Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-44/2024 16.04.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 17:00 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1976-cı ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 08 aprel 2024-cü il tarixdə, saat 14:13 radələrində istifadəsində olan “***-*******” mobil telefon nömrəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti-Zəng Mərkəzinə zəng edərək, Nazirliyin rəhbər şəxslərinin ünvanına təhqiredici ifadələr işlətdiyi üçün 15 aprel 2024-cü il tarixdə, saat 17:30 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinə dəvət edilmiş, bu zaman Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, o, sərxoş olduğu üçün 08 aprel 2024-cü il tarixdə, saat 14:13 radələrində istifadəsində olan “***-*******” mobil telefon nömrəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətrinə zəng edərək, Nazirliyin rəhbər şəxslərinin ünvanına təhqiredici ifadələr işlətmişdir. Bu səbəbdən də, o, 15 aprel 2024-cü il tarixdə, saat 17:30 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Bu zaman o, Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu sakitləşdirməyə çalışmış və nizam-intizama, ictimai qaydaya əməl etməsini tələb etmişdir. Lakin o, polis əməkdaşları ilə mübahisə etməyə başlamış və polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Eyni zamanda bildirir ki, o, sərxoş vəziyyətdə olduğu üçün hərəkətlərinin fərqinə varmayaraq, səs-küy salıb, ucadan nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Halhazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Mirəziz Mirəliyev tərəfindən Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimova ünvanlanmış 313-3/2-8203/24 saylı, 09 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Şəxs “***-*******” nömrəli mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti-X1 15 aprel 2024-cü il tarixdə, saat 14:13 radələrində zəng edərək, Nazirliyin rəhbər şəxslərinin ünvanına təhqiredici ifadələr işlətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Xəqani Cəfərov tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudova ünvanlanmış 3134/2-36/2/2024 saylı, 15 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Şəxs “***-*******” nömrəli mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti-X1 15 aprel 2024-cü il tarixdə, saat 14:13 radələrində zəng edərək, Nazirliyin rəhbər şəxslərinin ünvanına təhqiredici ifadələr işlətdiyi üçün müvafiq tədbirlərin görülməsi bildirilmişdir. İş materiallarında olan AZA 013393 №-li, 15 aprel 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 15 aprel 2024-cü il tarixdə 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X2 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X3 13 saylı, 16 aprel 2024-cü il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs “orta dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmiş və müayinənin yoxlanma tarixi: 15 aprel 2024-cü il tarix, saat 17:52-dir. İş materiallarında olan MN ******* №-li, 16 aprel 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 08 aprel 2024-cü il tarixdə, saat 14:13 radələrində istifadəsində olan “***-*******” mobil telefon nömrəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti-Zəng Mərkəzinə zəng edərək, Nazirliyin rəhbər şəxslərinin ünvanına təhqiredici ifadələr işlətdiyi üçün 15 aprel 2024-cü il tarixdə, saat 17:30 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinə dəvət edilmiş, bu zaman Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 3(072)-017/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 05 (beş) gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməli etiraf etməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini və inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normalarında nəzərdə tutulmuş daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, həbs etmənin əvvəli tutulduğu vaxtdan-15 aprel 2024-cü il tarixdən hesablanmaqla, təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati həbs” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-44/2024
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-44/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver