Məhkəmə qərarları › İş №3(072)-48/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-48/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-48/2024 07.05.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi: X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC ******* (bir milyon səkkiz yüz min) Rusiya rublu məbləğində vəsaiti Bank hesabından 18 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) il müddət keçsə də, ******* (bir milyon üç yüz min) Rusiya rubla məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, o, Şəxs MMC-nin həm qanuni təmsilçisidir, həm də cəmiyyətin direktoru vəzifəsində işləyir. Şəxs MMC xarici ölkədən meşə materialından hazırlanmış taxta məhsullarının Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Hüquqi şəxs Şəxs MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır və VÖEN **********.dir. Baş vermiş hadisə barədə bildirir ki, Rusiya Federasiyasında fəaliyyət göstərən “OOO LesEksport” şirkəti arasında bağlanmış xx/xx/2022 saylı, 04 mart 2022-ci il tarixli müqavilə əsasında "xxxx" ASC tərəfindən Şəxs MMC ******* (bir milyon səkkiz yüz min) Rusiya rublu məbləğində pulu 18 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) il müddət keçsə də, müəyyən səbəblərə görə ******* (bir milyon üç yüz min) Rusiya rublu vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Eyni zamanda bildirir ki, Şəxs MMC ilə “OOO LesEksport” şirkəti arasında bağlanmış xx/xx/2022 saylı, 04 mart 2022-ci il tarixli təchizat/çatdırılma müqaviləsinin icrası ilə bağlı göndərənin bank-"xxxx" ASC vasitəsi ilə benefisiar bank-“LEVOBERELJNİY” PAO-ya ilkin olaraq ödənilmiş ******* (bir milyon səkkiz yüz min) Rusiya rublu məbləğində pul vəsaitindən 13 iyul 2022-ci il tarixdə 500000 (beş yüz min) Rusiya rublu məbləğində pul vəsaiti xaricdəb geri qaytarılmışdır. Hesab edir ki, törədilmiş inzibati xəta əməlində AZVOOD GROUP” MMC təqsirlidir və ilk dəfə inzibati xəta əməlini törədir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan-Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən orqan-Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan “elektron sorğu məlumatı”ndan görünür ki, hüquqi şəxs Şəxs MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır və VÖEN **********.dir. İş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri məlumatın”dan görünür ki, hüquqi şəxs Şəxs MMC sahibkarlıq subyetkti kimi kiçik sahibkardır, vergi ödəyicisidir, VÖEN **********.dir, hüquqi ünvanı Biləsuvar rayonu, 10 saylı qəsəbə, təsisçisi və qanuni təmsilçisi X2r. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş xx/xx/2022 saylı, 04 mart 2022-ci il tarixli “təchizat/çatdırılma müqaviləsi”nin surətindən görünür ki, Şəxs MMC ilə OOO “LesEksport” şirkəti arasında ümumi dəyəri ******* (beş milyon doqquz iyirmi min) Rusiya rublu məbləği təşkil edən malın satışına dair müqavilə bağlanmışdır. İş materiallarında olan OX3 saylı, 18 mart 2022-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, tapşırıq verən -Şəxs MMC tərəfindən xx/xx/2022 saylı, 04 mart 2022-ci il tarixli təchizat/çatdırılma müqaviləsinin icrası ilə bağlı göndərənin bank-"xxxx" ASC vasitəsi ilə benefisiar (alan müştəri)-“OOO LesEksport” şirkətinin xeyrinə benefisiar bank-“LEVOBERELJNİY” PAO-ya ilkin ödəniş olaraq ******* (bir milyon səkkiz yüz min) Rusiya rublu məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan 06 may 2024-cü il tarixli “mədaxil əməliyyatlarına dair elektron sorğu məlumatı”ndan görünür ki, Şəxs MMC ilə “OOO LesEksport” şirkəti arasında bağlanmış xx/xx/2022 saylı, 04 mart 2022-ci il tarixli təchizat/çatdırılma müqaviləsinin icrası ilə bağlı göndərənin bank-"xxxx" ASC vasitəsi ilə benefisiar bank- “LEVOBERELJNİY” PAO-ya ilkin olaraq ödənilmiş ******* (bir milyon səkkiz yüz min) Rusiya rublu məbləğində pul vəsaitindən 13 iyul 2022-ci il tarixdə 500000 (beş yüz min) Rusiya rublu məbləğində pul vəsaiti xaricdəb geri qaytarılmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 13002-01/17 saylı, 19 mart 2022-ci il tarixli “məktub”un surətindən görünür ki, KapitalBank” ASC tərəfindən Şəxs MMC-nin ******* (bir milyon səkkiz yüz min) Rusiya rublu məbləğində vəsaitin Bank hesabından 18 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, lakin ödənişin aparıldığı gündən 2 (iki) il müddət keçsə də, ******* (bir milyon üç yüz min) Rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim etməməsi və qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarmaması barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi məlumat verilmişdir. İş materiallarında olan EP ******* №-li, 29 mart 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs MMC ******* (bir milyon səkkiz yüz min) Rusiya rublu məbləğində vəsaiti Bank hesabından 18 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) il müddət keçsə də, ******* (bir milyon üç yüz min) Rusiya rubla məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs (vergi ödəyicisi olan hüquqi şəxs) Şəxs MMC-nin inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” haqqında Azərbaycan Respublikası Mərkəzi X4 45/1 saylı, 28 noyabr 2016-cı il tarixli Qərarının 2.1.2-ci bəndinə əsasən idxal olunan xidmətlər-qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasının ərazisində göstərilən xidmətlər və görülən işlər, həmçinin rezidentlərin və qeyri-rezidentlərin xeyrinə ölkə xaricində göstərilən xidmətlər və görülən işlərdir. Həmin Qərarın 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin inzibati xəta əməlini ilk dəfə törətməsini və hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (direktor) X1 əməli etiraf etməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş ******* (bir milyon üç yüz min) Rusiya rublu valyuta vəsaiti məbləğinin 20 % məbləğində, 260000 (iki yüz altmış min) Rusiya rublu məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar