Məhkəmə qərarları › İş №3(073)-1012/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1012/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1012/2023 05.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.2002-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, Səttərxan küçəsi yeni yaşayış massivi nömrəsiz evdə qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: 05 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospekti “Sünbül” marketin yaxınlığında Zərərçəkmiş şəxs döyərək dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmiş şəxsin izahatları, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahtında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Cəlilabad şəhəri, Qurtuluş prospektində idarə etdiyi Mersedes msarkalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobildə dayanmış, avtomobili idarə edən zaman Zərərçəkmiş şəxs idarə etdiyi Ford markalı avtomobildən düşərəkona qəza şəraiti yaratdığını deyib ünvanına nalayiq ifadələr içlətdiyi üçün onun üz nahiyyəsinə yumruq vurmuşdur. Hazırda etdiyi əmələ görə özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxlərlə barışdığını və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində özünə məxsus Ford msarkalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobildə Cəlilabad şəhəri, Qurtuluş prospektində hərəkətdə olan zaman Sərdar adlı şəxs idarə etdiyi Mersedes markalı avtomobillə qəza şəraiti yaratdığı üçün o, avtomobildən düşüb həmin şəxsə iradını bildirmiş, Sərdar isə ona əhəmiyyət verməyib avtomobili idarə edərək getmiş, bir neçə dəqiqədən sonra Sərdarın oğlu Həsən gəlib atasını təhqir etdiyini deyərək onun üz nahiyyəsindən yumruq ilə vurmuşdur. Hazırda Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 597 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs sol said nahiyyəsində şişkinlikvə sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyaların təsirindən törənmişdir, törəmənin müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X1 Bölməsinin 02 iyul 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinin qeydinin 3-cü bəndində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs barışdıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar