Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-46/2024 17.04.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 16:55 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxxxx 1985-ci ildə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Qəbələ rayonu, Yemişanlı kəndində qeydiyyatda olan və Ağdaş rayonu, Aral Bir kəndində yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 16 aprel 2024-cü il tarixdə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yerləşən 3 saylı komendant postunda Cəbrayıl Rayon Polis Şöbəsinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq postu keçmiş və saxlanılan zaman uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Qəbələ rayonu, Yemişanlı kəndində yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, onu və qayınatası X2 işğaldan azad edilmiş Laçın rayonuna işə dəvət etdikləri üçün tanımadığı şəxsin avtomobili vasitəsilə 16 aprel 2024-cü il tarixdə, təxminən saat 16:00 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndinə getmişlər. Avtomobilin sürücüsü onlara demişdir ki, polis postunu keçib, oradan avtomobilərin biri ilə Laçın rayonuna getmək olar. Onlar avtomobildən düşərək polis postuna yaxınlaşmışlar. Lakin onların müvafiq icazəsi olmadıqları üçün Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yaradılmış komendant postunda polis əməkdaşları onların işğaldan azad olunmuş əraziyə girişinə icazə verməmiş və onları geri qaytarmışlar. Lakin o, qayınatası X4 ilə birlikdə polis əməkdaşlarının gözündən yayınaraq, komendant postunun kənarından keçib, işğaldan azad edilmiş əraziyə daxil olmuş və tanımadığı şəxsin avtomobili vasitəsilə Laçın rayonu istiqamətinə getmişlər. Laçın rayonu istiqamətində quraşdırılmış növbəti komendant postunu keçən zaman polis əməkdaşları onları saxlamış və məlum olmuşdur ki, onların işğaldan azad edilmiş ərazilərə girişi üçün müvafiq icazəsi yoxdur. Daha sonra polis əməkdaşları onları Qubadlı Rayon Polis Şöbəsinə və oradan Cəbrayıl Rayon Polis Şöbəsinə gətirmişlər. Eyni zamanda bildirir ki, o, Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yerləşən 3 saylı komendant postunda Cəbrayıl Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılan zaman onların qanuni tələblərinə qəsdən tabe olmadan postu keçmişdir, lakin uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlətməmiş və ictimai qaydanı pozmamışdır. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü qismən təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bununla yanaşı bildirir ki, ilk dəfə inzibati xəta törədir, eləcə də belə xoşagəlməz hadisəyə görə xəcalət hissi keçirir və baş verməsini arzu etməz idi. Gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qayda-qanunlara əməl edəcəkdir. Bundan başqa, özü ailəlidir və himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı vardır. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis X11 Xidməti Bölüyü bölük komandirinin müavini vəzifəsində işləyir və polis baş leytenantıdır. İnzibati xəta törətmiş şəxs Şəxs iş ilə əlaqədar tanıyır və onunla heç bir ədavəti yoxdur. Baş vermiş hadisə barədə bildirir ki, 16 aprel 2024-cü il tarixdə, təxminən saat 16:00 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yaradılmış 3 saylı komendant postunda xidmətdə olan zaman Şəxs və X4 işğaldan azad edilmiş Laçın rayonuna getmək üçün polis postuna yaxınlaşmışlar. O, həmin şəxslərin müvafiq icazəsi olmadıqları üçün işğaldan azad olunmuş əraziyə girişinə icazə verməmiş və onları geri qaytarmışdır. Lakin Şəxs qohumu X4 ilə birlikdə onların gözündən yayınaraq, komendant postunun kənarından keçib, işğaldan azad edilmiş əraziyə daxil olmuş və tanımadığı şəxsin avtomobili vasitəsilə Laçın rayonu istiqamətinə getmişlər. Laçın rayonu istiqamətində quraşdırılmış növbəti komendant postunu keçən zaman polis əməkdaşları onları saxlamış və məlum olmuşdur ki, onların işğaldan azad edilmiş ərazilərə girişi üçün müvafiq icazəsi yoxdur. Daha sonra polis əməkdaşları onları Qubadlı Rayon Polis Şöbəsinə və oradan Cəbrayıl Rayon Polis Şöbəsinə gətirmişlər. O, bu barədə Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudova raportla müraciət edərək, məlumat vermişdir. Eyni zamanda bildirir ki, Rəfiyev X6 rayonu, Cocuq Mərcanlı kəndində yerləşən 3 saylı komendant postunda saxlanılan zaman onların qanuni tələblərinə qəsdən tabe olmadan postu keçmişdir, lakin uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlətməmiş və ictimai qaydanı pozmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəbrayıl Rayon Polis X11 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı X1 Ramil Təbriz oğlunun izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan Cəbrayıl Rayon Polis X11 Xidməti Bölüyü bölük komandirinin müavini, polis baş leytenantı Ramil Dərgahov tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudova ünvanlanmış raportdan görünür ki, Şəxs və X4 16 aprel 2024-cü il tarixdə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yerləşən 3 saylı komendant postunda Cəbrayıl Rayon Polis Şöbəsinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq postu keçmiş və saxlanılan zaman uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişlər. İş materiallarında olan AZA 013384 №-li, 16 aprel 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 16 aprel 2024-cü il tarixdə 19:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan MN ******* №-li, 17 aprel 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 16 aprel 2024-cü il tarixdə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yerləşən 3 saylı komendant postunda Cəbrayıl Rayon Polis Şöbəsinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq postu keçmiş və saxlanılan zaman uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs və şahidlərin izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Bu səbəbdən də, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətdən azad edilməli və barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə “İnzibati xəta haqqında protokolun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan hissəsi” ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aşkar edilmiş inzibati xəta faktı əsasında inzibati xətanın subyekti, yəni inzibati məsuliyyətə cəlb olunmalı olan fiziki və ya vəzifəli şəxs müəyyən edilməli, inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin olub-olmaması məsələsi, eləcə də, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar araşdırılmalı və əmələ düzgün hüquqi qiymət verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddi hüquq normasına düzgün tövsif edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bundan başqa, məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs və şahidlərin izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta əməlini ilk dəfə törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını, ailəli və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirliliyi sübuta yetirilmədiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətdən azad edilməlidir. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli, təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməli və dərhal məhkəmə iclas zalından azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs təqsirliliyi sübuta yetirilmədiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-46/2024
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-46/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver