Məhkəmə qərarları › İş №3(073)-1021/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1021/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1021/2024 13.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ23810191 nömrəli protokol əsasında qəbul edilmiş 26 sentyabr 2024-cü il tarixli, EQ 23810191 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ23810191 nömrəli protokol əsasında qəbul edilmiş 26 sentyabr 2024-cü il tarixli, EQ 23810191 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Cəlilabad şəhəri H.Əliyev prospektində idarə etdiyi VAZ 21214 minik markalı **-TL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin tələbi pozulduğu üçün barəsində protokol tərtib olunmuş və həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, EQ 23810191 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Avtomobili qeyd olunan gün və saatda o, idarə etdiyi üçün cərimə onun adına yazılmışdır. Onun internet informasiya resursunda şəxsi elektron kabineti var. Onun elektron kabinetində fotoşəkillər və cərimə haqqında məlumatlar yerləşdirilsə də, lakin barəsində olan xx.xx.2024-cü il tarixli, EQ 23810191 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi gündən bu günə kimi elektron kabinetində yerləşdirilməmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ23810191 nömrəli protokol əsasında qəbul edilmiş 26 sentyabr 2024-cü il tarixli, EQ 23810191 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayətçi X3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçi və qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2024-cü il tarixli, EQ 23810191 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 VAZ21214 minik markalı **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 13:04-də Cəlilabad şəhəri H.Əliyev prospektində təhlükəsizlik kəmərini bağlamadan nəqliyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Daxili İşlər Nazirliyi BDYPİ-nin sistemindən çıxarılmış fotoşəkildən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın yeri və vaxtı Cəlilabad şəhəri H.Əliyev prospektində, xx.xx.2024-cü il tarixdə saat 13:04-də qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş fotolardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (təhlükəsizlik kəmərini bağlamadan nəqliyat vasitəsini idarə etməyəgörə) törətməsi barədə məlumatlar yəni, protokolun tərtib edilmə tarixi və nömrəsi, inzibati xətanın törədildiyi yer, cərimə haqqında məlumatlar, nəqliyyat vasitəsi haqqında məlumatlar və pozuntu anını əks etdirən fotolar xx.xx.2024-cü il tarixdə X2 elektron kabinetində yerləşdirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 VAZ-21214 minik markalı **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 13:04-də Cəlilabad şəhəri H.Əliyev prospektində təhlükəsizlik kəmərini bağlamadan nəqliyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu barədə tərtib edilmiş protokolun tərtib edilmə tarixi və nömrəsi, inzibati xətanın törədildiyi yer, cərimə haqqında məlumatlar, nəqliyyat vasitəsi haqqında məlumatlar və pozuntu anını əks etdirən fotolar xx.xx.2024-cü il tarixdə X2 elektron kabinetində yerləşdirilmişdir. X1 qeyd edilən xətanı törədilməsi ilə bağlı inzibati tənbeh vermə elektron qərarın onun elektron kabinetində yerləşdirilmədiyini əsas gətirərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. X2 onun elektron kabinetində inzibati tənbeh vermə haqqında qərarın yerləşdirilmədiyi üçün həmin qərarın ləğv edilməsi ilə bağlı şikayəti isə formal xarakterlidir və barəsində inzibati tənbeh tədbirinin tətbiqindən yayınmaq məqsədi daşıyır. Hazırda şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət isə əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2024-cü il tarixli, EQ 23810191 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar