Məhkəmə qərarları › İş №3(073)-1/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1/2023 19.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Şikayətçi Cəlilabad rayon X19 Hüquqi Şəxsin direktoru X6 nümayəndəsi (vəkili) X14 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından Cəlilabad rayon X19 Hüquqi Şəxsin direktoru X16 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad rayon X19 Hüquqi Şəxsin direktoru X16 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından şkayət vermişdir. Məhkəmə iclasında Cəlilabad rayon X19 Hüquqi Şəxsin direktoru X8 nümayəndəsi (vəkili) X23 verdiyi izahatında göstərmişdir ki, ƏƏSMN yanında X24 Xidməti Lənkəran regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarı ilə Cəlilabad Rayon X19 Hüquqi şəxsin direktoru X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1200 (bir min iki yüz) manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan qərar və inzibati xətanın törədilməsinə dair xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol əsassızdır və qanunvericiliyə və işin faktiki hallarına zidd olaraq tərtib edilmişdir. Belə ki, regional ərazi şöbənin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı Tibb müəssisəsinin direktoru X6 barəsində qəbul edilmişdir. Halbuki, tibb müəssisəsində əmək haqqlarının və ona əlavələrin hesablanmasına görə birbaşa məsul olan vəzifəli şəxslər vardır. Regional ərazi şöbə tərəfindən inzibati xəta tənbehi tətbiq etmək barədə qərar qəbul edilərkən isə həmin vəzifəli şəxslər nəzərə alınmadan, düzgün olmayan vəzifəli şəxs-direktor barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Regional ərazi şöbənin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı tərtib edilərkən regional ərazi şöbə tərəfindən heç bir əsaslandırma aparılmamışdır. Belə ki, qərarın işə baxılarkən müəyyən edilmiş hallar hissəsinə nəzər saldıqda görünür ki, konkret olaraq göstərilməli olan inzibati xətanın mahiyyəti ümumi sözlərlə ifadə edilmişdir. Regional ərazi şöbənin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı Tibb müəssisəsinin direktoru X15 barəsində qəbul edilmişdir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli qərarına əsasən tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X12 və Azərbaycan qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müəyyən edilmişdir. Lənkəran regional ərazi şöbəsinin ünvanlanmış olduğu 12 aprel 2022-ci il tarixli, **********2 nömrəli məktubu ilə təsdiq olunur ki, “Tibb müəssisəsi” tərəfindən xx.xx.2022-ci il tarixədək X13 Koronavirus (COVİD-19) pandemiyasına qarşı keçirilən tədbirlərə cəlb edildiyi faktiki əlavə saatlara uyğun olaraq aylıq vəzifə (tarif) maaşına 3 misli məbləğində müddətli əlavə hesablanmışdır. Qeyd olunan məktubla təsdiq olunur ki, regional ərazi şöbəsi M.Quliyevin əmək haqqı və ona əlavələr qanunla müəyyən edilmiş və heç bir pozuntuya yol verilməmişdir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi PHŞ-in xx.xx.2022-ci il tarixli PHŞ/1-2-2022-9900 nömrəli məktubundan da görünür ki, Yeninöv koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən tibbi və qeyri-tibb işçilərinin siyahısı tibb müəssisəsləri tərəfindən əmrlə rəsmiləşdirməklə tənzimlənir. Əmrdə adları qeyd olunan işçilərin əmək haqqlarına təqdim etdikləri işə davamiyyət cədvəllərinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edildikləri iş vaxtına mütənasib (misal üçün: Vahid tarif cədvəli üzrə tarif maaşı /aylıq iş günlərinin sayı və ya iş saatları x işçinin çalışdığı iş günlərinin sayı və ya iş saatları (əgər işçi bir gün cəlb edilbsə bir günə, bir saat cəlb edilibsə bir saata düşən məbləğ) x müddətli əlavənin misli) olaraq müddətli əlavələr hesablanır. AR Əmək Məcəlləsinin 89-cu maddəsində tam iş vaxtının müddəti kimi həmin məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zaman nəzərədə tutulur. Bu səbəbdən də yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən tibb və qeyri-tibb işçilərinə müddətli əlavələrin sözügedən mübarizə tədbirlərinə cəlb edildikləri iş vaxtına mütənasib qaydada hesablanması qanuna uyğun hesab edilir. Lakin buna buna baxmayaraq, regional ərazi şöbəsi formal olaraq tibb müəssisəsini heç bir əsas olmadan inzibati məsuliyyətə çəlb olunması və cərimə edilməsi barədə yenidən qanunsuz qərar qəbul etmişdir. Qərarın sözügedən hissəsində “əmək haqqına əlavələr hesablanması zamanı AR ƏM-nin 102-ci maddəsinin 1-ci hissəsinin, 154-cü maddəsinin 1-ci hissəsinin, 156-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması” qeyd edilmişdir. Lakin söhbətin hansı normativ sənədlərin müəyyən etdiyi normalardan getdiyi qərarın həmin hissəsindən aydın olmamaqdadır. Bu səbəbdən qərarın bu hissəsi hüquqi müəyyənlik prinsipinə zidd olaraq, qeyri-dəqiq tərtib edilmişdir. Bu əsasla da qərarın işə baxılarkən müəyyən edilmiş halların əsalandırılmaması mövcud deyildir. Regional ərazi şöbə tərəfindən qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin ümumi hissəsində nəzərdə tutulan normalar açıq şəkildə pozulmuşdur. İnzibati xəta haqqında protokolda xətanın törədilməsi faktını təsdiq edən heç bir sübut öz əksini tapmamışdır. Təqdim olunan protokolda xətanın törədilməsi faktını təsdiq edən heç bir sübut öz əksini tapmamışdır. Təqdim olunan protokolda tibb müəssisəsinin səlahiyyətli nümayəndəsinin izahatı qeyd olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin nümayəndəsinin izahatları protokolda öz əksini tapmalıdır. Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bununla bağlı isə Regional ərazi şöbə tərəfindən heç bir məlumat verilməmişdir. Nəticədə məcələnin 100.4-cü (Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqlar vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur.) maddəsinin tələbləri pozulmuşdur. İnzibati tənbeh vermə haqqında protokolun surəti tibb müəssisəsinə rəsmi qaydada təqdim edilməmişdir. Bu səbəbdən onlar həmin protokolla tanış ola bilməmiş, protokola öz qeyd və etirazlarınızı əlavə edə bilməmişlər. İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Lakin Regional ərazi şöbə tərəfindən Məcəllənin bu maddəsinin tələbləri də kobud şəkildə pozulmuşdur. Bundan əlavə olaraq Reginal ərazi şöbə tərəfindən inzibati xəta tənbehi tətbiq etmək barədə qərar qəbul edilərkən, Məcəllənin 192.4-cü maddəsi üzrə nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin yüksək həddi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmalıdır. Lakin Regional ərazi şöbə tərəfindən bu halların heç biri nəzərə alınmadan, qeyri-proporsional məbləğdə cərimə tənbeh tədbiri-maksimum məbləğ (1200 manat) seçilmişdir. Halbuki, 192.4-cü maddəsinin sanksiya hissəsində vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilə biləcəyi qeyd edilmişdir. Regional ərazi şöbə isə niyə maksimum məbləği necə və nəyin əsasında müəyyən etdiyini əsaslandırmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti Lənkəran regional ərazi şöbəsi tərəfində qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarı əsassız və qanunsuzdur. Qərarın surəti tibb müəssisəsinə rəsmi qaydada xx.xx.2022-ci il tarixində göndərilmişdir. Bu əsasla da qərardan şikayət müddəti tərəflərindən ötürülməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti Lənkəran Regional Ərazi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti X4 xx.xx.2022-ci il tarixində MN ******* nömrəli İnzibati xəta haqqında protokolundan görünür ki, Cəlilabad rayon X19 Hüquqi Şəxsin direktoru X15 tərəfindən X9 əmək haqqına əlavələrin hesablanması zamanı Əmək Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsinin, 154-cü maddəsinin 1-ci hissəsinin və 156cı maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması halı müəyyən edilmiş və bununla da Elnur Azadxanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti X4 xx.xx.2022-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cəlilabad rayon X19 Hüquqi Şəxsin direktoru X15 Azərbaycan Respublikasının İnxibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti Lənkəran Regional Şöbəsi tərəfindən X10 ünvanlanmış xx.xx.2022ci il tarixli məktubdan görünür ki, M.Quliyevin əmək haqqına əlavələrin hesablanması zamanı Əmək Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsinin, 154-cü maddəsinin 1-ci hissəsinin və 156-cı maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması halı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya səbəb olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti X5 tərəfindən tərəfindən Cəlilabad rayon X19 Hüquqi Şəxsin direktoru X10 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikasının İnxibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti X4 xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolu üzrə işə baxılması xx.xx.2022-ci il tarixdə saat 11:00-a təyin edilmişdir. İşdə olan Cəlilabad rayon X19 Hüquqi Şəxsin direktoru X15 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti X4 rəisi cənab Etibar Vəliyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X17 feldşer vəzifəsində işləyir. Tarif cədvəlinə əsasən 6-cı dərəcə ilə əmək haqqı təyin edilmiş, təqdim olunmuş tabellərə müvafiq olaraq 2021-ci ilin iyul ayında 489.60 manat, avqust ayında 659.08 manat, sentyabr ayında 753.23 manat, oktyabr ayında 659.08 manat, noyabr ayında 612 manat, dekabr ayında 612 manat, 2022-ci ilin yanvar ayında 212.75 manat müddətli əlavə hesablanmış və ödənilmişdir. xx.xx.2021-ci il tarixədək Gülməmmədli kənd həkim məntəqəsində tibb qardaşı işləmiş, işlədiyi müddətdə 2020-ci ilin aprel və avqust aylarında «COVİD-19» infeksiyasına qarşı mübarizə çərçivəsində profilaktik tədbirlərə cəlb edilmiş, (VTC-yə əsasən dərəcə maaşının 3 misli) müvafiq olaraq aprel ayında 176.40 manat, avqust 599.76 manat müddətli əlavə hesablanmış və ödənilmişdir. İşdə olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bilsdirişindən görünür ki, X2 rayon X19 Hüquqi Şəxsində feldşer vəzifəsinə qəbul edilmiş, əmək haqqı vaxtamuzd olaraq 770.70 manat müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli qərarından görünür ki, “Yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetini həmin qərarı ilə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərər – aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X12 və Azərbaycan qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müəyyən edilmişdir. İşdə olan Cəlilabad rayon Mərkəzi Xəstəxanasında 2021-ci ilin oktyabr ayında COVİD-19 pandemiyası ilə mübarizəyə cəlb olunmuş Tibb işçilərinin günlük və saatlıq növbə qrafikindən görünür ki, X9 iş günlərinin sayı 7, iş satlarının sayı isə 84 olmuşdur. İşdə olan Cəlilabad rayon Mərkəzi Xəstəxanasında 2021-ci ilin oktyabr ayında COVİD-19 pandemiyası ilə mübarizəyə cəlb olunmuş Tibb işçilərinin günlük və saatlıq növbə qrafikindən görünür ki, X9 iş günlərinin sayı 15 olmuşdur. İşdə olan Cəlilabad rayon Mərkəzi Xəstəxanasında 2022-ci ilin yanvar ayında COVİD-19 pandemiyası ilə mübarizəyə cəlb olunmuş Tibb işçilərinin günlük və saatlıq növbə qrafikindən görünür ki, X9 iş günlərinin sayı 10, iş saatlarının sayı isə 20 olmuşdur. İşdə olan Cəlilabad rayon Mərkəzi Xəstəxanası PHŞ Maliyyə Şöbəsinin müdiri X25 tərəfindən Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X24 Xidmətinin Ləkəran- Astara şöbəsində veridyi izahatından görünür ki, Emin X3 tərəfindən verilmiş etibarnamə əsasında səlahiyyətli şəxs kimi onu təmsil etdiyini göstərmiş və izahat vermişdir. Məhkəmə şikayətçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Lənkəran-Regional şöbəsi tərəfindən X1 nümayəndəsi kimi X18 izahatı alınmış, bundan sonra 31 mart 2022-ci il tarixdə X10 inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması üçün 07 aprel 2022-ci il tarixdə, saat 11:00-da X24 Xidmətinin X5nə dəvət olunması haqqında bildiriş göndərilmişdir. Lakin iş materiallarından X6 həmin bildirişi almasını təsdiq edən, onun vaxtında məlumatlandırılmasını təsdiq edən sənədlər müəyyən edilməmişdir. Halbuki, X6 vaxtında məlumatlandırıldığı təqdirdə barəsində aparılan iş üzrə icraatda iştirak etmək və sübutlarını təqdim etmək hüququ olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 barəsində xx.xx.2022-ci il tarixində MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən onun iştirakı təmin edilməmiş, protkolda Cəlilabad rayon X19 Hüquqi Şəxsin direktoru X15 tərəfindən X9 əmək haqqına əlavələrin hesablanması zamanı Əmək Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsinin, 154-cü maddəsinin 1-ci hissəsinin və 156-cı maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması halının müəyyən edildiyi və bununla da Elnur Azadxanovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi göstərilmişdir. Lakin həmin protokol tərtib edilərkən X9 əmək haqqına əlavələrin hesablanması zamanı Əmək Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsinin, 154-cü maddəsinin 1-ci hissəsinin və 156-cı maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması halının müəyyən edildiyi göstərilsə də, həmin pozuntuların nədən ibarət olduğu, inzibati xətanın mahiyyəti göstərilməmiş və inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Həmin Məcəllənin 106.0-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Məhkəmə iclasında, həmçinin müəyyən edilmişdir ki, X6 barəsində xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərkən Elnur Azadxanov qanunla nəzərdə tutulmuş qaydada və müddətdi məlumatlandırılmamış, işə baxılmanın vaxtı və yeri haqqında bildirişin ona çatması dəqiqləşdirilməmiş və iş materiallarında həmin bildirişi almasını təsdiq edən sənəd müəyyən edilməmişdir. Həmin qərar Elnur Azadxanovun iştirakı təmin edilmədən qəbul olunmuşdur. Bundan başqa, həmin qərarda da protkolda olduğu kimi Cəlilabad rayon X19 Hüquqi Şəxsin direktoru X15 tərəfindən X9 əmək haqqına əlavələrin hesablanması zamanı Əmək Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsinin, 154-cü maddəsinin 1-ci hissəsinin və 156-cı maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması halının müəyyən edildiyi və bununla da Elnur Azadxanovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi göstərilmişdir. Lakin həmin qərar qəbul edilərkən pozuntuların nədən ibarət olduğu, inzibati xətanın mahiyyəti göstərilməmiş və qərar kifayət qədər əsaslandırılmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon X19 Hüquqi Şəxsin direktoru X6 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti X5 tərəfindən inzibati iş üzrə icraat aparılan zaman qanunla müəyyən edilmiş qaydada və müddətdə məlumatlandırılmamış, onun barəsində inzibati xəta haqqında protkol tərtib edilən zaman iştirakı təmin edilməmiş, protokolun surəti ona təqdim edilməmiş, kifayət qədər araşdırma aparılmadan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı X15 tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin X5nə göndərilməlidir. Məhkəmə qərardan şikayət vermə müddəti ilə bağlı qeyd edir ki, həmin müddət X15 tərəfindən ötürülməmişdir. Belə ki, iş materiallarından görünür ki, X20 mübahisələndirilən qərardan ilkin olaraq vaxtında şikayət vermiş, sonradan ərizəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 3(073)-253/2022 saylı qərarı ilə şikayət geri qaytarılmış və sonradan həmin qərardan şikayət vermişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti Lənkəran Regional Ərazi Şöbəsi tərəfindən Cəlilabad rayon X19 Hüquqi Şəxsin direktoru X6 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin X5nə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar