Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(072)-46/2025 13.03.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, “Kalyon RSY X4 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsi tərəfindən məhkəməyə “Kalyon RSY X4 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsinin mühəndis-inspektoru X1 tərəfindən göndərilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydalarına düzgün əməl edilmədən tərtib edilərək, Cəbrayıl Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsinin “mühəndis-inspektoru”nun vəzifəli şəxs kimi Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən “İnzibati xəta haqqında” protokol tərtib etmək səlahiyyətinə malik olub-olmaması məsələsi araşdırılmalıdır. Bundan başqa, “İnzibati xəta haqqında” protokola iş üzrə əhəmiyyət kəsb edən sənədlərin əsli və ya müvafiq qaydada təsdiq edilmiş surəti deyil, yalnız kserosurəti əlavə edilmişdir. Halbuki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsinin 3-18-73/2-510/25 saylı, 10 fevral 2025-ci il tarixli məktubunda “Kalyon RSY X4 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair “İnzibati xəta haqqında” protokolun tərtib edilməsi qeyd edilmişdir. Bu onu onu deməyə əsas verir ki, “İnzibati xəta haqqında” protokolun xarici hüquqi şəxsin filialının yoxsa və onun vəzifəli şəxsinin barəsində tərtib edilməsini müəyyən etmək mümkün deyildir. Halbuki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən inzibati xətanın subyektləri fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər hesab edilir, hər bir subyektin anlayışı verilmiş və onların inzibati məsuliyyətinin yaranma əsasları müəyyən edilmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolun “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs...” hissəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin soyadı, adı, atasının adı qeyd edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolun “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatının məzmunu...” hissəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınaraq, qeyd edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolun “inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar...” hissəsində iş üzrə əhəmiyyət kəsb edən digər məlumatların araşıdırılıb-araşdırılmaması və ya olub-olmaması barədə qeydlər öz əksini tapmamışdır. Bundan başqa, inzibati xəta haqqında protokolun “protokolun surətinin göndərilməsi...” hissəsində protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ünvanına göndərilib-göndərilməməsi qeyd edilməmiş və həqiqətən də bu halı inzibati xəta haqqında materialdan müəyyən etmək mümkün deyildir. Halbuki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən “İnzibati xəta haqqında” protokol inzibati xəta haqqında protokolu tərtib edə səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməlidir. Bundan başqa, “İnzibati xəta haqqında” protokola baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməmiş, qərar qəbul edildiyi təqdirdə isə məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd edilən prosessual hüquq pozuntularına yol verilməklə “İnzibati xəta haqqında” protokol düzgün tərtib edilmədən, baxılması üçün məhkəməyə göndərilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 96-VQ saylı, 29 dekabr 2015-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 795 saylı, 15 fevral 2016-cı il tarixli Fərmanının 5.16-cı bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 235, 243.0.4, 268, 276, 277, 311, 518, 519, 536 və 543-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16, 17 və 18-ci maddələrinə əsasən inzibati xətanın subyektləri-fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin anlayışı verilmiş və onların inzibati məsuliyyətinin yaranma əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında hakim qərardad qəbul edir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsinin mühəndis-inspektoru X1 tərəfindən inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə riayət edilmədən tərtib edilərək, baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərildiyinə görə inzibati xəta haqqında işə mahiyyəti üzrə tam və obyektiv baxılması mümkün deyildir və bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “Kalyon RSY X4 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsinin mühəndis-inspektoru X1 tərəfindən tərtib edilmiş MN ******* №-li, 05 fevral 2025-cü il tarixli “İnzibati xəta haqqında” protokol Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsinə geri qaytarılsın. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-46/2025
Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №3(072)-46/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver