Məhkəmə qərarları › İş №3(072)-48/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-48/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-48/2025 13.03.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfədin oğlunun katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxx 1956-cı ildə Cəbrayıl rayonu, Mirzəcanlı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü, ünvan 1 ünvanda qeydiyyatda olan və Biləsuvar rayonu, 7 saylı, qəsəbə ev 232 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 26 dekabr 2024-cü il tarixdə, təxminən saat 13:40 radələrində Biləsuvar rayonu, 3 saylı qəsabə ərazisində yerləşən qəbirstanlıqda şəxsi münasibətlər zəmnində yetkinlik yaşına çatmayan şəxs-nəvəsi Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun nəvəsidır. Baş vermiş hadisə barədə bildirir ki, 26 dekabr 2024-cü il tarixdə, təxminən saat 13:40 radələrində Biləsuvar rayonu, 3 saylı qəsəbə ərazisində yerləşən qəbirstanlıqda oğlu Vüsalın qəbrini ziyarət edən zaman gəlni Ayət xanım və nəvəsi Nuray ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı öz əsəblərini cilovlaya bilməmiş və nəvəsi Zərərçəkmiş şəxs başından tutaraq, sifətindən şillə vurub onu döymüşdür. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bununla yanaşı bildirir ki, Zərərçəkmiş şəxs ilə barışmaq istəyir, gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qanunlara əməl edəcək. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, anası Ayət xanım və bacı-qardaşı ilə birlikdə ünvan 4 ünvanda yaşayır. İnzibati xəta törətmiş şəxs Şəxs onun babasıdır. Baş vermiş hadisə barədə bildirir ki, 26 dekabr 2024-cü il tarixdə, təxminən saat 13:40 radələrində anası Ayət xanım və bacı-qardaşı ilə birlikdə Biləsuvar rayonu, 3 saylı qəsəbə ərazisində yerləşən qəbirstanlıqda atası X3 qəbrini ziyarət edən zaman babası Zakir kişi onlar ilə mübahisə edərək, onun sifətindən şillə vurub döymüşdür. Daha sonra anası Qanuni nümayəndə bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti Zəng Mərkəzinə zəng vuraraq, eyni zamanda, ərizə ilə Cəbrayıl Rayon Polis Şöbəsinə müraciət edərək, məlumat vermişdir. Buna baxmayaraq, o, Şəxs onun babası olduğu üçün bağışlayır, onun ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 512 saylı, 28 dekabr 2024-cü il tarixli “ekspert rəyi”ndən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 27 yanvar 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Cəbrayıl Rayon Polis X2 təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən Qanuni nümayəndə şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Cəbrayıl Rayon Polis X1 Bölməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* №-li, 13 mart 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 26 dekabr 2024-cü il tarixdə, təxminən saat 13:40 radələrində Biləsuvar rayonu, 3 saylı qəsabə ərazisində yerləşən qəbirstanlıqda şəxsi münasibətlər zəmnində yetkinlik yaşına çatmayan şəxs-nəvəsi Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə təqdim etdiyi 13 mart 2025-ci il tarixli ərizəsindən görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi yoxdur və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati xəta törətmiş şəxs Şəxs 13 mart 2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsinə etiraz etmir və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətdən azad edilməli və barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar