Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-43/2024 04.04.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 13:15 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 12 yanvar 2024-cü il tarixdə, saat 01:00 radələrində Şəxs saxlanılaraq, Polis Şöbəsinə gətirilmişdir. Şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0.057 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ünvan 2 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 12 yanvar 2024-cü il tarixdə, saat 01:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 1-11 saylı qəsəbələrarası avtomobil yolunun 4 saylı qəsəbə yaxınlığında yerləşən parkın qarşısından keçən hissəsində yolun sağ tərəfində quraşdırılmış “50-maksimum sürətin məhdudlaşdırılması” yol nişanından təxminən 15 metr kənarda tikilmiş tualetin arxa tərəfində olan su çəni dirəyinin altından 1 (bir) ədəd ağ rəngli sellofan torbaya yığılmış həmin narkotik vasitələri götürüb, həmin “TAXİ”-yə tərəf gələn zaman saxlanılaraq, Cəbrayıl Rayon Polis Şöbəsinə gətirilmişdir. Şəxsi axtarış zamanı üzərindən 0.057 qram narkotik vasitə hesab edilən heroin, əlində olan 1 (bir) ədəd ağ rəngli sellofan torbaya yığılaraq, üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış 1 (bir) ədəd bükülüdə külli miqdarda, yəni ümumi təmiz çəkisi-2100 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana və 1 (bir) ədəd bükülüdə külli miqdarda, yəni təmiz çəkisi-1800 qram olan narkotik vasitə hesab edilən tiryək aşkar olunaraq götürülmüşdür. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 12 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarın surətindən görünür ki,...fakt üzrə 12 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmış, icraata qəbul edilərək, ibtidai istintaq aparılmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 12 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərarın surətindən görünür ki, 12 yanvar 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs tutulmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 13 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarın surətindən görünür ki, 13 yanvar 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 13 yanvar 2024-cü il tarixli “həbs qətimkan tədbirinin seçilməsi haqqında” qərarın surətindən görünür ki, 13 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs Şəxs barəsində 04 (dörd) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 18/37-38 saylı, 12 yanvar 2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, 1. Tədqiqata təqdim olunmuş üzərində “...Şəxs üzərindən...cibindən...” sözləri yazılmış kağız paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi- 0.057 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 2. Tədqiqata təqdim olunmuş üzərində “...Şəxs təqdim etdiyi...tiryəkə bənzər...” sözləri yazılmış kağız paketdə 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi-1800 qram olan tünd qəhvəyimtil rəngli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir. 3. Tədqiqata təqdim olunmuş üzərində “...Şəxs təqdim etdiyi...marixuanaya bənzər...” sözləri yazılmış sintetik torbada olan 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi- 2100 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Heroinin təmiz çəkisi-0.057 qram, tədqiqata sərf edildi-0.02 qram və qalıq-0.037 qram. Tiryəkin təmiz çəkisi-1800 qram, tədqiqata sərf edildi-0.10 qram və qalıq-1799.90 qram. Marixuananın təmiz çəkisi-2100 qram, tədqiqata sərf edildi-0.10 qram və qalıq-2099.90 qram. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 09 fevral 2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarın surətindən görünür ki, 09 fevral 2024-cü il tarixdə Şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.1, 234.4.3-cü və 228.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 09 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsin yenidən cəlb edilməsi haqqında” qərarın surətindən görünür ki, 09 fevral 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü və 228.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 04 aprel 2024-cü il tarixli “Sübutların qiymətlindirilməsi, cinayət işinin materiallarından başqa cinayət işinin və inzibati materialın ayrılması barədə” qərarın surətindən görünür ki, ...Şəxs əməlində (...üzərinə baxış zamanı şalvarın sağ yan cibindən qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0.057 qram narkotik vasitə olan heroin aşkar edilməsi faktı üzrə...) cinayət tərkibi olmadığı üçün Cəbrayıl Rayon Polis X2 müstəntiqi, polis kapitanı X4 tərəfindən inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunması məqsədilə hazırki cinayət işindən ayrıca icraat ayrılmış və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Cəbrayıl Rayon Polis X1 Bölməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* №-li, 04 aprel 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 12 yanvar 2024-cü il tarixdə, saat 01:00 radələrində Şəxs saxlanılaraq, Polis Şöbəsinə gətirilmişdir. Şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0.057 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməli etiraf etməsini və səmimi peşamanlığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Məhkəmə inzibati xəta haqqında işdə olan maddi sübut ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.037 qram narkotik vasitə olan heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə maddi sübutun qalığı olan Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.037 qram narkotik vasitə olan heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-43/2024
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-43/2024
04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver