Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-90/2023 12.06.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Füzuli rayonu, Böyük Bəhmənli kəndində anadan olub, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu 45 saylı Tam Orta Məktəbdə “Gənclərin çağırışa qədər hərbi hazırlıq müəllimi” vəzifəsində işləyən, ali təhsilli, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Prokurorluğu Cəbrayıl Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Prokurorluğu Cəbrayıl Rayon Prokurorluğu tərəfindən nəzərdə tutulan inzibati xəta haqqında material daxil olmuşdur. “İnzibati xəta haqqında” materiala əsasən Şəxs 14 dekabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Biləsuvar rayonu, 10 saylı qəsəbədən 1 saylı qəsəbə istiqamətində 11-1 saylı qəsəbələrarası avtomobil yolu ilə hərəkətdə olan zaman həmin yolun 4 saylı qəsəbə ərazisindən keçən hissəsində idarə etdiyi “MİTSUBİSHİ PAJERO” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili yolda müəyyən edilmiş hərəkət sürətini 20 km/saat həddində aşaraq və eləcə də, asfalt yol üzərində olan 1.1 üfüqi nişanlanma xəttini kəsib əks hərəkət istiqamətinə çıxaraq, Cəbrayıl Rayon Polis X17 Xidməti Bölüyünün polis nəfəri X2 idarə etdiyi “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobildə sərnişin qismində əyləşmiş X8, X9 və X1 az ağır zərər vurulmasına səbəb olan, eləcə də Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurulmasına səbəb olan xəsarət almışlar. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. “MİTSUBİSHİ PAJERO” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili onun özünə məxsusdur və avtomobil idarə etmək üçün “B1”, “B”, “C1”, “C” kateqoriyaları üzrə sürücülük vəsiqəsi vardır. Baş vermiş hadisə barədə bildirir ki, 14 dekabr 2022-ci il tarixdə Biləsuvar rayonu,10 saylı qəsəbədə yaş mərasimində iştirak etmək üçün həmkəndlisi X8 ilə birlikdə gəlmişdir. Onlar yas mərasimində iştirak edərək həmin gün, təxminən saat 15:00 radələrində idarə etdiyi “MİTSUBİSHİ PAJERO” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Füzuli rayonuna geri qayıdan zaman Biləsuvar rayonu, 11-1 saylı qəsəbələrarası avtomobil yolu ilə təxminən saatda 60-70 km/saat sürətlə hərəkət etmişdir. Biləsuvar rayonu, 4 saylı qəsəbədə olan döngə yola çatmağa 15-20 metr qalmış yol kənarında olan yol nişanında maksimal sürət həddinin 50 km/saat olduğunu təxmin etmişdir. Yolun kənarında qarşıda döngəli yol olması məlumatverici yol nişanı və baş yol işarəsi bərkidilmişdir. Bu zaman qarşıdan gələn Biləsuvar rayonu, 11 saylı qəsəbə istiqamətində hərəkətdə olan “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobildə sərnişin qismində əyləşmiş X8, X9 və X1 az ağır zərər vurulmasına səbəb olan, eləcə də Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurulmasına səbəb olan xəsarət almışlar. Eyni zamanda bildirir ki, o, baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəl “MİTSUBİSHİ PAJERO” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman sürət həddini aşmışdır. Bundan başqa hesab edir ki, “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü X5 da yol hərəkəti qaydalarını pozmuşdur. Bu səbəbdən də, yol-nəqliyyat hadisəsinin baş verməsində özünü qismən təqsirli bilir. Onu qeyd edir ki, bir insan kimi vicdan əzabı çəkir və belə bir hadisənin baş verməsini heç vaxt arzu etməz idi. Özü ailəlidir və himayəsində azyaşlı uşağı vardır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis X4 Bölməsi sahənin polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. Baş vermiş hadisə barədə bildirir ki, 14 dekabr 2022-ci il tarixdə, saat 15:00 radələrində ona, Cəbrayıl Rayon Polis X17 Xidməti Bölüyü manqa komandiri, polis baş serjantı X6 və polis nəfəri, polis serjantı X3 “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobildə müvafiq əmr əsasında dislokasiya olunmuş Biləsuvar rayonu, 1-11 saylı qəsəbələrarası 8 saylı avtopatrul xidmətinə çıxmaqları barədə göstəriş verilmişdir. Onlar dislokasiya üzrə xidmət göstərmək üçün Biləsuvar rayonu, 3 saylı qəsəbə istiqamətindən 1-11 saylı qəsəbə yolu ilə 8 saylı qəsəbə istiqamətinə hərəkət etməyə başlamışlar. “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cəbrayıl Rayon Polis X17 Xidməti Bölüyü polis nəfəri, polis serjantı X3 təhkim edilmiş və avtomobili də o darə etmişdir. X9 avtomobilin qabaq oturacağında, özü isə arxa oturacaqda əyləşmişdir. Həmin zaman X5 yolda olan nişanlara uyğun olaraq avtomobili 50 km/saat sürətlə idarə etmişdir. Biləsuvar rayonu, 4 saylı qəsəbə ərazisində olan döngəli yola çatarkən Biləsuvar rayonu, 11 saylı qəsəbə istiqamətindən 3 saylı qəsəbə istiqamətində hərəkət edən və əyri yola 100 metr qalmış qara rəngli bir avtomobilin yüksək sürətlə hərəkət etdiyini görmüşdür. Həmin vaxt X5 toqquşmanın qarşısını almaq üçün topmozdan istifadə etsə də, lakin “MİTSUBİSHİ PAJERO” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil onların olduğu “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində özü sağlamlığa yüngül zərər vurulmasına səbəb olan, eləcə də X9 və X1 az ağır zərər vurulmasına səbəb olan xəsarət almışlar. O, bir müddət xəstəxanada müalicə olunmuş, daha sonra isə ev şəraitində müalicəsini davam etdirmişdir. Müalicəsinə təxminən 600 (altı yüz) AZN məbləğində pul xərcləmişdir. Lakin onun müalicə xərci inzibati xəta törətmiş şəxs Şəxs tərəfindən qarşılanmamışdır. Bütün bunları nəzərə alaraq, inzibati xəta törətmiş şəxs Şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh növünün tətbiq edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. 01 iyun 2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Prokurorluğu Cəbrayıl Rayon Prokurorluğunun nümayəndəsi-Cəbrayıl rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X7 inzibati xəta törətmiş şəxs Şəxs barəsində qanunvericliklə nəzərdə tutulmuş inzibati tənbeh növünün tətbiq edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X18 902 saylı, 14 dekabr 2022-ci il tarixli “ekspert rəyi”ndən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-1. Təpə nahiyəsində sağda, qaşarası sahədə yaralar, sağ əlin arxa səthində 3-cü daraq sümüyü proyeksiyasında sıyrıq, sağ budun aşağı 1/3 hissəsinin iç səthində, sol baldırın orta 1/3 hissəsinin ön səthində qançırlar, sol təpə nahiyəsində hematoma bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən, 14 dekabr 2022-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. 2. Qeyd olunmuş xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/206 saylı 07 mart 2022-ci il tarixli “ekspert rəyi”ndən görünür ki, 1. “MİTSUBİSHİ PAJERO” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddəllərin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasl Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur... İş materiallarında olan 10 may 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işi materiallarından inzibati materialın ayrılması haqqında” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması, yəni 14 dekabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət alması faktına hüquqi qiymət verilməsi üçün Cəbrayıl Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 16 may 2023-cü il tarixli “İnziati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Cəbrayıl rayon prokuroru, ədliyyə müşaviri Ramiz Əliyev tərəfindən Şəxs inzibati xəta törətmiş şəxs qismində tanınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraat materialından” görünür ki, Şəxs 14 dekabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Biləsuvar rayonu, 10 saylı qəsəbədən 1 saylı qəsəbə istiqamətində 11-1 saylı qəsəbələrarası avtomobil yolu ilə hərəkətdə olan zaman həmin yolun 4 saylı qəsəbə ərazisindən keçən hissəsində idarə etdiyi “MİTSUBİSHİ PAJERO” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili yolda müəyyən edilmiş hərəkət sürətini 20 km/saat həddində aşaraq və eləcə də, asfalt yol üzərində olan 1.1 üfüqi nişanlanma xəttini kəsib əks hərəkət istiqamətinə çıxaraq, Cəbrayıl Rayon Polis X17 Xidməti Bölüyünün polis nəfəri X2 idarə etdiyi “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində hər iki avtomobildə sərnişin qismində əyləşmiş X8, X9 və X1 az ağır zərər vurulmasına səbəb olan, eləcə də Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurulmasına səbəb olan xəsarət almışlar. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını və ailəli olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-90/2023
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-90/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver