Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1005/2023 04.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs – xx xxx 1974-cü il tarixdə Cəlilabad rayonun, Pokrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonunun, Günəşli kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində Cəlilabad Rayon Polis Şöbəsindən Cəlilabad Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 08 sentyabr 2023-cü il tarixdə Cəlilabad rayon Təzəkənd kəndi ərazisində yerləşən çöl torpaq sahəsində Günəşli kənd sakinləri X4 və Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncuları döyərək onlara dərəcələri təyin olunmayan xəsarətlər yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin məhkəmə baxışı zamanı inzibati xəta törətmiş Şəxs məhkəməyə izahat verərək göstərdi ki, 08 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində ona məxsus Cəlilabad rayon Təzəkənd kəndində yerləşən fermanın yaxınlığında otlaq sahəsində bir nəfərin heyvanlarını otardığını görüb ona yaxınlaşan zaman Zərərçəkmiş şəxs olduğunu bilmiş və ona heyvanlarını sahədən çıxarmasını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranmışdır. O, Əmrahın əlində olan ağac parçasını alıb onun ayaq nahiyyələrinə vuraraq oradan uzaqlaşmışdır. Həmin gün saat 17 radələrində ora yenidən qayıdaraq Əmrahın atası Təzəxanı da orada görmüşdür. Təzəxan ilə aralarında mübahisə yaranaraq onunla da dalaşmışlar. Əməlindən səmimi peşman olduğunu, gələcəkdə də hər hansı belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə izahat verərək göstərdi ki, Cəlilabad rayon Təzəkənd kəndində olan torpaq sahəsində ailəsinə məxsus fermaları vardır. O, 08 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində çöl otlaq sahəsində şəxsi təsərrüfatlarında olan heyvanları otaran zaman Şəxs ora gələrək orada niyə heyvan otardığını və həmin ərazinin ona aid olduğunu demiş, lakin o da Şəxs həmin ərazinin onun yox boş otlaq ərazi olduğunu bildirmişdir. Həmin vaxt Şəxs onun ünvanına nalayiq ifadələr işlədərək onu söyüb təhqir etmiş, daha sonra aralarında mübahisə olduğunu və dalaşdıqlarını, Tofiqin ona əlində olan taxta parçası ilə xəsarətlər yetirdiyini bildirdi. Sonra o bu barədə atası Təzəxana məlumat vermiş və atası sahəyə onun yanına gələn zaman Tofiqlə aralarında mübahisə yaranmış və onlar da dalaşmışlar. Şəxsla barışmamışdır. Odur ki, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. X1 məhkəməyə izahat verərək göstərdi ki, 08 sentyabr 2023-cü il tarixdə Cəlilabad rayon Təzəkənd kəndində yerləşən çöl torpaq sahəsində oğlu Əmrah onlara məxsus heyvanları otaran zaman Şəxs ona yaxınlaşaraq torpaq sahəsinin ona məxsus olmasını və heyvanları sahədən çıxarmasını bildirərək mübahisə etmişdir. Sonra əlində olan taxta parçasıyla oğlu Əmraha xəsarətlər yetirmişdir. Əmrah bu barədə ona telfonla zəng edərək bildirmişdir. O da sahəyə Əmrahın yanına gəlmişdir, sonra Şəxs onlara yaxınlaşaraq aralarında mübahisə yaranmış, dalaşaraq ona xəsarətlər yetirmişdir. Şəxsla barışmamışdır. Odur ki, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün şəxsi etirafı, zərərçəkmiş şəxslərin izahatı, MN ******* saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. Materiala əlavə olunmuş “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 955 nömrəli rəyinin surətindən görünür ki, X2 yanağın selikli qişasında əzilmiş səthi yara və qansızma müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 956 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sağ çiyin qurşağı, sağ kürək və sağ bud nahiyəsində qançır müəyyən olundu. Müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Elektron İnformasiya sistemindən çıxarılmış arayışdan görünür ki, Şəxs İİ dərəcəli əlildir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Azərbaycan Respulikası İXMnin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilmişdir. İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, İİ qrup əlil olmasını, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-cı maddələrini rəhbər tutaraq qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədr: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-1005/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1005/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver