Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1012/2024 26.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs – xx xxxxx 2006-cı il tarixdə Cəlilabad rayon Alar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayon Alar kəndində qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad RPŞ-dən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 20 noyabr 2024-cü il tarixdə saat 18:30-da Cəlilabad rayon Alar kəndində həmkəndlisi Zərərçəkmiş şəxs qarşı təhqiredici ifadələr işlətməklə Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə təqsirli bilərək verdiyi izahatında bildirdi ki, o, 20 noyabr 2024-cü il tarixdə saat 18:30-da Cəlilabad rayon Alar kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə zamanı sonuncunu söyüb təhqir edərək ona qarşı nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən peşman olduğunu, səhvini başa düşdüyünü və gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs verdiyi izahatında bildirdi ki, 20 noyabr 2024-cü il tarixdə saat 18:30-da Cəlilabad rayon Alar kəndində həmkəndlisi Şəxs ilə aralarında yaranan mübahisə zamanı Şəxs onu söyüb təhqir edərək ona qarşı nalayiq ifadələr işlətmişdir. Hazırda Şəxs ilə barışmamış və məhkəmədən onun barəsində ciddi tədbir görülməsini xahiş etdi. Şəxs törətmiş olduğu inzibati xəta özünün etirafı, Zərərçəkmiş şəxs izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. İş materiallarında olan 22 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi, habelə X1 ailəsi və Qanuni nümayəndə ailəsinin münaqişəli ailə kimi qeydiyyata götürülməsi üçün qərarın surəti Cəlilabad RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İXM-nin 33.1-ci maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respulikası İXM-nin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115,117, 129, 130-cu maddələrini rəhbər tutaraq qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 26 noyabr 2024-cü il tarixdən, saat 15:50-dən hesablansın. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Elan edilmiş qərarın surəti inzibati xəta törədən Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-1012/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1012/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver