Məhkəmə qərarları › İş №3(073)-1014/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1014/2025

03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1014/2025 03.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Şəxs ona istinad olunan inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan EQ 25678398 saylı protokolun surətindən görünür ki, Şəxs 24 yanvar 2025-ci il tarixdə istifadəsində olan “YHONDA ENS1” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ümumi istifadə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 yanvar 2025-ci il tarixdə protokol tərtib edilərək, 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan başqa, işdə olan EQ 25554052 saylı protokolun surətindən görünür ki, Şəxs 24 yanvar 2025-ci il tarixdə istifadəsində olan “YHONDA ENS1” minik markalı, **-LZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 327.1-1, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolağda hərəkət etməsinə görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 321.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 yanvar 2025-ci il tarixdə protokol tərtib edilərək, 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində çıxarılmış inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmiş və buna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Cəlilabad rayon X1 X3 tərəfindən 16 may 2025-ci il tarixində İXP ******* saylı və 16 may 2025-ci il tarixində İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə cərimə olunduğu məbləği qanunla müəyyən olunan müddətdə ödəmədiyindən nəqliyyat vasitələrini idarə etmək hüququ 9 (doqquz) ay müddətinə məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 9 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar