Məhkəmə qərarları › İş №3(073)-1004/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1004/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1004/2024 27.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 3(073)-1004/2024 saylı qərarına xitam verilməsi barədə Şəxs vəsatətinə baxaraq, Müəyyən etdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan qərarı qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün Cəlilabad Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 3(073)-1004/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 9 (doqquz) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs vəsatətlə məhkəməyə müraciət edərək Cəlilabad Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 3(073)-1004/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Cəlilabad Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 3(073)-1004/2024saylı qərarı ilə nəqliyyat vasitələrini idarə etmək hüququ 9 (doqquz) ay müddətinə məhdudlaşdırılmışdır. Barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə protokol tərtib edilməsinə əsas olmuş qərara əsasən cərimə olunduğu məbləği və dəbbə pulunu ödəmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cəlilabad Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 3(073)-1004/2024 saylı qərarına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Cəlilabad Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 3(073)-1004/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 9 (doqquz) ay müddətinə məhdudlaşdırılmışdır. Vəsatət əlavə olunmuş qəbzlərdən görünür ki, Şəxs İXM ******* saylı protokol üzrə 40 (qırx) manat pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə vəsatəti və işə əlavə olunmuş sənədləri nəzərdən keçirib belə nəticəyə gəlir ki, vəsatət təmin edilməklə barəsində qərar çıxarılmış Şəxs protokollar üzrə cərimə və ona hesablanmış dəbbə pulunu tam şəkildə ödədiyindən, barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququnun 9 (doqquz) ay müddətinə məhdudlaşdırılmasına dair Cəlilabad Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 3(073)-1004/2024 saylı qərarına xitam verilməlidir. Belə ki, 01 mart 2016-cı il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128, 130 və 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini 9 (doqquz) ay müddətinə idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Cəlilabad Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 3(073)-1004/2024 saylı qərarına xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar