Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1002/2025 15.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1971-ci il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhrində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 15 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 15 avqust 2025-ci il tarixdə saat 09 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, Qutuluş küçəsində ucadan nalayiq ifadələr demiş ictimai qaydanı pozmuş, onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, Cəlilabad rayonu, Göytəpə şəhrində Qurtuluş küçəsində yerləşən “Seyyid İnşaat” dükanında satıcı işləyir. 15 aqvqust 2025-ci il tarixdə saat 08:30 radələrində işlədiyi dükanın yanındakı torpaq örtüklü hissədə qurumuş ot qırıntılarını, ətrafdakı tullantıları və həmçinin dükandan çıxan kağız və karton tullantılarını bir yerə yığıb toplayıb kibritlə yandırmışdır. Biraz keçdikdən sonra Cəlilabad RPŞ-nin Göytəpə PB-nin əməkdaşları gəlib yanmaqda davam edən tullantıların kimin tərfindən yandırıldığını soruşduqda o özü yandırdığını demişdir. Müvafiq qaydaların pozulduğunu, araşdırılmasından ötürü polis əməkdaşları onu Göyətə PB-nə dəvət edib xidməti maşına aparan zamanaralarında narazılıq olmuş, sonra polis bölməsinə gəlmişlər. Etdiyi əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərfi ki, o, Cəlilabad RPŞ-nin Göytəpə PB-nin polis nəfəri vəzifəsində işləyir. 15 avqust 2025-ci il tarixdə saat 08:59-da Cəlilabad RPŞ-nin Göytəpə PB-nin polisnin sahə rəisi, polis leytenantı Aqil Hüseynov, Cəlilabad RPŞ-nin Göytəpə PB-nin polisnin sahə rəisi, polis kapitanı Rövşən Məmmədov və Cəlilabad RPŞ-nin Göytəpə PB-nin polisnin polis nəfəri, polis serjantı Vüsal Şahbazovla birlikdə xidməti avfomobillə Cəlilabad rayonu, Göytəpə şəhri, Qurtuluş küçəsində olarkən yolun kənarında boş torpaq sahəsində tullantıların toplanmış halda yanmasını görüb ora yaxınlaşaraq “Seyyid İnşaat” adlı obyekdə işləyən şəxsi çağırıb özlərini təqdim etdik və yanğının kim tərəfindən törədilməsi barədə soruşmuşlar. Özünü Cəlilabad rayonu, Göytəpə şəhrində S.Vurğun küçəsi, ev 17-də qeydiyyatda olan Şəxs kimi təqdim edən şəxs ətrafdakı tullantıları, həçinin dükandan çıxan kağız və korton tullantılarını həmin yerə toplayıb kibritlə yandırdığını bildirmişdir. X4 inzibati xəta törətdiyini izah etdikdə o narazılıq edib ucadan nalayiq ifadələr deyərək qanuni tələblərinə riayət etməyib Göytəpə polis bölməsinə getməkdən imtna etmişdir. Daha sonra X2 RPŞ-yə gətirmişdirlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1002/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1002/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver