Məhkəmə qərarları › İş №3(073)-1010/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1010/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1010/2024 10.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, X1 iştrakı ilə, xx.xx.2024-cü il tarixli, EQ 24684111 saylı inzibati xəta haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, Müəyyən etdi: X7 xx.xx.2024-cü il tarixli, EQ 24684111 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında ərizəsini əsaslandıraraq göstərdi ki, o, Masallı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 6 ay müddətinə sürücülük hüququ məhdudlaşdırıldğına görə maşın idarə edə bilmir. Əvvəllər idarə etdiyi “X11 minik” markalı **-RF-*** dövlət nömrə nişanlı avtomobilli etibarnaməsi olsa da hazırda həmin avtomobili idarə etmir. Hazırda həmin avtomobili atası X6 etibarnamə ilə idarə edir. xx.xx.2024-cü il tarixdə onun mobil telefonuna sms gələrək 400 manat cərimə edildiyini görmüşdür. Elektron kabinetinə girəndə görmüşdür ki, atasının idarə etdiyi və onun adına olan etibarnaməsi olan “X11 minik” markalı **-RF-*** dövlət nömrə nişanlı avtomobilli görə atasını yox onu cərimə etmişlər. Halbu ki həmin vaxt maşını idarə etməmiş və sürücülük hüququ olmadığına görə maşına belə yaxın getməmişdir. Bununla bağlı atası DİN BDYPİyə ərizə yazaraq xx.xx.2024-cü ildə avtomobili özü idarə etdiyini və Cəlilabad ərazisində kameraya düşdüyünü bildirmişdir. Lakin buna baxmayaraq 400 manat cərimə ona yazılmışdır. Cərimənin 400 manat olması səbəbi isə onun adına etibarnamə və sürücülük hüququnun 6 ay məhdudlaşdırılması barədə qərar olmuşdur. Bundan başqa DİN BDYPİnin elektron kabinetində olan video qeydiyyatdan da maşının onun tərəfindən sürülməsini konkretləşdirilmir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53-cü maddəsində İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar göstərilmişdir. Qeyd olunana əsasən Azərbaycan Respublikası DİN BDYPİ-nin tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24684111 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə X3 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24684111 nömrəli “inzibati xəta haqqında elektron qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 15:56:17-də X7 idarə etdiyi “X11 minik” markalı **-RF-*** dövlət nömrə nişanlı avtomobilli idarə edərkən yol nişanlarının tələblərinə riayət etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək 327.1-ci maddəsinə əsasən 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24684111 nömrəli “inzibati xəta haqqında elektron qərardan göstərilir ki, xx.xx.2024-cü il tarixdə, saat 15:56:17-də X7 idarə etdiyi “X11 minik” markalı **-RF-*** dövlət nömrə nişanlı avtomobilli idarə edərkən yol nişanlarının tələblərinə riayət etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək 327.1-ci və 332.3-cü maddlərinə əsasən 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Masallı rayon Məhkəməsinin 17.10.024-cü il tarixli, 3(050)-1831/2024 saylı qərarın sürətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Göründüyü kimi, “X11 minik” markalı **-RF-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında X2 hüququ məhdudlaşdırılmış halda həmin avtomobili idarə etmiş, yol nişanlarının tələblərinə riayət edməmiş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 400 manat cərimə edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı “X11 minik” markalı **-RF-*** dövlət nömrə nişanlı avtomobili atası X4 idarə etməsinə dair X5 dəlilləri öz əksini təstiqləmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, X5 barəsində xx.xx.2024-cü il tarixli, EQ 24684111 saylı inzibati qərarın ləğv edilməsinə dair şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə… Qərara aldı: X5 xx.xx.2024-cü il tarixli, EQ 24684111 saylı inzibati qərarın ləğv edilməsinə dair şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar