Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1016/2024 16.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta törətmiş şəxs Şəxs Hüseyn oğlunun iştirakı ilə, Şəxs Hüseyn oğlu – xx.xx.1962-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Hüseyn oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs Hüseyn oğlu xx.xx.2024-cü ildə, saat 22:44-də «VAZ 1212 minik» markalı, **-OF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi zamanı sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış və Şəxs tibbi müayinədən imtina etmişdir. Şəxs Hüseyn oğlu həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs Hüseyn oğlu izahatında göstərdi ki, xx.xx.2024-cü ildə, saat 22:44-də «VAZ 1212 minik» markalı, **-OF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol polis əməkdaşlarının yanından sürətli keçdiyinə görə yol polis əməkdaşları onu saxlamış, ondan spirti içki qəbul etdiyini soruşmuşlar, o da həm spirtli içki içdiyini, həm narkotik vasitə istifadə etdiyini və həm də morfin vurduğunu demiş, polis əməkdaşalrı onu Cəlilabad RPŞ-yə gətirilmiş, lakin, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında həkim olmadığına görə Lənkəran şəhər Narkologi Dispanserə müayinəyə aparmışlar, orada onu həkim yox tibb bacısı müayinə etmək istədiyi üçün tibbi müayinədən imtina etmişdir. Ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, əməlindən səmimi peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad rayon X6 Patrul Xidmətinin inspektoru polis serjantı X3 izahatında göstərdi ki, barəsində inzibati xəta törətmiş şəxs Şəxs Hüseyn oğlu xx.xx.2024-cü ildə, saat 22:44-də özünə məxsus «VAZ 1212 minik» markalı, **-OF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən onların dayandığı yerdən sürətli keçdiyinə görə onu saxlamışlar, onun ağır dərəcəli sərxoş olduğuna görə ondan spirti içki qəbul etdiyini soruşmuşlar, o da həm spirtli içki içdiyini, həm narkotik vasitə istifadə etdiyini və həm də morfin vurduğunu demiş, onlar da onu Cəlilabad RPŞ-yə gətrilmiş, lakin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında həkim olmadığına görə Lənkəran şəhər Narkologi Dispanserə aparmışlar, orada onu həkim müayinə etmək istəyərkən Şəxs müayinədən imtina etmişdir və barəsində protokol yazılmışdır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs Hüseynağa oğlunun, Cəlilabad rayon X6 Patrul Xidmətinin inspektoru polis serjantı X2 izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs Hüseyn oğlunun ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İşdə olan xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 1671 saylı aktdan görünür ki, müayinə zamanı Şəxs Hüseyn oğlu tibbi müayinənin keçirilməsindən imtina etmişdir. Şəxs Hüseyn oğlunun törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Hüseyn oğlunun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimənin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Hüseyn oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti Şəxs Hüseyn oğluna təqdim edilsin. Qərarın icrası Bakı şəhəri, Nizami rayon İcra və Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1016/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1016/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver