Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-96/2023 02.06.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Həbi oğlunun katibliyi, Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxxxxx 1991-ci ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 21 may 2023-cü il tarixdə, saat 14:00 radələrində ünvan 2 ünvanda şəxsi münasibətlər zəmnində keçmiş arvadı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, Biləsuvar rayonu 6 saylı qəsəbə, ev 40 ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Belə ki, o, Zərərçəkmiş şəxs ilə 2016-cı ildə ailə qurmuş, onların birgə nikahından “Məryəm” və “Nazlı” adlı 2 (iki) qız uşağı anadan olmuşdur. Müəyyən ailədaxili mübahisələrə görə Cəbrayıl Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə onların rəsmi nikahına xitam verilmiş, birgə nikahlarıından 23 may 2016-cı ildə anadan olmuş X4 və 04 yanvar 2018-ci ildə anadan olmuş X1 Sehranə Nazim qızının yanında saxlanmışdır. Baş vermiş hadisə barədə bildirir ki, o, 21 may 2023-cü il tarixdə, təxminən saat 14:00 radələrində övladları ilə görüşmək üçün Sehranə xanımın yaşadığı ünvan 3 ünvana getmişdir. Lakin keçmiş arvadı Sehranə xanım ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, öz əsəblərini cilovlaya bilməyib, stolun üstündə olan qırmızı rəngli plastik qəndqabını Zərərçəkmiş şəxs başına vurmuş və onu döymüşdür. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bununla yanaşı bildirir ki, ilk dəfə inzibati xəta əməli törədir, gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qanunlara əməl edəcək. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, ünvan 4 ünvanda yaşayır. İnzibati xəta törətmiş şəxs Şəxs onun keçmiş əridir. Belə ki, onlar 2016-cı ildə ailə qurmuş, birgə nikahlarından “Məryəm” və “Nazlı” adlı 2 (iki) qız uşağı anadan olmuşdur. Lakin müəyyən ailədaxili mübahisələrə görə Cəbrayıl Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə onların rəsmi nikahına xitam verilmiş, birgə nikahlarıından 23 may 2016-cı ildə anadan olmuş X4 və 04 yanvar 2018-ci ildə anadan olmuş X5 onun yanında saxlanmışdır. Baş vermiş hadisə barədə bildirir ki, Şəxs 21 may 2023-cü il tarixdə, təxminən saat 14:00 radələrində onun yaşadığı ünvan 3 ünvana gələrək, övladları ilə görüşmək istəmişdir. Lakin onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs stolun üstündə olan qırmızı rəngli plastik qəndqabını onun başına vurmuş və onu döymüşdür. Daha sonra o, bu barədə ərizə ilə Cəbrayıl Rayon Polis Şöbəsinə müraciət edərək, məlumat vermişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən Şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan MN ******* №-li, 02 iyun 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 21 may 2023-cü il tarixdə, saat 14:00 radələrində ünvan 2 ünvanda şəxsi münasibətlər zəmnində keçmiş arvadı Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan 31 may 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Cəbrayıl Rayon X6rupunun təhqiqatçısı, polis baş-leytenantı X8 tərəfindən Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Cəbrayıl Rayon Polis X2 Bölməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 388 saylı, 22 may 2023-cü il tarixli “ekspert rəyi”ndən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər: 1. Sağ əlin 3-cü barmağının 1-ci falanqası proyeksiyasında arxa səthdə sıyrıq, sağ əlin 2-ci barmağının 2ci falanqası proyeksiyasında arxa səthdə qançır, sağ gicgah nahiyəsində yumşaq toxumanın şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən, 21 may 2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. 2. Qeyd edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır, Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta əməlini ilk dəfə törətməsi, əməli etiraf etməsini və səmimi peşmanlığını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-96/2023
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-96/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver