Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1014/2023 05.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin sədri Cəbrayılov Vüsal Adil oğlu, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs – xx xxxxxxx 1972-ci il tarixdə Cəlilabad rayon Eçara kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayon Eçara kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində Cəlilabad Rayon Polis Şöbəsindən Cəlilabad Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 23 avqust 2023-cü il tarixdə Cəlilabad şəhəri, H.Əliyev pr-də kürəkəni Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin məhkəmə baxışı zamanı inzibati xəta törətmiş Şəxs məhkəməyə izahat verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs qızının keçmiş həyat yoldaşıdır. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarına əsasən onların arasında olan nikah pozulmuş, iki azyaşlı uşaqları qızının himayəsinə verilmiş və qızı azyaşlı uşaqları ilə birlikdə hazırda Cəlilabad rayonu, Eçara kəndində atasının evində yaşayır. Məhkəmə isə Əfqana həftənin şənbə günü uşaqlarını görməyə icazə versə də, Əfqan şənbə günü deyil, qəsdən mübahisə yaratmaq üçün həftənin digər günləri gəlir. xx.xx.2023-cü il tarixdə Əfqan uşaqları ilə yenidən görüşməyə gəlmiş bu zaman o, Əfqana uşaqları saat 15 radələrində gətirməsini desə də, Əfqan uşaqları 17 radələrində gətirmişdir. O, uşaqları gec gətirməsi barədə etirazını bildirəndə aralarında mübahisə yaranmış həmin vaxt Əfqan qızı Məleykənin qolundan tutub kənara çəkmək istəyəndə o, Əfqanın sinəsindən kənara itələmiş, qızını isə oradan kənarlaşdırmışdır. Həmin vaxtı onlar Əfqanı döyməmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə izahat verərək göstərdi ki, o həyat yoldaşı Məleykə Bayramovadan ayrılmış və məhkəmənin qərarına əsasən həftədə bir dəfə onun uşaqlarını görmək hüququ vardır. O, hər həftə uşaqları ilə görüşən vaxt uşaqların anası Məleykə və nənəsi Mehparə onlara çətinlik yaradırdılar. xx.xx.2023-cü il tarixdə isə uşaqları ilə görüşmək istəyən zaman Məleykə və anası Mehparə onun üzərinə hücum edərək ona xəsarət yetirmişlər, valideynlərini isə təhqir etmişlər. Şəxs ilə barışmamışdır. Odur ki, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin izahatı, MN ******* saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. Materiala əlavə olunmuş “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 14 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 932 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs boyunun sol yan səthində sıyrıq və sol bazu nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın/əşyaların/ təsirindən törənmişdir. Törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-cı maddələrini rəhbər tutaraq qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədr: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-1014/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1014/2023
05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver