Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-98/2024 26.07.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, Lok Alinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Mil-Muğan regional şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Mil-Muğan regional şöbəsi tərəfindən Lok Alinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati xəta haqqında materialdan görünür ki, Cəbrayıl Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X1 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Mil-Muğan regional şöbəsinin şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanmamışdır. Bu səbəbdən də hesab edirəm ki, fakt əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsi ilə “inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının rədd edilməsi haqqında” prokurorun ləğv edilməmiş qərarı olduğu, eləcə də həmin qərara əsasən inzibati xəta hadisəsi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Lok Ali inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, istər Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinə, istərsə də Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə görə fakt üzrə “...icraatın başlanmasının rədd edilməsi haqqında qərar” və ya “...icraata xitam verilməsi haqqında qərar” mahiyyət etibarilə eyni hüquqi nəticələrə səbəb olur. Yəni belə məzmunlu ləğv edilməmiş qərarlar inzibati xəta haqqında iş üzrə icraatı rədd və ya cinayət təqibini istisna etməklə, şəxsin barəsində inzibati və (və ya) cinayət məsuliyyəti istisna edir. “Qanunun analogiya üzrə tətbiqi” ilə bağlı qeyd edirəm ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Beləliklə, baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Bundan başqa, qeyd edirəm ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi digər məcəllələşdirilmiş normativ hüquqi aktlardan strukturuna və tənzimlədiyi münasibətlərin xarakterinə görə fərqlənir. Belə ki, həmin Məcəllə özündə həm maddi normaları, həm də prosessual, yəni inzibati xətalar haqqında işlər üzrə icraatın qaydalarını tənzimləyən normaları ehtiva edir. Bundan başqa, Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddələrinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki,... İnzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-cı il tarixli Qərarında qeyd edilmişdir ki,...İnzibati Xətalar Məcəlləsinin qeyri-müəyyən, fərqli yanaşmalara səbəb olan normalarının onların konstitusiya hüquqi mənasına və hüquqi təyinatına uyğun şərhi vasitəsilə məzmununun birmənalı və aydın müəyyən edilməsi və vahid mövqeyin formalaşdırılması hüquq tətbiqedən orqanların fəaliyyətində qanunçuluq prinsipinin gözlənilməsinə imkan yaradaraq, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılmasına və son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə qorunan ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsinə xidmət edir. Nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş hər hansı hüququn, o cümlədən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinə riayət olunmaması həmin hüququn pozulması ilə nəticələnə bilər (Konstitusiya Məhkəməsi Plenumunun X4 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarı)... İnzibati Xətalar Məcəlləsi digər məcəllələşdirilmiş normativ hüquqi aktlardan strukturuna və tənzimlədiyi münasibətlərin xarakterinə görə fərqlənir. Belə ki, həmin Məcəllə özündə həm maddi normaları, həm də prosessual, yəni inzibati xətalar haqqında işlər üzrə icraatın qaydalarını tənzimləyən normaları ehtiva edir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqları müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq; b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək; d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq; e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə tərcüməçinin pulsuz köməyindən istifadə etmək. Avropa İnsan Hüquqları Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə 07 mart 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsində söhbət ədalətli məhkəmə araşdırmasından getsə də, çox vaxt bu hüquq şəxsə qarşı cinayət ittihamı irəli sürülməzdən əvvəl tətbiq edilir, yaxud mülki işlərdə məhkəmə icraatından əvvəlki inzibati məhkəmələrdə tətbiq edilə bilər. Bu maddədəki təminatlar məhkəmə qərarının qəbulundan sonra da öz qüvvəsini itirmir və qərarın icra mərhələsinə də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, fakt əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsi ilə “inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının rədd edilməsi haqqında” prokurorun ləğv edilməmiş qərarı olduğu, eləcə də həmin qərara əsasən inzibati xəta hadisəsi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Lok Ali inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 106, 109, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Lok Alinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Lok Ali inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-98/2024
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-98/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver