Məhkəmə qərarları › İş №3(072)-77/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-77/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-77/2024 12.06.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 15:35 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxx 1990-cı ildə Cəbrayıl rayonu, Çaxırlı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Çaxırlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 10 iyun 2024-cü il tarixdə, saat 23:00 radələrində Biləsuvar rayonu, 5 saylı qəsəbə ərazisində X4 ilə ucadan bir-birinin ünvanına nalayiq ifadələr işlədərək, səs-küy salıb, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, 10 iyun 2024-cü il tarixdə axşam vaxtı dostu X4 ilə birlikdə digər dostu X3 yaşadığı Biləsuvar rayonu, 6 saylı qəsəbə yerləşən evində yeyib-içdikdən sonra piyada Biləsuvar rayonu, 5 saylı qəsəbə istiqamətində getmişlər. X1 ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı onlar ucadan bir-birinin ünvanına nalayiq ifadələr işlədərək, səs-küy salıb, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişlər. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, 10 iyun 2024-cü il tarixdə, təxminən saat 23:00-24:00 radələrində yaşadığı evin yaxınlığında yerləşən kafenin qarşısında 2 (iki) nəfər şəxsin ucadan bir-birinin ünvanına nalayiq ifadələr işlədərək, səs-küy salmasını eşitmişdir. O, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti-X6 zəng vuraraq, məlumat vermişdir. Daha sonra bilmişdir ki, həmin vaxt bir-birinin ünvanına nalayiq ifadələr işlədərək, səs-küy salan şəxslər X4 və Şəxs olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır. İnzibati xəta törətmiş şəxs X4 onun dostudur. Baş vermiş hadisə barədə bildirir ki, 10 iyun 2024-cü il tarixdə axşam vaxtı dostları X4 və Şəxs ilə birlikdə yaşadığı Biləsuvar rayonu, 6 saylı qəsəbə yerləşən evində yeyib-içdikdən sonra piyada Biləsuvar rayonu, 5 saylı qəsəbə istiqamətində getmişlər. Yolüstü Əli ilə Yasinin arasında mübahisə yaranmış, mübahisə zamanı onlar ucadan bir-birinin ünvanına nalayiq ifadələr işlədərək, səs-küy salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 4 ünvanda yaşayır və yaşadığı qəsəbədə kafe işlədir. Baş vermiş hadisə barədə bildirir ki, 10 iyun 2024-cü il tarixdə, təxminən saat 23:00-24:00 radələrində işlətdiyi kafenin qarşısında 2 (iki) nəfər şəxsin mübahisə edərək, ucadan bir-birinin ünvanına nalayiq ifadələr işlədərək, səs-küy salmasını eşitmişdir. O, həmin şəxslərə yaxınlaşmış, onların X4 və Şəxs olduğunu görmüşdür. O, həmin şəxslərə kafenin qarşısında mübahisə etməmələrini və söyüş söyməmələrini xahiş etmişdir. X2 və Şəxs onun xahişini nəzərə almamışlar. İş materiallarında olan Cəbrayıl Rayon Polis Şöbəsinin məsul növbətçisi polis leytenantı, Nəsib İsmayılov tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudova ünvanlanmış raportdan görünür ki, Biləsuvar rayonu, 5 saylı, qəsəbə ev 411 ünvanda yaşayan Şahid1 “***-*******” nömrəli mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti-Zəng Mərkəzinə 11 iyun 2024cü il tarixdə, saat 00:05 radələrində zəng edərək yaşadığı evin yaxınlığında yerləşən kafedən gələn səs-küydən narahat olması barədə məlumat vermişdir. İş materiallarında olan AZA 013383 №-li, 11 iyun 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 11 iyun 2024-cü il tarixdə 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan MN ******* №-li, 12 iyun 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 10 iyun 2024-cü il tarixdə, saat 23:00 radələrində Biləsuvar rayonu, 5 saylı qəsəbə ərazisində X4 ilə ucadan bir-birinin ünvanına nalayiq ifadələr işlədərək, səs-küy salıb, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs və şahidlərin izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməli etiraf etməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda,inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və həbs etmənin əvvəli 11 iyun 2024-cü il tarixdən hesablanmaqla, təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati həbs” tənbeh növü tətbiq edilməlidir.v İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 05 (beş) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 11 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar