Məhkəmə qərarları › İş №3(073)-1018/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1018/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1018/2024 25.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, X1 Cəlilabad rayonu Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X4 tərəfindən tərtib edilmiş TP seriyalı, ******* saylı, 25 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X2 rayonu Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X4 tərəfindən tərtib edilmiş 25 noyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdı ki, Cəlilabad YPX-nin vəzifəli şəxs tərəfindən 24 noyabr 2024-cü il tarixdə barəsində Azərbaycan Respublikasının İXM-nin 372.2-ci maddəsi ilə nəzərdə tutulmuş protokol tərtib edilmiş və həmin protokola əsasında 25 noyabr 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar edilərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin tarixdə idarə etdiyi X10 Prado markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən yanacaq doldurma məntəqəsindən Cəlilabad rayonu Ocaqlı kənd istiqamətinə manevr etdirərkən ondan təxminən 300-400 metr məsafədə olub, Əliqasımlı kəndi istiqamətindən Ocaqlı kəndi istiqamətində hərəkət edən Vaz-2107 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yüksək sürətdə hərəkət etdiyi üçün 35-40 metr məsafədə tormozloma etdikdən sonra həmin avtomobilin qabaq sağ hissəsi onun idarə etidiyi avtomobilin arxa sol hissəsinə yüksək zərbə ilə dəymişdir. Buna baxmayaraq YPX əməkdaşlarıı hadisədə əsassız olaraq onu günahkar etmiş və hadisə yerində heç bir ölçü aparmamışlar. YPX əməkdaşları Vaz-2107 markalı avtomobilin sürücüsünə isə avtomobilinə dəyən zərərin sığorta şirkəti tərəfindən ödəniləcəyini və ona cərimə protokolu yazılacağını bildirmişlər. Odur ki, barəsində olan həmin qərarı qanunsuz və əsassız hesab edir. Məhkəmədən Cəlilabad rayonu Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X4 tərəfindən tərtib edilmiş 25 noyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X3 və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçi və qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan: 25 noyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 24 noyabr 2024-cü il tarixdə saat 15:00-də Cəlilabad rayonu Qarazəncir-Əliqasımlı yolu ərazisində Toyota Land-Cruiser Prado minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmiş və 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə – yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin məhkəmə araşdırması zamanı hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. Bundan başqa şikayətçi tərəfindən bununla bağlı hər hansı əsaslı dəlil məhkəməyə təqdim edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Cəlilabad rayonu Yol Patrul xidməti baş inspektoru polis leytenantı X4 tərəfindən tərtib edilmiş 25 noyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar