) manevr qaydalarını pozaraq, eləcə də idarə etmək hüququ (sürücülük hüququ) olmadan sərxoş vəziyyətdə idarə etdiyi üçün Cəbrayıl Rayon Polis X7 Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və həmin nəqliyyat vasitəsinə (motosiklet) baxış zamanı 1 (bir) ədəd 16 kalibrli, “ZK” modelli, daxili çaxmaqlı, “6756-B” №-li, hamar lüləli, yivsiz ov silahı və 5 (beş) ədəd patron aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Aranlı kəndində yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, o, 01 oktyabr 2024-cü il tarixdə, təxminən saat 19:30 radələrində “İJ” markalı yan qoşqulu dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsini (motosiklet) manevr qaydalarını pozaraq, eləcə də idarə etmək hüququ (sürücülük hüququ) olmadan sərxoş vəziyyətdə idarə etdiyi üçün Cəbrayıl Rayon Polis X7 Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Baxış zamanı həmin nəqliyyat vasitəsindən (motosiklet) 1 (bir) ədəd 16 kalibrli, “ZK” modelli, daxili çaxmaqlı, “6756-B” №-li, hamar lüləli, yivsiz ov silahı və 5 (beş) ədəd patron aşkar edilərək, götürülmüşdür. O, polis əməkdaşlarına ov tüfənginin ona məxsus olmasını, lakin sənədinin olmadığını demişdir. Aparılmış yoxlama zamanı məlum olmuşdur ki, ov tüfənginin heç bir sənədi yoxdur. Bu səbəbdən də, o, həmin ov tüfəngini Cəbrayıl Rayon Polis Şöbəsinə təhvil vermişdir. Onu da qeyd edir ki, o, həmin ov silahını bir neçə əvvəl tanımadığı şəxsdən almış və fermada çoban işləyən zaman bir neçə dəfə istifadə etmişdir. Ümumiyyətlə, ona 1 (bir) ədəd 16 kalibrli, “ZK” modelli, daxili çaxmaqlı, “6756-B” №-li, hamar lüləli, yivsiz ov silahının saxlanması və təyinatı üzrə istifadə olunması üçün xüsusi icazə verilməmişdir. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bundan başqa, o, ailəlidir və himayəsində 2 (iki) azyaşlı uşağı vardır. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 03 oktyabr 2024-cü il tarixli “Baxış” və “Götürmə haqqında” protokolların surətindən görünür ki, 01 oktyabr 2024-cü il tarixdə Şəxs “İJ” markalı yan qoşqulu dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsinə (motosiklet) baxış keçirilmiş və baxış zamanı 1 (bir) ədəd 16 kalibrli, “ZK” modelli, daxili çaxmaqlı, “6756-B” №-li, hamar lüləli, yivsiz ov silahı və 5 (beş) ədəd patron aşkar edilərək, götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tətqiqatlar İdarəsinin 24/1613 saylı, 25 oktyabr 2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, 1. Tətqiqata təqdim edilmiş 01 (bir) ədəd “6756-B” №-li silah, zavod üsulu ilə “Zlataust” silah zavodunda istehsal olunmuş, 16 kalibrli, “ZK” modelli, daxili çaxmaqlı, hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş açmaq üçün yararlıdır. 2. Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd patron zavod üsulu ilə istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş ov sursatıdır və atəş üçün yararlıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 3-13-12/2-259689/2024 saylı, 14 noyabr 2024-ci il tarixli məktubundan görünür ki, 1 (bir) ədəd 16 kalibrli, “ZK” modelli, daxili çaxmaqlı, “6756-B” №-li, hamar lüləli, yivsiz ov silahı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mülki silah sahiblərinin X2 Sistemində məlumat aşkar olmamışdır. İş materiallarında olan Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən verilmiş 3-13-70/2- 980/2025 saylı 05 fevral 2025-ci il tarixli arayışdan görünür ki, 1 (bir) ədəd 16 kalibrli, “ZK” modelli, daxili çaxmaqlı, “6756-B” №-li, hamar lüləli, yivsiz ov silahı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyat yoxdur və Şəxs ov silahına dair xüsusi icazə verilməmişdir. İş materiallarında olan 23 dekabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Cəbrayıl Rayon Polis X5 təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir və Şəxs oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Cəbrayıl Rayon Polis X3 Bölməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* №-li, 05 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X1 01 oktyabr 2024-cü il tarixdə, təxminən saat 19:30 radələrində “İJ” markalı yan qoşqulu dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsini (motosiklet) manevr qaydalarını pozaraq, eləcə də idarə etmək hüququ (sürücülük hüququ) olmadan sərxoş vəziyyətdə idarə etdiyi üçün Cəbrayıl Rayon Polis X7 Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və həmin nəqliyyat vasitəsinə (motosiklet) baxış zamanı 1 (bir) ədəd 16 kalibrli, “ZK” modelli, daxili çaxmaqlı, “6756-B” №-li, hamar lüləli, yivsiz ov silahı və 5 (beş) ədəd patron aşkar edilərək, götürülmüşdür. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini ilk dəfə törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını, ailəli və himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet (silah və onun sursatı) müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmet-1 (bir) ədəd 16 kalibrli, “ZK” modelli, daxili çaxmaqlı, “6756-B” №-li, hamar lüləli, yivsiz ov silahı və 5 (beş) ədəd 16x70 kalibrli patron qərar qanuni qüvvəyə mindikdən sonra müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar