Məhkəmə qərarları › İş №3(073)-1022/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1022/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1022/2024 13.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış 02 oktyabr 2024-cü il tarixli, EQ 23927101 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, Müəyyən etdi: X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış 02 oktyabr 2024-cü il tarixli, EQ 24008336 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X1 ərizəsinində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə mülkiyyətində olan “VAZ 21214 MİNİK” markalı, **-TL-*** dövlət nömrə nişanlı avtomobili ilə Cəlilabad şəhəri Qurtuluş prospektində İXM-nin 329.1-ci maddəsinin tələbi pozulduğu üçün barəsində EQ 23927101 saylı protokol tərtib olunmuşdur. Avtomobili qeyd olunan gün və saatda o idarə etmədiyi halda cərimə onun adına gəmişdir. Azərbaycan Respublikasının Konstutisyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar qanunsuz və əsassızdır. Ona görə ki, elektron qərar hüquq və vəzifələri pozulmaqla qəbul edilmişdir. Qeyd olunana əsasən Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış 02 oktyabr 2024-cü il tarixli, EQ 23927101 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq X1 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə X1 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış 02 oktyabr 2024-cü il tarixli, EQ 23927101 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, 02 oktyabr 2024-cü il tarixdə saat 12:08:35-də X3 idarə etdiyi “VAZ 21214 MİNİK” markalı, **-TL-*** dövlət nömrə nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etməyə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərarla X3 inzibati məsuliyyətə cəlb edilərək 329.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. İnzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş foto materialla “VAZ 21214 MİNİK” markalı, **-TL-*** dövlət nömrə nişanlı avtomobilini təhlükəsizlik kəmər bağlamadan idarə edilməsi görünür və pozuntu barədə 02 oktyabr 2024-cü il tarixli protokol real vaxt rejimində mərkəzi informasiya sistemində yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci addəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, X2 barəsində 02 oktyabr 2024-cü il tarixli, EQ 23927101 saylı protokol əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli inzibati qərarın ləğv edilməsinə dair şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə… Qərara aldı: X2 barəsində 02 oktyabr 2024-cü il tarixli, EQ 23927101 saylı protokol əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elvin Abduləlizadə tərəfindən tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli inzibati qərarın ləğv edilməsinə dair şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar