Məhkəmə qərarları › İş №3(072)-47/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-47/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-47/2025 13.03.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxx 1992-ci ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin 55 saylı X4 “yanğın söndürən” vəzifəsində işləyən, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 15 yanvar 2025-ci il tarixdə, təxminən saat 13:30 radələrində Biləsuvar rayonu, 1 saylı qəsəbə ərazisində şəxsi münasibətlər zəmnində arvadı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ünvan 1də yaşayır və Zərərçəkmiş şəxs onun arvadıdır. Lakin müəyyən ailədaxili mübahisələrə görə o, Zərərçəkmiş şəxs qarşı “nikaha xitam verilməsi və uşağın atanın yanında qalması” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin rəsmi nikahlarına xitam verilməmiş və mülki iş məhkəmənin icraatındadır. Baş vermiş hadisə barədə bildirir ki, 15 yanvar 2025-ci il tarixdə, təxminən saat 13:30 radələrində Biləsuvar rayonu, 1 saylı qəsəbə ərazisində yerləşən Cəbrayıl Rayon Məhkəməsinin inzibati binasını tərk edən zaman məhkəmənin inzibati binasının yerləşdiyi həyətyanı sahənin çöl tərəfində Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətdiyi üçün aralarında mübahisə yaranmışdır. Lakin o, mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs döyməmiş və ona xəsarət yetirməmişdir. Hesab edir ki, arvadı Zərərçəkmiş şəxs ona şər və böhtan atır. Hal-hazırda özünü inzibati xəta əməlinə görə təqsirli hesab etmir və barəsində məhkəmə tərəfindən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır və Şəxs onun əridir. Lakin müəyyən ailədaxili mübahisələrə görə Şəxs qarşı qarşı “nikaha xitam verilməsi və uşağın atanın yanında qalması” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin rəsmi nikahlarına xitam verilməmiş və mülki iş məhkəmənin icraatındadır. Baş vermiş hadisə barədə bildirir ki, 15 yanvar 2025-ci il tarixdə, təxminən saat 13:30 radələrində Biləsuvar rayonu, 1 saylı qəsəbə ərazisində yerləşən Cəbrayıl Rayon Məhkəməsinin inzibati binasını tərk edən zaman məhkəmənin inzibati binasının yerləşdiyi həyətyanı sahənin çöl tərəfində inzibati xəta törətmiş şəxs Şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əri Şəxs onun baş nahiyəsindən yumruqla vuraraq, onu döymüşdür. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Beyləqan X2 polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. Beyləqan X2 rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə əsasən 15 yanvar 2025-ci il tarixdə, saat 09:00-dan saat 18:00-a dək Cəbrayıl Rayon Məhkəməsində xidmətdə olmuşdur. Həmin gün, saat 12:00 radələrində Şəxs ilə Zərərçəkmiş şəxs məhkəmə prosesi olduğu üçün onlar məhkəməyə gəlmişlər. Məhkəmə iclası başa çatdıtqdan sonra həmin şəxslər məhkəmənin inzibati binası tərk edən zaman sözlə mübahisə etməyə başlamışlar. Bu zaman o, həmin şəxslərə yaxınlaşaraq, onlara ictimai qaydaya əməl etmələrini, eləcə də məhkəmə prosesi başa çatdığı üçün məhkəmənin inzibati binasını tərk etməsini bildirmiş və daha sonra xidmətə davam etmişdir. Onu da qeyd edir ki, həmin vaxt məhkəməyə digər vətəndaşlar gəldiyinə görə o, məhkəməyə gələn həmin vətəndaşları qarşıladığı, onların qeydiyyatını apardığı və mühafizəni təşkil etdiyi üçün Natiq ilə Nuranə xanımın dalaşdığını və ya Natiqin Nuranə xanımı döyməsini görməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 24 saylı, 15 yanvar 2025-ci il tarixli “ekspert rəyi”ndən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər: 1. Başın təpə nahiyəsində yumşaq toxumanın şişkinliyi və qançır bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 15 yanvar 2025-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilər.

1. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan 21 fevral 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Cəbrayıl Rayon Polis X3 təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Cəbrayıl Rayon Polis X1 Bölməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* №-li, 13 mart 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 15 yanvar 2025-ci il tarixdə, təxminən saat 13:30 radələrində Biləsuvar rayonu, 1 saylı qəsəbə ərazisində şəxsi münasibətlər zəmnində arvadı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs və şahidin izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır, Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə təhqiqatı zamanı “özünün tәqsirli bilmәmәsinә dair...” verdiyi izahatına hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta törətmiş şəxsin izahatı inandırıcı deyildir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs izahatı işin faktiki halları ilə təkzib olunduğu üçün onun izahatına tənqidi yanaşılmalı və izahatı özünü müdafiə edilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta əməlini ilk dəfə törətməsi, ailəli və yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar